Modern.az

Parlamentin yaz sessiyasının işlər planına daxil ediləcək qanun layihələri – SİYAHI

Parlamentin yaz sessiyasının işlər planına daxil ediləcək qanun layihələri – SİYAHI

23 Dekabr 2017, 10:13

Milli Məclisin yaz sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq , bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək.

 

Milli Məclisdən Modern.az-a daxil olan məlumatına görə, “Reproduktiv sağlamlıq haqqında”, “Psixoloji sağlamlıq haqqında,  “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında “, “Əlillərin sosial təminatı haqqında”, “Dövlət bayrağı haqqında”, “Dövlət gerbi haqqında”, “Dövlət himni haqqında” qanun layihələri parlamentin “2018-ci il yaz sessiyasının işlər planı”na daxil ediləcək. Həmçinin bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.

 

 

Qeyd edək ki, hazırda “Əlillərin sosial təminatı haqqında” qanun layihəsinə Prezident Administrasiyasında baxılır. Qanun layihəsinin bu ilin sonunadək Milli Məclisə daxil olması gözlənilir.

 

 “Reproduktiv sağlamlıq haqqında”, “Psixoloji sağlamlıq haqqında,  “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında “ qanun layihələri Milli Məclisin “2017-ci il payız sessiyasının işlər planı”na daxil edilmişdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir