24 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - CƏMİYYƏT - Mətbuat katibini çaya tullayan prezident: yeni il təbriki ilə istefa verən Yeltsin
Mətbuat katibini çaya tullayan prezident: yeni il təbriki ilə istefa verən Yeltsin
23.12.2017, 21:38

Haqqında hələ çox danışılacaq, xatirələr söyləniləcək, kitablar yazılacaq, yeni-yeni lətifələr də qoşulacaq. Onunla bağlı fikirlər, rəylər fərqli və müxtəlif olmasına baxmayaraq, adı Rusiya Federasiyasının ilk prezidenti kimi tarixdə əbədi qalacaq.

 

Modern.az saytının tarixlə bağlı növbəti yazısı Boris Yeltsin haqqındadır.

 

Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin xalq arasında populyarlığı ilə yanaşı, həyatındakı qeyri-adi olaylarla da yaddaşlarda iz buraxıb. Hətta dövlət başçısı olduğu dövrdə də prezident statusuna uyğun olmayan ağlasığmaz hərəkətləri ilə insanları təəccübləndirməyi bacarıb.

 

Məktəb illərində Yeltsin dərslərindən əla qiymətlər alsa da, nadincliyi ilə öz həmyaşıdlarından fərqlənib. İl boyu müəllimlərlə yola getməyən gələcək prezident davranışına görə yeddinci sinifdə oxuyarkən məktəbdən xaric olunub. Sonradan ağıllı olacağına söz verən məktəbli Boris yenidən təhsilini davam etdirib və orta məktəbi bütün fənlər üzrə əla qiymətlərlə bitirib.

 

Uşaqlıqda dəcəlliyinin ucbatından Yeltsin sol əlinin iki barmağını da itirib. Belə ki, həmyaşıdları ilə birgə hərbi anbarın ətrafından tapdıqları qumbara onun əlində partlayıb. Bu səbəbdən də Yeltsin hərbi xidmətə çağrılmayıb.

 

1955-ci ildə Ural Politexnik İnstitutunu bitirdikdən sonra Yeltsin bir sıra tikinti idarələrində çalışıb, əmək fəaliyyətində fərqlənən mütəxəssis kimi tanınıb və bunun nəticəsi olaraq cavan yaşlarından partiya işinə keçərək siyasi karyerasına başlayıb.

 

Boris Yeltsin kəskin çıxışları, bəyanatları ilə fərqlənən siyasətçi olub. Məhz bu kəskin çıxışlarına, 1987-ci ilin noyabrında Qorbaçovun siyasətini tənqid etdiyinə görə, onu Moskva şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad ediblər. Bunu haqsızlıq kimi qəbul edən Yeltsin dəftərxana qayçısı ilə özünə qəsd etmək istəyib.

 

1989-cu ildə yenidən siyasətə qayıdan Yeltsin 1991-ci ildə Rusiya Federasiyasının ilk prezidenti seçilib.

 

 

 

İlk dəfə Amerika Birləşmiş Ştatlarına səfərə gedərkən özünü “saxlaya” bilməyən Boris Yeltsin trapdan düşən kimi tualet əvəzinə təyyarənin arxasına keçərək özünü “rahatlayıb”. Təbii ki, onu qarşılamağa gələnlər bunu müşahidə ediblər. Yeltsin isə heç nə olmamış kimi əlini yumadan belə onlarla çox mehribancasına görüşüb.

 

Ziyafətlərdə Yeltsinin ən çox sevdiyi əyləncələrdən biri qaşıqları stola döycələyərək hansısa mahnının ritmini tutmaq olub.

 

1992-ci ildə Qırğısıstanda səfərdə olarkən Boris Yeltsin öz sevimli əyləncəsini Qırğızıstan prezidenti Əskər Akayevin başında sınayıb.

 

Yeltsin hədsiz dərəcədə spirtli içkilərin aludəçisi olub. Rusiya qoşunlarının Almaniyadan çıxarılması ilə bağlı bu ölkəyə səfəri zamanı Yeltsin o qədər sərxoş olub ki, hərbi orkestrin qarşısından drijoru kənara itəliyərək öz “maharətini” göstərib.

 

1995-ci ildə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən gecədən xeyli keçmiş sərxoş vəziyyətdə olan Yeltsin alt paltarında onun üçün ayrılmış iqamətgahdan çıxmaq istəyəndə mühafizəçilər prezidentin qarşısını kəsib. Sonradan məlum olub ki, Rusiya prezidenti pitsa almaq üçün çıxıb yolda taksi saxlatdırmaq fikrindəymiş.

 

 

 

1991-ci ildə Rusiyada prezidentinin Yeni il münasibətilə ənənəvi təbriki baş tutmayıb. Bu missiyanı həyata keçirməyi tanınmış satirik Mixail Zadornova həvalə ediblər. Satirik əvvəlcə məsələnin nə yerdə olduğunu anlamayıb. Ona başa salıblar ki, Yeltsin ciddi məşğuldur. Zadornov gülümsəyərək deyib:

- Hə, indi anladım, “zapoy...”

 

Boris Yeltsin Krasnoyarskda olarkən vilayət rəhbərliyi onun istirahəti üçün Yenisey çayında teploxodla gəzinti təşkil edib. Dövlət başçısının vəziyyətinin “yaxşı” olduğunu görən prezidentin mətbuat katibi Vyaçeslav Kostikov zarafatla Yeltsinə ilişməyə başlayıb. Bundan hiddətlənən Yeltsin mühafizəçisinə əmr edib ki, mətbuat katibini çaya atsınlar. Əmr dərhal icra olunub.

 

28 sentyabr 1989-cu ildə Boris Yeltsinlə bağlı baş vermiş qeyri-adi hadisə isə kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilməklə yanaşı, həm də SSRİ Ali Sovetinin iclasında ictimai müzakirəyə çıxarılıb. Ali Sovetin fəaliyyəti tarixində ilk dəfə olaraq belə müzakirələr aparılıb.

Nə baş vermişdi? Boris Yeltsin bu dəfə hansı hadisə ilə ölkənin diqqət mərkəzində dayanmışdı?

Məhz həmin gün Boris Yeltsini körpüdən Moskva çayına atıblar. Hadisənin necə baş verməsi haqqında uzun illər müxtəlif versiyalar irəli sürülüb.

 

Yeltsinin öz söylədiyinə görə, seçicilərlə görüşdən sonra o dostunun bağına getmək istəyib. Xidməti avtomobilini buraxan Yeltsin piyada getmək qərarına gəlib. Bir az getdikdən sonra körpünün yaxınlığında “Jiqulu” markalı avtomobildən düşən bir neçə nəfər adam ona hücum edib, başına torba keçirərək Moskva çayına atıblar. Lakin bu versiya hüquq-mühafizə orqanları tərəfindən qəbul olunmayıb.

 

Digər bir versiyaya görə isə seçicilərlə görüşdən sonra alkoqolla  gərginliyini çıxaran Yeltsin yaxınlıqda yaşayan məşuqəsi ilə görüşə gedib. Həmişə olduğu kimi bir ayıqla bir sərxoşun söhbətinin tutmaması bu görüşdə də özünü göstərib. Yeltsin əsəbi halda və sərxoş vəziyyətdə evdən çıxaraq, ayılmaq üçün özünü çaya atıb. Uzun illər bu məsələ qaranlıq qalaraq müzakirələrə səbəb olub.

 

 

 

1992-ci ildə Rusiya hökuməti ilə Moskva hökuməti işçilərinin arasında futbol turniri keçirilib. Yeltsin bu oyunda azarkeş qismində iştirak edib. Oyun başlanandan bir neçə dəqiqə sonra Rusiya hökuməti komandasının qapıçısı zədə alıb və oyunu davam etdirə bilməyib. Qapıçını əvəz etmək problemi yarananda Yeltsinin gözünə vaxtilə SSRİ yığmasının qapıçısı, tanınmış idman şərhçisi Vladimir Masloçenko sataşıb. Yeltsin onun meydançaya çıxmasına göstəriş verəndə Masloçenko etirazını bildirib:

 

- Boris Nikolayeviç, axı mən hökumətin strukturunda deyiləm.

 

Yeltsinin cavabı məsələyə son qoyub:

 

- Vladimir, mən səni bu gündən idman nazirinin müavini təyin edirəm.

 

Əlacsız qalan Masloçenko meydançaya çıxıb. Amma sonradan ona təklif olunan vəzifədən imtina edib.

1994-cü ildə Amerika səfərindən Rusiyaya qayıdarkən Boris Yeltsin içkinin təsirindən bir-neçə saat təyyarədən çıxa bilməyib. Elə bu səbəbdən də İrlandiyanın baş naziri ilə əvvəlcədən planlaşdırılmış görüş vaxtında baş tutmayıb. Rəsmi qonaqlara isə izah olunub ki, mühafizəçilərin günahı ucbatından Yeltsini vaxtında yuxudan oyatmayıblar.

 

Boris Yeltsin hədsiz dərəcədə idman həvəskarı olub. Azarkeşlik etdiyi komanda məğlub olanda, hətta həkim müdaxiləsinə də ehtiyac yaranıb. Özü isə ən çox voleybol və tennis oyunlarına üstünlük verib. Sol əlində iki barmağının olmamasına baxmayaraq Yeltsin voleybol üzrə idman ustası dərəcəsini alıb.

 

1999-cu ilin dekabrın 31-də günorta saatlarında Boris Yeltsin Yeni il münasibətilə rus xalqını təbrik etdikdən sonra prezidentlik müddəti başa çatmadan istefa verdiyini bəyan edib...


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yığmamız heç-heçəyə razılaşdı
24.10.2018, 01:00

Yığmamız heç-heçəyə razılaşdı

Azərbaycan idmançısı gümüş medal qazandı
24.10.2018, 00:45

Azərbaycan idmançısı gümüş medal qazandı

79 yaşlı kişini elektrik cərəyan vurub öldürdü
24.10.2018, 00:28

79 yaşlı kişini elektrik cərəyan vurub öldürdü

“Ərdoğanın açıqlamaları olduqca sərt idi” - Tramp
24.10.2018, 00:13

“Ərdoğanın açıqlamaları olduqca sərt idi” - Tramp

“Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir” – Səməd Seyidov
23.10.2018, 23:58

“Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir” – Səməd Seyidov

Elmar Məmmədyarov  braziliyalı həmkarını təbrik etdi
23.10.2018, 23:39

Elmar Məmmədyarov  braziliyalı həmkarını təbrik etdi

Azərbaycan nefti ucuzlaşıb
23.10.2018, 23:19

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib
23.10.2018, 23:07

Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 yaralı - FOTOLAR, VİDEO
23.10.2018, 22:52

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 yaralı - FOTOLAR, VİDEO

Əsirlikdə saxlanılan yapon jurnalist azad edildi
23.10.2018, 22:37

Əsirlikdə saxlanılan yapon jurnalist azad edildi

Binəli Yıldırımdan Ermənistanla bağlı  sərt çıxış
23.10.2018, 22:21

Binəli Yıldırımdan Ermənistanla bağlı  sərt çıxış

Qarabağda erməni əsgəri yaralandı
23.10.2018, 22:08

Qarabağda erməni əsgəri yaralandı

Bakıda dönərxanalarda iyrənc mənzərə - VİDEO
23.10.2018, 21:51

Bakıda dönərxanalarda iyrənc mənzərə - VİDEO

"BUTA Art & Sweets" platformasından xüsusi ehtiyacı olan xanımlara dəstək - FOTOLAR  
23.10.2018, 21:37

"BUTA Art & Sweets" platformasından xüsusi ehtiyacı olan xanımlara dəstək - FOTOLAR  

Ucarda minik maşını dirəyə çırpıldı: 2 ölü
23.10.2018, 21:36

Ucarda minik maşını dirəyə çırpıldı: 2 ölü

Polis konsulluq maşınında Qaşıqçıya məxsus əşyalar tapdı
23.10.2018, 21:21

Polis konsulluq maşınında Qaşıqçıya məxsus əşyalar tapdı

Azərbaycan Estoniya münasibətləri müzakirə edildi
23.10.2018, 21:07

Azərbaycan Estoniya münasibətləri müzakirə edildi

Paşinyan baş nazirliyə yeganə namizəd oldu
23.10.2018, 20:55

Paşinyan baş nazirliyə yeganə namizəd oldu

Bakıda yanacaqdoldurma məntəqəsinə hücum edən 11 il həbs cəzası aldı
23.10.2018, 20:41

Bakıda yanacaqdoldurma məntəqəsinə hücum edən 11 il həbs cəzası aldı

Camal Qaşıqçının nişanlısı Ərdoğana belə təşəkkür etdi - FOTO
23.10.2018, 20:29

Camal Qaşıqçının nişanlısı Ərdoğana belə təşəkkür etdi - FOTO

Azərbaycan Fransaya NOTA verdi
23.10.2018, 20:18

Azərbaycan Fransaya NOTA verdi

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq
23.10.2018, 20:04

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq

Putin Trampa Parisdə görüşməyi təklif etdi
23.10.2018, 20:00

Putin Trampa Parisdə görüşməyi təklif etdi

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi
23.10.2018, 19:52

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi

Nəcməddin Sadıkov Libermanla görüşüb
23.10.2018, 19:43

Nəcməddin Sadıkov Libermanla görüşüb

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO
23.10.2018, 19:34

Azərbaycanın 41 rayonunda ailə təsərrüfatları yaradılır - FOTO

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi
23.10.2018, 19:25

Xəlil Rzanın xanımına qarşı dələduzluq edənə 9 il iş verildi

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq
23.10.2018, 19:16

Fermerlər üçün üçün vergi güzəştləri daha 5 il uzadılacaq

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü
23.10.2018, 19:06

Ramil Usubov rusiyalı həmkarı ilə görüşdü

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO
23.10.2018, 18:57

Kral öldürülən jurnalistin ailəsi ilə görüşdü - FOTO

Sabah Bakının bir hissəsi qazsız qalacaq
23.10.2018, 18:48

Sabah Bakının bir hissəsi qazsız qalacaq

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü
23.10.2018, 18:40

Səfər Mehdiyev meksikalı səfirlə görüşdü

Prezident yeni qanun imzaladı
23.10.2018, 18:32

Prezident yeni qanun imzaladı

XİN rəhbəri Laaneti qəbul edib
23.10.2018, 18:25

XİN rəhbəri Laaneti qəbul edib

Baş nazirin maşını maralla toqquşdu
23.10.2018, 18:17

Baş nazirin maşını maralla toqquşdu

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı
23.10.2018, 18:10

Qobustanda yol tikintisinə 6,4 milyon ayrıldı

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi
23.10.2018, 18:01

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı
23.10.2018, 17:55

Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti uzadıldı

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR
23.10.2018, 17:47

Birinci vitse-prezident İmam Hüseyn məscidinin bərpadan sonra açılışını etdi - FOTOLAR

Bakının bu əraziləri susuz qalacaq
23.10.2018, 17:40

Bakının bu əraziləri susuz qalacaq

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR
23.10.2018, 17:32

Mehriban Əliyeva xüsusi təhsil məktəbinin yeni binasının açılışında - FOTOLAR

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ
23.10.2018, 17:23

Bakı Nəqliyyat Agentliyi parklanma qaydalarını pozanları cərimələməyə başladı - RƏSMİ

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib
23.10.2018, 17:17

Dövlət Komitəsində tatarıstanlı qonaqlarla görüş keçirilib

“Azercell” əməkdaşlıq memorandumu imzaladı
23.10.2018, 17:10

“Azercell” əməkdaşlıq memorandumu imzaladı

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ
23.10.2018, 17:04

Azərbaycana Ermənistandan kartof gətirilmir – RƏSMİ

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 
23.10.2018, 17:03

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur
23.10.2018, 16:58

Deputatların hədiyyə alması və təklif etməsi qadağan olunur

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər
23.10.2018, 16:57

Ermənistanın yeni baş naziri bu gün seçilə bilər

Yaddan çıxmaz Qarabağ! - VİDEO
23.10.2018, 16:51

Yaddan çıxmaz Qarabağ! - VİDEO

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
23.10.2018, 16:33

İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

ARXİV