Modern.az

ABŞ telekanalı Barak Obamanın ölüm xəbərini yayıb

ABŞ telekanalı Barak Obamanın ölüm xəbərini yayıb

4 İyul 2011, 17:15

Naməlum şəxs ABŞ-ın “Fox Nevs” telekanalının siyasət şöbəsinin rəsmi “Tvitter” shifəsini ələ keçirərək orada prezident Barak Obamanın öldürüldüyü barədə məlumat yerləşdirib.  Modern.az “Qardian” qəzetinə istinadən bildirir ki, gecə saatlarında telekanalın foxnevspolitics səhifəsi özünün 33 minlik oxucularına Barak Obanın öldürülməsinin təfərüatlarını məlumat verməyə başlayıb.

“Barak Obama indicə aramızdan getdi. Prezident qətlə yetirilib. İyulun 4-ü üçün bu çox kədərli məlumatdır”-deyə yazılarda deyilib. 
Daha sonra məlumatda deyilib ki, odlu silahdan yaralanan prezident çoxlu qan itirdiyinə görə, vəfat edib. Guya, naməlum şəxs “Ross” restoranında prezidentə iki dəfə silahdan atəş açıb.

Bundan sonra rəsmi “Tvitter” səhifəsini ələ keçirən naməlum şəxs Obamanın ailəsinə başsağlığı verib. Qeyd edək ki, dünyada minlərlə mikrobloq istifadəçisi bu provaksiyaya uyaraq məlumatı paylaşıblar.

Telekanalın rəsmi “Tvitter” səhifəsində hələ də bununla bağlı hər hansı aydınlıq gətirilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir