Modern.az

Məşhur azərbaycanlı görücü bu gün ORT-nin qonağı olacaq

Məşhur azərbaycanlı görücü bu gün ORT-nin qonağı olacaq

4 İyul 2011, 17:39

Tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev sosial şəbəkədə özünün səhifəsində verdiyi məlumatda qeyd edib ki, bu gün Bakı vaxtı ilə saat 21.00-da ORT telekanalında onun iştirakı ilə çəkilmiş “Pust qovaryat” verilişi efirə çıxacaq. Qeyd edək ki, Rusiyada və postsovet ölkələrində populyar olan bu verilişin aparıcısı məşhur jurnalist Andrey Malaxovdur.

Özünün səhifəsindəki qeydlərdə verilişin mövzusu barədə yazan Z.Rzayev qeyd edib ki, veriliş kriminal ölümlərə həsr edilib. Burada ekstrasensin telepatik qabiliyyətindən istifadə ediləcək və bu imkanları  barədə maraqlı suallar cavablandırılacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...