Modern.az

“Kölgə parlamenti”nə İqbal Ağazadə sədrlik edəcək?

“Kölgə parlamenti”nə İqbal Ağazadə sədrlik edəcək?

4 İyul 2011, 17:36

Deputat: “Biz hələlik prosesdən kənardayıq”

“Müttəfiqimiz olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Kölgə parlamenti” ideyasnı dəstəkləyirik”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü, “Qarabağ” blokunun təsisçilərindən olan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. Deputat qeyd edib ki, bu həftə ərzində ADP sədri ilə görüşü zamanı “Kölgə parlamenti”nin tərkibi və Ümidin burada iştirakı məsələsi müzakirə ediləcək.

“Biz hələlik aparılan prosesdən kənardayıq. Amma “Kölgə parlamenti”nin  təşkili ilə bağlı prosesdə iştirak edəcəyik”-deyə millət vəklil vurğulayıb.

Qeyd edək ki, bir sıra mənbələr Modern.az-a yaradılacaq “Kölgə parlamenti”ndə Ümid Partiyasının rəhbərinin “parlament sədri” postuna gətiriləcəyi ilə bağlı məlumatlar səsləndirirlər. 

İ.Ağazadə bu məlumatları təkzib edib. Deputat qeyd edib ki, hələlik onlar prosesdə iştirak etmədikləri üçün bu tip açıqlamalar həqiqəti əks etdirmir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər