Modern.az

Arzu Səmədbəyli: “Müsavat “Kölgə parlamenti”nin yaradılmasında iştirak etmir”

Arzu Səmədbəyli: “Müsavat “Kölgə parlamenti”nin yaradılmasında iştirak etmir”

Ölkə

4 İyul 2011, 16:17

“Müsavat Partiyası “Kölgə parlamenti” prosesində iştirak etmir”.  Bu sözləri Modern.az-a açıqlamasında partiyanın Ali Məclisinin sədri Arzu Səmədbəyli ADP sədri S.Cəlaloğlunun saytımıza verdiyi açıqlamanı şərh edərkən bildirib.

Müsavat Məclisnin sədri qeyd edib ki, “Kölgə parlamenti” ilə bağlı aparılan danışıqlar prosesindən xəbərləri yoxdur.
“Müsavat Partiyası bununla bağlı aparılan hər hansı danışıqlarda iştirak etmir. Biz fəaliyyətimizi İctimai Palatada davam etdirirk”-deyə A Səmədbəyli vurğulayıb. 

Məclis sədri deyib ki, təmsil olunduğu partiyanın bundan sonra da “Kölgə parlamenti”nin yaradılması  adı altında aparılan prosesdə iştirak etmək niyyəti və arzusu yoxdur.

“Müsavat Partiyasının rəsmi orqanlarında, Divan iclaslarında bu məsələ heç bir şəkildə müzakirə edilmir”-deyə Arzu Səmədbəyli qeyd edib.

Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında “Kölgə parlamenti”nin formalaşması üçün prosesin başlandığını və bununla bağlı Müsavat Partiyasına da müraciət etdiklərini demişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?