Modern.az

“Mərkəz” qəzetinin baş redaktoru vəzifəsindən getdi

“Mərkəz” qəzetinin baş redaktoru vəzifəsindən getdi

4 İyul 2011, 16:33

"Mərkəz” qəzitinin baş redaktoru Nigar Almanqızı səhhətindəki problemləri ilə əlaqadar olaraq tutduğu postu tərk edib. Bu barədə baş redaktorun özü Modern.az bildirib.
“Səhhətində problemlər var. Müalicə olunurdum. İşə fasilərələ gəlirdim. Belə iş rejimi isə əlbəttə gündəlik qəzetə rəhbərlik etməyə imkan vermirdi”-deyə N.Almanqızı işdən getməsi ilə bağlı danışarkən söyləyib. Əməkdaşımızla söhbət zamanı rayona getdiyi üçün yolda olduğunu əsas gətirən həmkarımız digər sualları cavablandıra bilməyib.

Redaksiyadan verilən məlumata görə, ötən həftənin cümə günündən vəzifəsindən gedən N. Almanqızının adı “Mərkəz” qəzetinidə saxlanılıb. 

Qeyd edək ki,  jurnalist Nigaq Almanqızı  bu ilin yanvar ayından “Mərkəz” qəzetinə baş redaktor təyin edilib. Qəzetdə əvvəl parlament müxbiri kimi fəaliyyətə başlayan Nigar Almanqızı bir müddət sonra baş redaktor vəzifəsinə təyin edilmişdi.  
Nigar Almanqızı 14 ildir mətbuat sahəsində çalışır. O, əvvəllər “Millət”, “Ekspress”, "Hürriyyət", "Yeni Müsavat" qəzetlərində müxbir işləyib. Daha sonra «Press Post» qəzetinin baş redaktoru postunda çalışıb.

“Mərkəz” qəzeti 1998-ci ildən nəşr edilir. Əvəllər qəzetə Müşfiq Həqq, Anar Məmmədli, Sahib Alıyev, Şirzad Məmmədli kimi tanınmış jurnalistlər də rəhbərlik edib.

"Mərkəz" qəzetinin  təsisçisi, Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovadır. Qəzet həftədə 5 dəfə nəşr olunur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır