Modern.az

Nazirlik ABU-nun diplomsuz tələbələrinin məsələsinə aydınlıq gətirdi

Nazirlik ABU-nun diplomsuz tələbələrinin məsələsinə aydınlıq gətirdi

4 İyul 2011, 16:26

“Azərbaycan Beynəlxalq Universitetinə qanuni yolla, test imtahanlarından keçərək qəbul olan və bitirən tələbələr diplom alıblar”. Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin özəl universitetlər üzrə kuratoru İlyar Vahabov deyib.

O, ABU tələbəri arasında diplom ala bilməyənlərin narazlıqlarına isə yaradılmış xüsusi komissiyada baxıldığını bildirib.

“Təbii ki, universitetin tələbələri arasında diplom ala bilməyənlər də var. Məsələn, qeyri-kafi qiymətlərlə universiteti bitirənlər diplom ala bilməyib. Bunların içərisində təbii ki, universitetə qeyri-qanuni yolla daxil olub, bitirən tələbələr də var” deyə nazirliyin əməkdaşı əlavə edib.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının son iclasında deputat Fuad Muradov Azərbaycan Beynəlxaq Unversitetinin tələbələri ilə bağlı məsələni qaldırıb. Deputat ali məktəb bağlandıqdan sonra  burada təhsil almış məzunların diplom almaqda üzləşdikləri problemlərdən narazılıq etmişdi.

Aytən ƏLİYEVA 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?