Modern.az

Deputatlardan Milli Məclisin İntizam Komissiyasının tərkibi ilə bağlı TƏKLİF

Deputatlardan Milli Məclisin İntizam Komissiyasının tərkibi ilə bağlı TƏKLİF

23 Dekabr 2017, 17:00

Seçki Məcəlləsinə sonuncu dəfə edilən dəyişikliyə görə, Milli Məclisinin deputatı qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydasına parlamentin İntizam Komissiyası baxacaq/ Və müəyyən qərar qəbul edəcək. Daha sonra isə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.

 

Seçki Məcələsinə dəyişiklə bağlı parlamentdə çıxış edən deputat Vahid Əhmədov Milli Məclisin İntizam Komissiyasının tərkibində dəyişiklik edilməsini təklif etmişdi.

 

“Təklif edərdim ki Milli Məclisin İntizam Komissiyasının tərkibində dəyişikliklər edilsin. Komissiyanın tərkibi genişləndirilsin. Çünki onlar deputat yoldaşlarımızın taleyini həll edəcəklər”-deyə, deputat bildirib.

 

Məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının üzvü Fazil Mustafa Modern.az-a açıqlama verib.

 

Deputat Milli Məclisin ixtisaslaşmış İntizam Komissiyasına ehtiyacı olduğunu qeyd edib.

 

“Çünki Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozma halları baş verərsə, bunun peşəkar səviyyədə araşdırılması vacibdir. Əgər belə olmasa böyük problemlər ortaya çıxa bilər. Nəzərə alınmalıdır ki, burada deputatın mandatından, ictimaiyyəti maraqlandıran məsələdən söhbət gedir. Gərək bu məsələdə daha peşəkar qərar verilmə imkanı olsun”.

 

Deputat hesab edir ki, İntizam Komissiyasının hazırki tərkibi bir qədər buna müvafiq deyil.

 

“Ona görə də bu məsələ ətrafında düşünməyə dəyər”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı