Modern.az

86 yaşlı məşhur bioloq Qara Mustafayev: “Çox zəifləmişəm” - MÜSAHİBƏ

86 yaşlı məşhur bioloq Qara Mustafayev: “Çox zəifləmişəm” - MÜSAHİBƏ

25 Dekabr 2017, 15:16

Bu gün məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor Qara Mustafayevin doğum günüdür. Onun 86 yaşı tamam olub.


Qara Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən indiyə qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışır.

Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib və "Şöhrət Ordeni"nə layiq görülüb. Ailəlidir, 3 övladı, 7 nəvəsi var.


Modern.az
saytı doğum günü münasibətilə Qara Mustafayevlə qısa həmsöhbət olub:


- Qara müəllim, necəsiniz? Kefiniz necədir?


- Xəstələnmişəm bir az. Yəqin soyuq dəyib.

- İşləriniz necə gedir?

- Belə də. Babat demək olar.

- Siz uzun illərdir, pedaqoq kimi fəaliyyət göstərirsiniz, gənclərlə təmasda olursunuz. Gənclərin təbiətə münasibəti necədir?

- Vallah nə deyim. Yaxşısı da var, pisi də var. Amma ümumiyyətlə son vaxtlar  gənclərin təbiətə münasibəti pisləşib. Bu, mənim şəxsi düşüncəmdir. Artıq təbiətə laqeydlik, biganəlik artıb.

- Təbiəti sevmək, ona bağlı olmaq genetikdir, yoxsa bu sevgini sonradan insanlara aşılamaq olar?

- Təbiət sevgisi genetik deyil. Bu, ətraf mühit, sosioloji problemdir. Mənə elə gəlir ki, keçid dövrünü yaşayırıq. Zamanla hər şey düzələr.

- “Özünə və təmasda olduğu canlı-cansız varlıqlara qayğıkeş yanaşmağı bacaran şəxs sivil şəxsdir”. Bu cümlə sizə aiddir. Bu baxımdan necə düşünürsünüz, Azərbaycan cəmiyyəti sivildirmi?

- Belə də. Canlı-cansız varlıqlara həm mənfi, həm də müsbət yanaşanlar var. Konkret demək olmaz ki, cəmiyyətimizdə hansı tərəf azalacaq yaxud artacaq. Yəni ümumi proqnoz verməz çətindir.

- 86 il ömür az deyil. Necə bu yaşa gəlib çatdınız?

- Onu deyə bilmərəm. Amma mənim həyat tərzim çox fərqli olub. Məni işləmək, yazmaq, yaratmaqdan başqa heç bir şey düşündürməyib. Bir kostyum mənə bəs edib. Onunla yatmışam, onunla çölə çıxmışam, onunla işləmişəm, vəssalam. Düşünməmişəm ki, bir yad adam məni pis paltarda görər. Qoy, görsün. Bu, məni maraqlandırmır.

- Taleyinizdən necə, razısınızmı?

- Əlbəttə. Bu gün ölsəm yenə razıyam, dünən ölsəydim yenə razı olacaqdım. Təzədən doğulub böyüsəm, yenə bu cür olacam.

- Siz həm sovet dövründə, həm də müstəqillik dövründə yaşamısnız. Müqayisə edəndə hansı dövr daha yaxşı idi?

- Bunu kor-koranə müqayisə etmək olmaz. Hər iki dövrün müsbət cəhəti var.

- 2017-ci ilin bitməsinə bir neçə gün qalıb. Bəs bu ili necə keçirdiniz?

- Xəstə olmuşam, narazıyam. 2017-ci ilin demək olar ki, 10 ayını xəstəxanada olmuşam.

- Soyuqdəymə ilə bağlı olub yoxsa səhhətinizdə başqa problem var?

- Yox. Zəifləmişəm.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi