Modern.az

Hər əmanətçiyə 1% hədiyyə

Hər əmanətçiyə 1% hədiyyə

4 İyul 2011, 17:29

«Unibank» Kommersiya Bankında Azərbaycan manatında əmanətlərinin müddəti 12 ay və daha çox olan bütün müştərilər üçün «Hər kəsə hədiyyə - + 1%» kampaniyası başlanıb. Bu barədə Modern.az-a bankdan məlumat verilib.

Artıq Bankın «Müddətli», «Proqressiv», «Faizlər əvvəlcədən» və «Yığım» əmanətləri üzrə bir il və ya daha çox müddətə 200 manatdan 50 min manatadək vəsait yerləşdirən bütün müştəriləri, cari faiz dərəcələri üzrə əlavə 1% bonus alacaqlar. Nəticədə, Azərbaycan manatı ilə müddətli depozitlər üzrə Bankın maksimal faiz dərəcəsi illik yenidən 13%-zə çatıb. Əvvəl olduğu kimi, bütün əmanətçilər yerləşdirdikləri depozitin 90% məbləğinə qədər imtiyazlı şərtlərlə kredit xəttindən istifadə edə bilərlər. Əmanətlərin məbləğindən asılı olaraq, müştərilər həmçinin pulsuz «Visa» və «MasterCard» plastik kartlarını almaq hüququna malikdirlər.

Xatırladaq ki, cari ildə «Unibank»da depozitlərin minimal məbləğinə tələblər əhəmiyyətli dərəcədə endirilib. Belə ki, «Müddətli» depoziti üzrə ilkin məbləğ 500 manatdır, «Proqressiv» əmanətlər üzrə isə minimal hədd 200 AZN-dək endirilib.

«Unibank» 2007-ci il iyulun 30-dan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür (ADIF). Son bir il ərzində Bankın fərdi əmanətlər üzrə depozit portfelinin həcmi 23% artıb və ilk dəfə olaraq 143 milyon manat təşkil edib. Bu zaman, ADIF-in depozitlərin sığortalanması üzrə şərtlərinə uyğun gələn əmanətçilərin sayı 12 min nəfərdən çox artıb. Qeyd etmək lazımdır ki, hazırda Bankda açılan 80% depozit növlü hesabları sığortalanan əmanətlərin payına düşür.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır