Modern.az

Lavrov Consonu  DANLADI - O isə “Sergey, sizin reputasiyanızdan narahatam” dedi - QALMAQAL

Lavrov Consonu  DANLADI - O isə “Sergey, sizin reputasiyanızdan narahatam” dedi - QALMAQAL

23 Dekabr 2017, 12:30

Böyük Britaniya ilə Rusiya arasında olan münasibətlər soyuq müharibədən sonrakı dövrdə özünün ən gərgin vaxtlarını yaşayır.

 

İki ölkə arasında gərginliyin artmasına səbəb isə Böyük Britaniyanın xarici işlər naziri Boris Consonun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında yaşanan qalmaqal olub.

 

Britaniya və dünya mətbuatı iki gündür ki, bunu müzakirə edir.

 

Bu məlumatlardan isə görünür ki, Consonla Lavrov arasında bağlı qapılar arxasında keçirilən görüşdəki müzakirələr heç də xoş atmosferdə olmayıb.

 

Cümə günü nazirlərin mətbuat konfransında gərginliyin yaşanması da bunu sübut edir. Belə ki, Rusiyanın demokratik seçkilərə müdaxiləsi ilə bağlı iddialara cavablandıran Lavrov bunu əsassız adlandırıb. Lavrovun heç bir müdaxilə olmadığı haqda fikirləri isə Consonu onun sözünü kəsməyə məcbur edib. 

 

Lavrov çıxışında Consonun Rusiyanın Britaniyada keçirilən referenduma (Brexit) Moskvanın müdaxiləsi ilə bağlı əllərində heç bir sübut olmadıqlarını dediyini bildirib.

 

Conson isə həmkarına etiraz edərək belə fikir işlətmədiyini söyləyib: "Mən demişəm ki, Rusiyanın "Brexit"ə uğurlu müdaxiləsi ilə bağlı sübut yoxdur. Bu, o demək deyil ki, Rusiya müdaxilə etməyib. Müdaxilə edib, lakin uğurlu olmayıb. Rusiyanın Almaniya, İtaliya, Fransa və ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsina dair çoxlu faktlar var".


S. Lavrov cavabında "müdaxilə etmişiksə, dəlil-sübut olmalıdır", - deyə bildirib.Britaniyalı nazir isə rusiyalı həmkarını referenduma müdaxilə cəhdlərini etiraf etməyə çağırıb:

 

"Sergey, mən sizin reputasiyanızla bağlı narahatam. Fikrimcə, bu çox vacibdir ki, siz bizim seçkilərə və referenduma müdaxilə cəhdlərini etiraf edəsiniz. Necə olursa olsun, bu müdaxilə uğursuz nəticələnib. Əmin olun ki, bu, çox vacibdir. Mənə elə gəlir ki, müdaxilə cəhdləri uğurlu olsaydı, hər şey başqa cür ola bilərdir".

 

Lavrov Consonun bu replikasına belə cavab verib: "Həmişəki kimi, faktları görmək istəyərdik. Faktlarsız danışmaq çox çətindir". Conson isə "yaxşı, yaxşı" deyə yaranan söz duelinə son qoyub.

 

Nüfuzlu “The Telegraph” nəşri yazıb ki, bağlı qapılar arxasındakı görüşdə Conson Rusiyanı xəbərdarlıq edib ki, Britaniya Kremlin maliyyələşdirdiyi istənilən kiberhücumlara cavab verməyə hazırdır.

 

Lakin Lavrov qeyd edib ki, iki ölkə arasında münasibətlərin pisləşməsi Rusiyanın təşəbbüsü ilə reallaşmır.

 

Nəzərə almaq lazımdır ki, Boris Conson belə sərt tonda Britaniyanın baş naziri Tereza Meyin Rusiyanı demokratik təsisatları zəiflətmək cəhdlərində ittiham etməsindən sonra danışıb.

 

Lavrov isə Consonla görüşdə bildirib ki, Rusiya iki ölkə arasında olan münasibətlərdəki fikir ayrılıqlarının  müzakirə edilərək həllinə üstünlük verir.

Conson Lavrova deyib ki, Moskva və London arasında Balkan, Ukrayna, kibermüdaxilələr haqqında ziddiyyətlər var.

Eyni zamanda Britaniyanın xarici işlər naziri ölkəsi ilə Rusiya arasındakı ticarət dövriyyəsinin həcminin artmasını alqışlayıb. O həmçinin qeyd edib:

 

“Bu il Rusiyaya 300 “Bentli” avtomobili satılıb” və ardınca belə bir söz atıb: “Ümid edirəm ki, onu yalnız Xarici İşlər Nazirliyinin əməkdaşlarına satmayıblar”. 

 

"Ümid edirəm, yalnız onları Xarici İşlər Nazirliyinin əməkdaşlarına satmırdılar".

 

Qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinin qonaq evində danışıqlar stolu arxasında isə Conson Britaniya ilə Rusiya arasında gərginlik yaradan səbəblərdən danışıb. Hərçənd ki, o, jurnalistlərə açıqlamasında daha diplomatik açıqlama vermişdi.

 

Bildirilir ki, Conson danışıqlar stolunda Rusiyanı ittiham edib və Lavrovun “Münasibətlərin kəskinləşməsi Rusiyanın təşəbbüsü ilə olmur” deməsinə sərt cavab verib.

 

“Siz vəziyyətin səbəbləri barədə danışarkən öz baxışlarınızı bəyan etməyə üstünlük verirsiniz. Biz qarşılıqlı narahatlıq doğuran məsələləri birbaşa müzakirə etmək istəyərdik, tribuna və mikrofon vasitəsi ilə deyil. Siz çox düz deyirsiniz, bizim münasibətlər gərginliyə doğru gedir” -  “The Telegraph” nazir Consonun belə dediyini yazır.

 

Məlumata görə, Consonun “Bentli” avtomobili ilə bağlı atmacası da Lavrovun susqun istehzalı təbəssümünə səbəb olub.

 

“Həmçinin Lavrov Consonu danlayıb. Səbəb isə budur ki, Conson İvan Qroznını yada salıb. 

 

“Və ya dördüncü İvan, hansı ki, Sergeyə görə onu elə adlandırırlar” – Consonun fikirlərinə tez  belə düzəliş etdiyi bildirilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir