Modern.az

O, avtomobilini Marsa göndərəcək  

O, avtomobilini Marsa göndərəcək  

25 Dekabr 2017, 14:15

“SpaceX”in, “Tesla Motors ilə “PayPalın” qurucusu Elon Musk, Twitter hesabında verdiyi açıqlamada şəxsi Tesla Roadster avtomobilini kosmosa göndərəcəyini deyib.

 

Modern.az xəbər verir ki, o, bu mövzu ilə bağlı şəkillər paylaşıb.

 

Paylaşılan fotolarda “Roaster” avtomobilinin raketin karqo hissəsində olduğu görsənir.

 

“Falcon Heavy” raketinin daşıma gücünü ölçəcək olan sınaq uğurlu olarsa, Muskun avtomobili Marsın səthində hərəkət edəcək. Xəyalını gerçəkliyə çevirəcək Musk, bu əsnada avtomobildə “Space Oddity”  mahnısının çalınacağını deyib.

 

Musk bu çılğın fikri üçün bunları deyib:

“Əgər raket orbitdə partlamazsa mənim gilas rəngli maşınım Marsın orbitində milyon illərlə dolaşacaq”.

 

O, bunun 2018-in ilk aylarında test ediləcəyini deyib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir