Modern.az

“İrəli” İctimai Birliyinin 9-cu ildönümü qeyd olunub

“İrəli” İctimai Birliyinin 9-cu ildönümü qeyd olunub

25 Dekabr 2017, 18:17

2008-ci il, 24 dekabr tarixində cənab prezident İlham Əliyevin doğum günündə təsis olunan İRƏLİ” İctimai Birliyinin 9-cu ildönümünü qeyd edib.

 

Modern.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan edilib. Konfransda təşkilatın bir illik fəaliyyətinin hesabatı öz əksini tapıb. İlk olaraq konfransın reqlamenti təsdiqlənib. Daha sonra, birliyin 2016-2017-ci illərdəki fəaliyyətindən bəhs edən videoçarx dövlət rəsmiləri, KİV nümayəndələri, təşkilata üzv olan gənclərə nümayiş etdirilib və baş katib Şahin Rəhmanlı təşkilatın 2017-ci ildə baş tutan fəaliyyəti ilə bağlı çıxış edib. Hesabat təsdiqləndikdən sonra, təşkilatın idarə heyəti də öz fikirlərini bildirib.

 

 

Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, “İrəli”nin gənclərin inkişafına böyük töhfə verdiyini deyib.  

Onun sözlərinə görə, təşkilat yalnız Bakıda deyil, həm də bütün regionlar fəaliyyət göstərir.

“İrəli” digər təşkilatlardan fərqli olaraq, ilk gündən siyasi-ictimai fəaliyyəti dövründə böyük layihələrlə iştirak edib. “İrəli”nin yetişdirdiyi gənclər bu gün bir çox sahələrdə uğurla təmsil olunur, təşkilatın həyata keçirdiyi layihələr böyük uğurla icra olunub. İstəyirik ki, bizim gənclər təşkilatları daha çox regionlara diqqət yönəltsinlər. Çünki bu günün gəncləri sabahın əsgərləridir. Bu mənada “İrəli” İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Bizim istedadlı gənclərimiz yetişir. Azərbaycanda keçirilən islahatlar gənclərin inkişafına yönəlib. Sevinirəm ki, təşkilatın gəncləri öz maraqlı təşəbbüsləri ilə hər zaman diqqət mərkəzində olmağı bacarırlar”.

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə hər il “İrəli” İctimai Birliyinin hesabatını dinlədiklərini, platforma ilə tanış olduqlarını diqqətə çatdırıb:

“Dövlətin gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatlarının rolu böyükdür. Bu gün ölkəmizdə çoxlu sayda gənclər təşkilatları var. Onlardan bəziləri rəqabətə tab gətirə bilməyib ya fəaliyyətlərini dayandırblar, ya da birləşiblər. Amma “İrəli” 9 ildir fəaliyyət göstərək daha da inkişaf edib. “İrəli” öz dəst-xətti ilə seçilən birlikdir. Təşkilatın sıraları hər il genişlənir. İnanıram ki, qarşıdakı illərdə də “İrəli” sağlam və maraqlı ideyaları ilə bizi yenə də sevindirəcək”.

 

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxışında deyib ki, hər zaman gənclər siyasətini dəstəkləyir və gənclərin yanındadır.

““İrəli” İctimai Birliyinin həyata keçirdiyi tədbirlərin əsas məqsədi gənclər istiqamətində qəbul olunan proqram və layihələrə dəstək verməkdir. Təşkilat fəaliyyəti dövründə və bundan sonrakı mərhələdə qarşıya qoyduğu məqsədlərə nail olmağa çalışıb. Əsas məqsəd isə dövlət gənclər siyasətini dəstəkləmək və uğurlu gənclik üçün addımlar atmaqdır. Təşkilat gənclərin inkişafına istiqamətlənən dövlət gənclər siyasətinə dəstək məqsədi ilə genişmiqyaslı layihələr həyata keçirib və hər zaman dövlət gənclər siyasətini dəstəkləyib. Bundan sonrakı illərdə də təşkilatın növbəti il üçün planlaşdırdığı  fəaliyyətlər “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Əsas istiqamətlər:  “Dövlət Proqram” nın 2.1.8-ci və 2.1.9-cu maddəsinə əsasən gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması və gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsinin artırılmasına dəstəkdir”.

M.Seyidov bildirib  ki, “İrəli” gənclərə vacib olacaq hər xırda məsələyə toxunaraq öz dəstəyini əsirgəmir və hər zaman da dəstək olmağa hazırdır.

“ 2017-ci il İslam Həmrəylik ili çərçivəsində keçirilən İslam Həmrəylik oyunlarına dəstək istiqamətində baş tutan “Gənclər Kuboku” layihəsi, Milli mətbuatımızın ilk nümunəsi olan tarixi "Əkinçi" qəzetinin, adının yaşadılması məqsədilə “Gənc Əkinçi”, gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılmasına istiqamətlənən “Azərbaycanın İntellektual Birİncisi”, könüllülük və həmrəyliyi dəstəkləyən  “SAY:Solidarity” layihəsi, gənclərin innovativ düşüncə qabiliyyətinin inkişafı üçün Gənclərin Simulyasiya Akademiyası, dövlət gənclər siyasəti çərçivəsində gənclərin yaradıcı və innovativ potensialının, məşğulluq və təcrübə məsələlərinin həllinə istiqamətlənən Milli Təcrübə Forumu sırasında olan böyük silsilə layihələri təşkilat həyata keçirib və davam edir. Həmçinin “İrəli” İctimai Birliyi gənclərin ictimai fəaliyyətinin, eyni zamanda təcrübələrinin və dil biliklərinin artırılması üçün təcrübə proqramı və kurslar təşkil edib”.

 

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, millət vəkili Şahin İsmayılov Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışıb, fəaliyyət göstərən təşkilatların imza atdığı layihələri yüksək qiymətləndiriblər.

 

 

Daha sonra  təşkilatın 2017-ci il üçün hesabat filmi nümayiş olunub, MirHəsən Seyidov “İrəli” İctimai Birliyinin  prezident İlham Əliyevə doğum günü münasibəti ilə ünvanlandığı məktubu səsləndirib.

 

Tədbirin sonunda “İrəli”İctimai Birliyində fəal iştirak edənlər təltif olunub.

 

 

İRƏLİ” İctimai Birliyi, 2008-ci il, 24 dekabr tarixində cənab prezident İlham Əliyevin doğum günündə təsis olunub. Artıq bu il, “İRƏLİ” İctimai Birliyi təşkilat olaraq fəaliyyətinin 9-cu ildönümünü qeyd edir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir