Modern.az

“Daş yuxular”dan sonra Əkrəm Əylislini ilk efirə çıxaran jurnalist: “Peşman olduğunu söyləmədi”

“Daş yuxular”dan sonra Əkrəm Əylislini ilk efirə çıxaran jurnalist: “Peşman olduğunu söyləmədi”

24 Dekabr 2017, 12:23

Gün.az Tv-nin “Mətbuat aynasında” proqramının qonağı yazıçı Əkrəm Əylisli olub. “Daş yuxular” romanına görə uzun müddətdir ki, heç bir efirə dəvət almayan Əkrəm Əylislinin yenidən efirdə görünməsi birmənalı qarşılanmayıb. Bəziləri onun efirə çıxmasını doğru hesab etməyib.

 

“Mətbuat aynasında” proqramının aparıcısı, professor Qulu Məhərrəmli Modern.az-a açıqlamasında Əkrəm Əylislini efirə dəvət etmələri barədə yayılan fikirlərə münasibət bildirib.

 

 

“Əkrəm Əylisli müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biridir. Bu yaxınlarda 80 yaşı tamam olub. İndiki nəslin ədəbi zövqünün və Azərbaycan poetik dilinin formalaşmasında Əkrəm Əylislinin çox böyük rolu olub. Aydındır ki, “Daş yuxular” romanını yazandan sonra cəmiyyətdə az qala onu ədəbiyyat siyahısından silib atıblar. Düzdü, mən də “Daş yuxular”ı uğurlu əsər hesab etmirəm. Düşünürəm ki, kaş ki, bu əsəri yazmazdı. Amma bugünkü nəsrimizi, ədəbi tendensiyanı Əkrəm Əylislisiz təsəvvür etmədiyimizdən onu efirə dəvət etdik. Dəvətimizin məqsədinin də 80 yaşının tamam olması ilə bağlı olduğunu dedik. Heç bir sualdan çəkinmədiyini də vurğuladı. Buna baxmayaraq, hiss etdim ki, hay-küyçülərdən və bizim idarə olunan medianın hücumlarından ehtiyatlanır”.

 

 

Əkrəm Əylislinin “Daş yuxular” əsərinə görə peşmanlıq hissinin olmasına gəlincə, Qulu Məhərrəmli bunları deyib. “Heç bir peşmanlıq hissinin olduğunu söyləmədi. Xatırlayırsınızsa, ilk vaxtlarda da peşman olduğunu deməyib. Hətta, verilişdə dedi ki, mən Azərbaycan xalqını aşağılayan, ona ləkə vuran heç bir əsər yazmaməşam. Sadəcə, özünün dediyinə görə xaricə çap olunana "Daş yuxular"ın sonuna bəzi əlavələr edib. Amma həmin düzəlişlərin nədən ibarət olduğunu bilmirəm. Digər tərəfdən, mən yazıçının məlum əsərlə bağlı çox danışmaq istəmədiyini hiss etdim, amma yazıçı şəxsiyyəti, onun missiyası, tarix, millət və cəmiyyət qarşsındakı məsuliyyəti barədə geniş fikir mübadiləmiz oldu. Onun bəzi fikirləri ilə razılaşmasam da, hesab edrəm ki, veriliş maraqlı alınıb”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi