Modern.az

Bakıdakı “London taksi”lərində gediş haqqı ucuzlaşdı

Bakıdakı “London taksi”lərində gediş haqqı ucuzlaşdı

4 İyul 2011, 16:45

Bir qədər əvvəl Bakı şəhərində «London taksi»ləri ilə taksi xidmətinə başlayan «Bakı Taksi» MMC bu avtomobillərdə gediş haqqını aşağı salıb. Şirkətdən verilən əlumata görə, əhalinin çoxsaylı müraciətini nəzərə alaraq, Bakıda istismar olunan yeni taksilərdə 1 km məsafə üçün gediş tarifləri azaldılıb.
Qiymətlərdə əsas dəyişiklik 10 km-dən sonra başlayır. Nəticədə, hazırda 10 km məsafəyə kimi 1 km üçün gediş tarifi 70 qəpik, 10-20 km məsafədə hər 1 km üçün 40 qəpik, 20 km-dən artıq məsafənin 1 km-i üçün isə 20 qəpik müəyyənləşdirilib. (APA)

«Bu qiymətlərlə müştərilərə həm yaxın, həm də uzaq məsafələrə bu taksilərdən istifadə etmək daha sərfəli olacaq», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, hətta qiymət endirimindən sonra yeni taksilərlə respublikanın digər şəhər və rayonlarına getmək mümkün olmayacaq. Şirkətin rəhbəri Rauf Orucov bildirib ki, bu avtomobillər yalnız Bakı hüdudlarında xidmət göstərmək üçün nəzərdə tutulub.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?