20 oktyabr 2018, Şənbə
Ana Səhifə - CƏMİYYƏT - Dünyanı bürüyən PROBLEM - analar övladlarının canına niyə qıyır - İZAHLAR
Dünyanı bürüyən PROBLEM - analar övladlarının canına niyə qıyır - İZAHLAR
23.12.2017, 15:10

Doğma anaları tərəfindən öldürülən uşaqların faciəsi tarix boyunca bütün dünyada baş verib. Lakin son illərdə anaların öz övladlarını öldürməsi, övladları ilə birgə intihar etməsi və ya övladlarını öldürəndən sonra öz canlarına da qıyması halları ilə tez-tez rastlaşırıq. İddia edirlər ki, hələ mediada yayılmayan , üzə çıxmayan xəbərlər bundan dəfələrlə çoxdur.

 

Cəmiyyətin günü-gündən mürəkkəbləşdiyi bir zamanda bu cür xoşagəlməz halların çoxalması təsadüfi deyil. Hazırda dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində azyaşlı uşaqlarını öldürən analara istiqamətlənmiş elmi fəaliyyət proqramları hazırlanıər və buna uyğun olaraq işlər aparılır.

 

Belə ki doğuşdan sonrakı dövrdə uşaqlarını öldürən anaların əksəriyyətinin vaxtilə ailədə şiddət gördüyü və ya ümumən psixikasındakı bir sıra çatışmazlıqların səbəbinin məhz ailədəki zorakılıq və qayğısızlıq olduğu təsdiqlənib.

 

Modern.az-a açıqlama verən hüquqşünas Anar Ramazanov qeyd edib ki, bununla bağlı hüquqi tənzimləmə mexanizmləri işlənib hazırlanıb və tətbiq olunur.

“Azərbaycan Konstitusiyasına  görə, ailə - uşaq dövlətin xüsusi himayəsindədir. Konstitusiyamız birbaşa qeyd edir ki, ailə cəmiyyətin və dövlətin özəyini təşkil edir. Təbii ki, cəmiyyətin özəyinə dövlət biganə qala bilməz”.

 

Ananın uşağını öldürməsi texniki termin kimi  ingilis dilində "maternal filicide" adlanır. Bu hadisələrdə "cinayət" deyil, "öldürmək" terminindən ona görə istifadə olunur ki, cinayət kəlməsinin yükü çox ağırdır. Avropa 0-2 yaş arasındakı uşaqların qatili olan analara digərlərinə nisbətən daha az həbs cəzası verilməsi qanunla tənzimlənir.

Aparılan araşdırmalarda məlum olub ki, qadınların doğuşdan dərhal sonra və laktasiya dövründə körpəsini öldürməsi olduqca tez-tez rast gəlinən bir haldır. Laktasiya dövründə anaların psixi-ruhi durumu ürəkaçan vəziyyətdə olmur. Belə ki  analar övladları doğulan anda ya ona ürəkdən bağlana bilər və ya beyni  körpəni onu öz düşməni kimi qəbul edə bilər.

 

A.Ramazanovun sözlərinə görə, vəziyyətindən asılı olmayaraq ortada qətl  hadisəsi varsa, artıq cinayət məsuliyyəti yaranır.

 

“Çünki bu əməldə cinayət tərkibi var. Sırf uşağını öldürən analarla bağlı Cinayət Məcəlləsində xüsusi bir maddə mövcuddur. “Ananın yeni doğduğu körpəni öldürməsi”  maddəsi Cinayət Məcəlləsində xüsusi norma ilə tənzimlənir. Cinayət Məcəlləsinin 120-ci maddəsi isə qəsdən adamöldürmə maddəsidir. Ananın öz uşağını öldürməsində qəsdən adam öldürmə cinayətinin və yeni doğulmuş uşağı öldürməsi cinayətinin tərkibi də yarana bilər. Amma əgər uşağın doğulmasından bir müddət keçibsə, burada artıq qəsdən adam öldürmə cinayəti yaranır.

 

Qəsdən adam öldürmə cinayətində 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, yeni doğulmuş uşağını doğuşdan dərhal sonra öldürən analara isə 3 ilə qədər həbs cəzası nəzərdə tutulur”.

 

Cinayət hüququ ədəbiyyatında “Doğuşdan dərhal sonra” anlayışı belə izah olunur:

 

Ananın yeni doğduğu uşağı doğuşdan dərhal sonra öldürməsi dedikdə uşağın ana bətnindən ayrıldıqdan sonra dərhal öldürülməsi başa düşülür. Cinayət hüququ ədəbiyyatında bu müddətin uşağın ana bətnindən ayrıldığı andan 4 saat keçənədək olan müddətin nəzərdə tutulması təklif olunur.

 

Hüquqşünas qeyd edib ki, bu müddət qanunla belə tənzimlənmir.

 

“Qanunda ana bətnindən ayrıldıqdan  sora qısa zaman müddətində qətl baş verərsə, bu xüsusi norma ilə tənzimlənir. Lakin hüquq ədəbiyyatında bu müddətin 4 saat keçənə qədər olan müddət götürülməsi təklif olunur. Çünki yalnız 4 saatdan sora ana özünə tam gələ bilər”.

1969-cu ildə doktor Filipp Resnik tərəfindən aparılan bir araşdırmada uşaqlarını öldürən anaların 68%-nin psixi xəstəxanalara və yalnız 27%-nin həbsxanaya göndərildiyi təsbit edilib.

 

Uşaqlarını öldürən ataların isə 72%-i həbsxanaya düşür və cəmi 14%-i xəstəxanaya yerləşdirilir.

 

1997-ci ildə isə ABŞ-da Ədliyyə Nazirliyinin apardığı araşdırmada səkkiz yaşınadək olan uşaqların anaları tərəfindən öldürülməsi faktının daha yüksək olduğu, 8 və daha çox yaşı olan uşaqların isə atalarının qəzəbinə tuş gəldiyini təsbit ediblər. Araşdırmada uşaqlıq dövründə oğlanların qızlara nisbətdə daha çox öldürüldüyü qeyd olunub.

Anaların öz uşaqlarını öldürməsi faktı, adətən, onların 3-5 yaş aralığında qeydə alınır. Məktəbli uşaqlarını öldürən anaların əksəriyyətinin də buna əslində bir neçə dəfə cəhd etdikləri, sadəcə müəyyən səbəblərdən alınmadığı və ya istəyib də cəhd edə bilmədikləri ortaya çıxıb. Qısacası, mütəxəssislərin fikrincə, yeniyetmə uşaqlarını bu və ya müəyyən səbəblərdən öldürən analarda da bu “qəzəb”  məhz laktasiya dövrünün şüuraltında qorunub saxlanan fəsadlarıdır.

 

A. Ramazanov yeni doğulmanın meyarının hər elmdə müxtəlif olduğunu vurğulayıb.

 

“Yeni doğulma anlayışının məzmunu mamalıqda, mikropediatriyada, məhkəmə təbabətində eyni deyil. Mama və neomatoloqlar yeni doğulma dövrünü 3-4 həftə hesab edirlər. Məhkəmə təbabətində yeni doğulma dedikdə belə bir qısa müddət(doğuşdan sonrakı 1-ci, 2-ci günlər) başa düşülür ki, bu müddət ərzində uşaqda hələ də dölə xas əlamətlər olur”.

Ümumən bütün dünyada cinayətlərin üçdə biri hamiləlik dövründə və doğuşdan sonra meydana gəlir. Araşdırmalara əsasən, demək olar ki, cinayət törədən bütün anaların müqəddəs və ya kəskin psixotik səbəbləri  olur. Yeni Zelandiyada aparılan bir tədqiqatda, cinayətdən sonra müsahibə verən anaların ruhi sağlıq problemi olanları uşaqlarını planlaşdırmadan qəflətən öldürdüyünü, depressiyalı analar isə uşaqlarını hadisədən bir neçə həftə əvvəl öldürməyi düşündüklərini deyiblər.

 

Bu qətlin qurbanı olma riski, uşaqların həyatının ilk illərində (3-5 yaş dövründə) daha yüksəkdir. ABŞ-da uşaq öldürmə halları geniş yayılsa da, bu problem milli sərhədlərdən kənara çıxır. Çox ehtimal ki, bu nəticələrin azlığı qeyri-dəqiq qərarlar və bəzi qətllərin heç vaxt aşkar edilməməsi ilə bağlıdır.

 

İnkişaf etməkdə olan ölkələrdə, cinsi ayrı-seçkilik səbəbi ilə oğlanların ölümünə daha çox üstünlük verilir. Ölkələr arasında mədəni və hüquqi fərqlər də uşaq ölümü ilə bağlı tədqiqat nəticələrinə təsir edə bilər.

 

Bu cinayətlərin əhəmiyyətli bir hissəsi (16-29%) anaların intihar etməsi ilə sonlanır. Anaların əksəriyyəti,övladları ilə birlikdə ölümcül intihar cəhdləri edir. Gənc uşaqların anaları intihar etdikdə, onların təxminən 5% -i uşaqlarından ən az birini öldürmüş olur.

Hüqüqşünas Anar Ramazanov cinayət hüququ ədəbiyyatından bəzi məlumatları bölüşərək qeyd edib ki, bu cinayət ona görə yüngülləşdiri hallarda qəsdən adam öldürmənin bir növü hesab edilir ki, yeni doğduğu uşağı qətlə yetirən ananın psixikası kəskin deformasiyaya uğrayır.

 

“O öz hərəkətləri üzərində nəzarəti qismən itirir. Eyni zamanda hamilə qadının hamiləlik müddətində və doğum zamanı orqanizmdə gedən mürəkkəb proseslər onun normal fiziki qabilliyətini də müəyyən qədər məhdudlaşdırır. Orqanizmdə gedən psixofizioloji proseslərin təsiri altında belə qadınların xasiyyəti dəyişir. Heç bir səbəb olmadan tez-tez əsəbləşirlər və s. Orqanizmin belə dəyişikliyi hamilə qadının öz iradəsindən asılı olmur”.

 

Əksər hallarda bu analar altruistik motivlərə malikdirlər.

 

Altruistik intihar - öz həyatını sosial motivlər naminə qurban verən və bununla yüksək dərəcədə qrup identifikasiyasına malik şəxslərdə təsadüf edilir.

Bundan əlavə, insanın özünə qəsd edərkən yaxınlarını da özü ilə ölümə aparmaq  cəhdləri də olur. Belə şəxslərdə genişlənmiş intihar (məsələn, intihardan əvvəl azyaşlı uşağını guya əzabdan qurtarmaq üçün öldürmüş qadının hərəkəti) halları da qeydə alınır.

 

Təbii ki hər yaxın adamını öldürənə ruhi xəstə adını vermək doğru deyil, bu məhkəmə psixiatriya ekspertizasının həll etməli olduğu məsələdir.

 

Məsələn buna bənzər bir hadisə bir neçə il əvvəl Yaponiyada baş vermişdi. Qocalar evinin keçmiş işçisi oranın 17 sakinini öldürərək əslində onlara yaxşılıq edib, əzabdan qurtardığını düşünürdü. Məhkəmə-tibbi ekspertizası nəticəsində həmin şəxsin psixoloji problemləri olduğu aşkar olunub.

Son iki il ərzində Azərbaycan mediasında da uşaq ölümü ilə bağlı xəbərlərin “baş qəhrəmanları” kimi tez-tez qurbanın doğma və ya ögey analarını görmək mümkündür.

 

2016-ci ilin avqustunda Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Elfanə Cəfərovanı şarfla boğaraq öldürüb.

 

Araşdırma zamanı məlum olub ki, ana və 15 yaşlı qızının münasibətləri bir müddət imiş pozulubmuş. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb.

2017-ci ilin iyununda isə Qusarda Gülnarə Saypullayevanın qızı, 2012-ci il təvəllüdlü Luiza Saypullayevanı öldürdüyü müəyyənləşib.

 

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

Ötən ilin oktaybrında Bakıda 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

 

Məlum olub ki, uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova öldürüb. Belə ki, N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı dünyasını dəyişib.

 

Hal-hazırda Avstraliya, Avstriya, Braziliya, Kanada, Kolumbiya, Finlandiya, Almaniya, Yunanıstan, Honq Kon, Hindistan, İtaliya, Yaponiya, Koreya, Yeni Zelandiya, Norveç, Filippin, İsveç, İsveçrə, Türkiyə və Böyük Britaniyada “İnfanticide” qanunları mövcuddur. Konstitusiyalarında azyaşlı övladlarını öldürən analar üçün qanun nəzərdə tutulmuş millətlərin əksəriyyətində ingilis qanunlarına əsaslanaraq bir yaşdan kiçik uşaqları öldürən anaların cəzasını azaldır.

 

Lakin bu qanun, təbii olaraq, müxtəlif ölkələrdə fərqlənir.  Araşdırmalara əsasən, ABŞ-da hər il təxminən 200 qadın öz uşağını öldürür.

2005-ci ildə, Çiyna Arnold, üç həftəlik körpə qızını mikrodalğalı sobaya qoyaraq öldürüb.

1998-ci ildə gündüz növbəsində mühafizəçi işləyən Kenisha Berrinin dörd günlük oğlunun cəsədi tapılıb. O, uşağın ağzını bağlayıb, qara plastik torbaya yerləşdirərək  boğub öldürüb.

 

39 yaşlı Megan Huntsman isə1996-cı ildən 2006-cı ilədək yeni doğan körpələrindən altısını boğaraq öldürdüyünü etiraf edib.

 

Təhlükə altında olan uşaqların və anaların müəyyənləşdirilməsi üçün daha çox tədqiqat aparılmalıdır.

 

Nəzrin CAVİD

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı
20.10.2018, 15:51

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib
20.10.2018, 15:38

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib

Bu şəxsə də prezident təqaüdü veriləcək
20.10.2018, 15:18

Bu şəxsə də prezident təqaüdü veriləcək

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
20.10.2018, 15:14

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”
20.10.2018, 15:07

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI - Hər iki dövlət böyük gəlirlər əldə edəcək”

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb
20.10.2018, 15:01

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib
20.10.2018, 14:48

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib

İranda nazir istefa verdi
20.10.2018, 14:36

İranda nazir istefa verdi

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb
20.10.2018, 14:20

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb

Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ
20.10.2018, 14:18

Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ

Bakıda 1 kq heroini 22 min manata satan dəstə zərərsizləşdirildi
20.10.2018, 14:12

Bakıda 1 kq heroini 22 min manata satan dəstə zərərsizləşdirildi

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
20.10.2018, 13:49

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”
20.10.2018, 13:40

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”

Kişilərin sipəri  
20.10.2018, 13:32

Kişilərin sipəri  

Sabah Bakıda 25 dərəcə isti olacaq
20.10.2018, 13:23

Sabah Bakıda 25 dərəcə isti olacaq

Baş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDI
20.10.2018, 13:16

Baş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDI

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün...”
20.10.2018, 12:52

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün...”

Azərbaycanda 9 min adda siqaret müsadirə olundu
20.10.2018, 12:47

Azərbaycanda 9 min adda siqaret müsadirə olundu

Sabah hava necə keçəcək? - PROQNOZ
20.10.2018, 12:39

Sabah hava necə keçəcək? - PROQNOZ

Qayda pozan avtobus sürücüləri niyə cərimələnmir? - Yol Polisindən AÇIQLAMA  
20.10.2018, 12:23

Qayda pozan avtobus sürücüləri niyə cərimələnmir? - Yol Polisindən AÇIQLAMA  

Ağstafada 18 yaşlı gəlin itkin düşdü
20.10.2018, 12:07

Ağstafada 18 yaşlı gəlin itkin düşdü

Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub
20.10.2018, 11:50

Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub

Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: “...əməklə məşğul olmağa yönləndirmək lazımdır”
20.10.2018, 11:36

Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: “...əməklə məşğul olmağa yönləndirmək lazımdır”

Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri hələ Bakıdadır
20.10.2018, 11:33

Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri hələ Bakıdadır

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilir
20.10.2018, 11:22

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilir

Ağstafada 18 yaşlı gəlin itkin düşdü
20.10.2018, 11:10

Ağstafada 18 yaşlı gəlin itkin düşdü

Azercell-dən iPhone Xs və iPhone Xs Max ilə Limitsiz İnternet Hədiyyə!
20.10.2018, 11:00

Azercell-dən iPhone Xs və iPhone Xs Max ilə Limitsiz İnternet Hədiyyə!

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
20.10.2018, 10:53

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib

Əfqanıstanda Parlamentin Aşağı Palatasına seçkilər başladı
20.10.2018, 10:44

Əfqanıstanda Parlamentin Aşağı Palatasına seçkilər başladı

YAP Binəqədi Rayon Təşkilatı 9 ayın yekunu vurulub
20.10.2018, 10:40

YAP Binəqədi Rayon Təşkilatı 9 ayın yekunu vurulub

Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb
20.10.2018, 10:32

Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb

Bir şəklin tarixçəsi - Heydər Əliyevlə Əbdürrəhman Vəzirovun ALİ QONAĞI - FOTO   
20.10.2018, 10:27

Bir şəklin tarixçəsi - Heydər Əliyevlə Əbdürrəhman Vəzirovun ALİ QONAĞI - FOTO  

İcra başçısı aidiyyatı qurumlara nöqsanlardan nəticə çıxarmağı tapşırdı  
20.10.2018, 10:26

İcra başçısı aidiyyatı qurumlara nöqsanlardan nəticə çıxarmağı tapşırdı  

120 kiloqram fındıq oğurlayan Zaqatala sakini saxlanıldı
20.10.2018, 10:14

120 kiloqram fındıq oğurlayan Zaqatala sakini saxlanıldı

Dövlət Komitəsində Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq müzakirə olunub
20.10.2018, 10:10

Dövlət Komitəsində Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq müzakirə olunub

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib
20.10.2018, 10:00

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

Qərargah: Badamdardakı sürüşmə sahəsində yeni çatlar yaranıb
20.10.2018, 09:45

Qərargah: Badamdardakı sürüşmə sahəsində yeni çatlar yaranıb

Cəbhədə atəşkəs 30 dəfə pozulub
20.10.2018, 09:41

Cəbhədə atəşkəs 30 dəfə pozulub

ABŞ KXDR-ə qarşı sanksiyaları ləğv etməyəcək
20.10.2018, 09:28

ABŞ KXDR-ə qarşı sanksiyaları ləğv etməyəcək

Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilib
20.10.2018, 09:17

Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilib

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının öldürüldüyünü təsdiqlədi - 18 nəfər saxlanıldı
20.10.2018, 09:03

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının öldürüldüyünü təsdiqlədi - 18 nəfər saxlanıldı

ABŞ və Rusiya prezidentlərinin görüşə biləcəyi tarix açıqlanıb
20.10.2018, 08:56

ABŞ və Rusiya prezidentlərinin görüşə biləcəyi tarix açıqlanıb

Aİ-92 markalı benzinin idxalı müvəqqəti gömrük rüsumlarından azad edilir
20.10.2018, 00:58

Aİ-92 markalı benzinin idxalı müvəqqəti gömrük rüsumlarından azad edilir

Reyd zamanı 55 sürücü və piyada cərimələndi
20.10.2018, 00:46

Reyd zamanı 55 sürücü və piyada cərimələndi

Tələbələr ölümdən döndülər
20.10.2018, 00:33

Tələbələr ölümdən döndülər

“Tvitter” bu hesabları bağladı
20.10.2018, 00:17

“Tvitter” bu hesabları bağladı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - FOTO
20.10.2018, 00:09

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - FOTO

Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə çatıb
19.10.2018, 23:58

Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə çatıb

Azərbaycan neftinin qiyməti 80 dollara düşdü
19.10.2018, 23:44

Azərbaycan neftinin qiyməti 80 dollara düşdü

İstanbulda 21 əsgər həbs olundu
19.10.2018, 23:30

İstanbulda 21 əsgər həbs olundu

ARXİV