Modern.az

Göyçayda kampaniya...

Göyçayda kampaniya...

4 İyul 2011, 17:59

ARGTMŞ-ın layihəsi olan “Vətəni tanı” öz seçim turlarını davam etdirir. Azərbaycanı diyar-diyar gəzən işçi qrupunun bu dəfəki ünvanı narın məskəni hesab edilən Göyçayda olub. 150-dək göyçaylı gənc şəhər 1 saylı məktəbə toplaşıb. Kampaniyanın seçim turuna start verilməzdən əvvəl açılış mərasimi keçirilib. Rayon icra hakimiyyəti, təhsil şöbəsi, gənclər və idman idarələrinin əməkdaşlarının və Milli Şuranın üzvlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, gənclərimizin inkişafı üçün bu kampaniya çox önəmlidir. Milli Şuranın mətbuat katibi Orxan Əli bildirib ki, təşkilat mütəmadi olaraq bu cür layihələr həyata keçirir.

Göyçaylı gənclər arasında keçirilən yarışmanın sonunda iki qalib müəyyənləşib.  

Qeyd edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.




Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır