24 aprel 2018, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Tarixin Xankəndi səhifəsi... – I yazı
Tarixin Xankəndi səhifəsi... – I yazı
25.12.2017, 21:03

İlk hədəf, Qarabağ savaşının ilk döyüş meydanı Xankəndi şəhəri idi. Əslində bu müharibə heç də 1988-ci ilin fevral ayında deyil, onilliklər öncədən başlanmışdı. Tarixi faktlara nəzər yetirsək bir daha şahidi olarıq ki, erməni millətçiləri zaman-zaman Qarabağ torpaqlarına sahib olmaq üçün bütün vasitələrə əl atıblar.

 

Danılmaz faktdır ki, tarixdə yanlışlıq gələcəkdə hər hansı bir millətin və xalqın müqəddəratında arzuolunmaz hadisələrə, kiçik münaqişələrdən tutmuş böyük savaşlara səbəb ola bilir. Və bu gün on minlərlə, yüz minlərlə insanın həyatına son qoyan müharibələrin səbəblərindən biri də tarixi təhrif edərək torpaq iddiası ilə yaşayanların məkr və cinayət dolu əməlləridir.

 

Elə Qarabağ münaqişəsinin kökündə də erməni millətçilərinin tarixi təhrif etmək cəhdi və bu cəhddə bulunaraq Azərbaycan torpaqlarına sahib olmaq iddiası durur. Amma bir məsələ də var ki, həqiqəti sevən, gerçəklik və reallıqları öz səhifələrinə yazan tarix ləkə götürmür.

 

Erməni millətçilərinin Qarabağ torpaqları ilə bağlı iddialarının əsasız olduğunu və Xankəndinin əzəli Azərbaycan torpaqlarına məxsusluğunu bir daha sübuta yetirmək üçün tarixi faktlara nəzər salmaq yetərlidir.

 

Xankəndi 18-ci əsrin axırlarında Qarabağ xanlığının başçılarının təşəbbüsü ilə xanlığın paytaxtı Pənahabbaddan, indiki Şuşadan 10 kilometr aralıda, nisbətən dağətəyi ərazidə xanların istirahət yeri məqsədi ilə salınıb. Ərazi seçilərkən onun Ağdama, Xocalıya, Malıbəyliyə və digər yaşayış məntəqələrinə yaxın olması da nəzərə alınıb. İlk gündən yeni salınmış bu ərazidə azərbaycanlılar məskunlaşıblar. Əvvəl yeni yaşayış məskənində ancaq xanın ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınmış, qısa bir müddətdən sonra bu yer Xankəndi adını alıb. Sonralar Xankəndinə mövcud ətraf kəndlərdən - Malıbəyli, Kərkicahan, Kosalar, Canhəsən, Qaybalı, Zarıslı və digər yaşayış məntəqələrindən azərbaycanlılar köcməyə başlayıblar. Zaman-zaman Xankəndi böyüyüb, inkişaf edib, Qarabağ xanlığının iqtisadi qüdrətinin artmasında mühüm rol oynayıb.

 

Qarabağ xanlığını Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşıb. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələr kimi Xankəndinin də taleyinə ciddi təsir edib. Əvvəlki həyat tərzi dağıdılaraq hər şey imperiyanın maraqlarına tabe etdirilib. Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu Rusiya imperiyası tərəfindən hərbi hissələr yerləşdirilib. Hərbi hissələrin biri də Xankəndində olub. Xankəndi hərbi hissə üçün çox əlverişli olduğundan buradan çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı digər yaşayış məskənlərini nəzarətdə saxlamaq daha asan olub. Digər tərəfdən Rusiya imperiyasının Xankəndinə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı da nəzərdə tutulub. Bu planın reallaşması nəticəsində çar çinovnikləri digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı müəyyən qədər poza biliblər. 1813-cü ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamadığı halda, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi olub.

 

 

Rusiya işğalından dərhal sonra Xankəndində çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirilib. Ermənilər və rus zabitləri yaşayış məskənini “qərargah” adlandırsalar da, 1847-ci il çar Rusiyası xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşüb. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilib, etibar qazandıqlarına görə onlar çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin ediliblər. Xankəndində iki sinifli məktəb də fəaliyyət göstərib. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilib. Rus hərbi kontingentinin Xankəndində yerləşdirilməsi ilə əlaqədar burda hərbi kazarmalar, xəstəxana, səhra kilsəsi, inzibati binalar tikilməyə başlanıb və bölgənin hərbi qərargahı buraya köçürülüb. Bundan sonra Xankəndinə ermənilərin köçü daha da artmağa başlayıb.

 

Erməni millətçiləri tərəfindən həyata keçirilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artıb. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayıblar. Məqsədli təcrid siyasətinə baxmayaraq, onlar Xankəndində ciddi söz sahibi olublar və hakimiyyət nümayəndələri onlarla hesablaşmalı olub.

 

19-cu yüzilliyin ortalarında rus hərbi hissəsinin komandanlığının təşəbbüsü ilə Qarabağda ilk hərbi yunker məktəbi Xankəndində fəaliyyətə başlayıb və ora ancaq bəy uşaqları qəbul olunub.

 

“Hərbi şəhərciyə” yaxın, onun qərbində hərbi qulluqçqlar üçün ət, yağ məhsullarını saxlamaq üçün iri anbar otaqları olan buzxana tikilib. Xankəndinin intensiv tikilən evlərini kərpiclə təmin etmək üçün şimal tərəfdə kərpic zavodu inşa olunub. Onun ətrafındakı yaşayış sahəsi “kərpicxana” adlandırılıb.

 

Xankəndi bir tərəfdən ətraf azərbaycanlı əhalisi olan kəndlərdən bura miqrasiya edənlərin və hərbi xidmətdən tərxis olunan kazakların hesabına böyüyüb, inkişaf edib və abadlaşıb. Belə ki, Xankəndində yerləşən “Hərbi şəhərcik”də 25 illik qulluğunu başa vuran Don kazaklarının bir hissəsi vətənlərinə dönməyərək Qarabağda qalmağa üstünlük veriblər. Bununla yanaşı, Bakıda neft sahibkarı Krasilnikov qardaşları da Xankəndində Məşədi Şükür Hacıyevə məxsus mülkün arxasında iki ikimərtəbəli iri, çoxmənzilli yaşayış binası inşa ediblər.

 

XX əsrin ilk onilliklərində Türkiyədə qırğınlar törədən və buna görə cəza alacaqlarından yaxa qurtarmaq üçün Qərbi Azərbaycana (Sisyan, Zəngəzur və s.) qaçan və sığınacaq tapan, türklərin qatı düşməni olan erməni daşnakların bir qismi də Xankəndində yerləşdirilib. Onlar özlərinə yer etdikdən sonra yerli azərbaycanlıları təqib etməyə və zorakılığa məruz qoymağa başlayıblar.

 

1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötməyib. XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığını buraya yerləşdirilmiş İran erməniləri  Ermənistan dövləti elan ediblər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başlayıblar. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur. Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndində də baş verib. Erməni millətçiləri vaxtı ilə qulluq etdikləri Xankəndində yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə ediblər.

 

1918-1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün olub.

 

Sovet hakimiyyətinin elə ilk illərində də millətçi erməni siyasətçiləri Dağlıq Qarabağın ələ keçirilməsi, Ermənistana qatılması istiqamətində məkrli siyasətlərini davam etdiriblər.

 

Azərbaycanda sovet rejimi hakimiyyəti ələ aldıqdan sonra Sovet Azərbaycanının hökuməti Qarabağda, ələlxüsus onun dağlıq hissəsində sosial-siyasi vəziyyətə xüsusi diqqət yetirib. 

 

1920-ci il iyulun 10-da AK(b)P MK bürosuna Qarabağ partiya təşkilatının rəhbərlərindən biri olan A.N.Karakozovun məruzəsi təqdim olunub. Məruzəçi Qarabağ məsələsində ingilis imperialistlərinin ikili siyasət yeritdiklərini söyləyərək qeyd edib ki, Qarabağ kommunistləri Qarabağın Azərbaycana birləşdirilməsini zəruri sayırlar.

 

1920-ci il iyulun 15-də AK(b)P N.Nərimanovun, Q. Orconikidzenin, Y.Stasovanın, M.Hüseynovun, D. Bünyadzadənin, A. Mikoyanın, XI Ordu Hərbi İnqilab Şurası nümayəndələrinin iştirakı ilə Ermənistanla sülh haqqında məsələni müzakirə edərək qərara alıb ki, “Qarabağ və Zəngəzur Azərbaycana birləşdirilməlidir”.

 

1920-ci il avqustun 10-da İrəvanda RSFSR ilə daşnak hökuməti arasında bağlanmış müqaviləyə əsasən Sovet Rusiyası Ermənistanın istiqlaliyyətini və müstəqilliyini tanıyıb.  Müqavilədə Qarabağ, Zəngəzur və Naxçıvan “mübahisəli vilayətlər” elan olunub. Beləliklə, Qarabağ və Zəngəzur müxtəlif partiya qüvvələri və siyasi qüvvələr arasında mübarizə meydanına çevrilib.

 

1921-ci ilin mayında RK(b)P MK Qafqaz bürosu Zaqafqaziya respublikaları arasında sərhədləri müəyyənləşdirmək üçün S.M.Kirovun sədrliyi ilə bu respublikaların nümayəndələrindən ibarət komissiya yaratmağı qərara alıb.

 

1921-ci il iyunun 25-27-də Tiflisdə komissiyanın iclası keçirilib. Elə ilk iclasda Ermənistanın nümayəndəsi Bekzadyan “Zaqafqaziyanın inzibati bölgüsünün ədalətsiz olduğunu” vurğulayaraq erməni əhalisinin yığcam yaşadığı rayonlarda güzəştlər etməyi təklif edib.

 

Azərbaycan və Gürcüstan nümayəndələri hər hansı ərazi güzəştlərinin yolverilməz olması barədə əks təkliflə çıxış ediblər. Kirov onları dəstəkləyib. Bununla mübahisə həll olunmayıb və RK(b)P MK Qafqaz bürosunun müzakirəsinə verilib. 1921-ci il iyulun 4-də RK(b)P MK Qafqaz bürosu plenumunun iclasında qərara alınıb: “Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin, rəy sorğusu yalnız Dağlıq Qarabağda keçirilsin”.

 

Belə olan halda N.Nərimanov bəyanatla çıxış edib: “Qarabağ məsələsi Azərbaycan üçün mühüm məsələ olduğuna görə, onun qəti həllinin RKP MK-ya çıxarılmasını zəruri sayıram”.

 

1921-ci il iyulun 5-də RK(b)P MK Qafqaz bürosu RK(b)P MK üzvü Stalinin və Azərbaycan SSR-in Xalq Xarici İşlər komissarı M. Hüseynovun iştirakı ilə tam tərkibdə toplaşaraq, üç nəfər bitərəf qalmaqla qərara alıb: “Müsəlmanlarla ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrini, onun Azərbaycanla daimi əlaqəsini əsas tutaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlansın, onun tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəzi olmaqla geniş vilayət muxtariyyəti verilsin”.

 

1923-cü il iyulun 7-də Azərbaycan SSR MİK “Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili haqqında” dekret verib. Beləliklə, 1923-cü il iyulun 7-də Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığı elan edilib. Ancaq əvvəlcədən nəzərdə tutulduğu kimi vilayətin mərkəzi Şuşa yox, Xankəndi elan olunub. Və çox keçməmiş AK(b)P Qarabağ vilayət komitəsinin 1923-cü il 18 sentyabr tarixli iclasında Xankəndinin adının dəyişdirilib, Şaumyanın adının əbədiləşdirilməsi məqsədilə Stepanakert adlandırılması haqqında qərar qəbul edilib. Beləliklə, Xankəndinin adı dəyişdirilərək ona Azərbaycan xalqının qatı düşməninin adı verilib.

 

( ardı var )


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
 Metropoliten rəsmisi üzr istədi   
24.04.2018, 21:50

 Metropoliten rəsmisi üzr istədi  

Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək
24.04.2018, 21:44

Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək

İran şahı Rza Pəhləvinin mumiyası tapılıb
24.04.2018, 21:32

İran şahı Rza Pəhləvinin mumiyası tapılıb

Azərbaycanlı turistlər  ən çox bu ölkələrə səfər edirlər -STATİSTİKA
24.04.2018, 21:17

Azərbaycanlı turistlər  ən çox bu ölkələrə səfər edirlər -STATİSTİKA

AMEA alimləri Avropada elmi tədqiqat apara biləcəklər
24.04.2018, 21:06

AMEA alimləri Avropada elmi tədqiqat apara biləcəklər

AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb
24.04.2018, 20:13

AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

Azərbaycanın əməkdar artisti vəfat etdi
24.04.2018, 20:10

Azərbaycanın əməkdar artisti vəfat etdi

Jirinovski Moskvadan Yerevana metro xətti çəkməyi təklif etdi
24.04.2018, 18:51

Jirinovski Moskvadan Yerevana metro xətti çəkməyi təklif etdi

Hüseyn Cavid prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
24.04.2018, 18:46

Hüseyn Cavid prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

İrandan Azərbaycana narkotik keçirən qadın həbsdə ölüb
24.04.2018, 18:32

İrandan Azərbaycana narkotik keçirən qadın həbsdə ölüb

Şəmkirdə toya gedənlər qəzaya düşdü: 2 ölü, 3 yaralı
24.04.2018, 18:24

Şəmkirdə toya gedənlər qəzaya düşdü: 2 ölü, 3 yaralı

"Instagram" işləmir - Problem yaranıb
24.04.2018, 18:15

"Instagram" işləmir - Problem yaranıb

Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”    
24.04.2018, 18:00

Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”  

Elçibəyin 80 illik yubileyi üçün Heydər Əliyev Sarayı istənilir
24.04.2018, 17:56

Elçibəyin 80 illik yubileyi üçün Heydər Əliyev Sarayı istənilir

Xocalıda hər iki valideynini itirən gənclər Rövşən Rzayevin təyinatına seviniblər
24.04.2018, 17:53

Xocalıda hər iki valideynini itirən gənclər Rövşən Rzayevin təyinatına seviniblər

Qiymətli kağızları bazarında vəziyyət dəyişdi – 2.7 dəfə artdı
24.04.2018, 17:48

Qiymətli kağızları bazarında vəziyyət dəyişdi – 2.7 dəfə artdı

Naxçıvanda gömrükçülər 108 kq heroin saxladı
24.04.2018, 17:43

Naxçıvanda gömrükçülər 108 kq heroin saxladı

Nikol Paşinyan: “Baş nazir olmağa hazıram”
24.04.2018, 17:41

Nikol Paşinyan: “Baş nazir olmağa hazıram”

Prezident İlham Əliyev Türkiyəyə gedib
24.04.2018, 17:37

Prezident İlham Əliyev Türkiyəyə gedib

Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix AÇIQLANDI
24.04.2018, 17:28

Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix AÇIQLANDI

Nəsimi sakinləri prezidentdən kömək istədilər - MÜRACİƏT+FOTOLAR
24.04.2018, 17:22

Nəsimi sakinləri prezidentdən kömək istədilər - MÜRACİƏT+FOTOLAR

Ramiz Mehdiyev daha bir eks-məmuru
24.04.2018, 17:16

Ramiz Mehdiyev daha bir eks-məmuru "vurdu": “...rüşvətxorluğa son qoyulmalıdır”

Manatın sabahkı MƏZƏNNƏSİ 
24.04.2018, 17:13

Manatın sabahkı MƏZƏNNƏSİ 

BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
24.04.2018, 16:57

BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi

Rövşən Rzayev “Dövlətqaçqınkom”un kollektivinə təqdim olundu - FOTO   
24.04.2018, 16:51

Rövşən Rzayev “Dövlətqaçqınkom”un kollektivinə təqdim olundu - FOTO  

Serj Sarkisyan yetim qaldı – Anası da öldü
24.04.2018, 16:51

Serj Sarkisyan yetim qaldı – Anası da öldü

Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı - FOTOLAR
24.04.2018, 16:39

Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı - FOTOLAR

Fransadan Novruz Məmmədova təbrik gəldi   
24.04.2018, 16:29

Fransadan Novruz Məmmədova təbrik gəldi  

1 milyonun ölkədən çıxarılmasının qarşısı alındı 
24.04.2018, 16:24

1 milyonun ölkədən çıxarılmasının qarşısı alındı 

Üç deputat Azərbaycanın beynəlxalq nümayəndə heyətlərinin tərkibindən çıxarılacaq - ADLAR   
24.04.2018, 16:23

Üç deputat Azərbaycanın beynəlxalq nümayəndə heyətlərinin tərkibindən çıxarılacaq - ADLAR  

AzTU tələbələrinin Rusiyaya ezamiyyəti başa çatıb
24.04.2018, 16:21

AzTU tələbələrinin Rusiyaya ezamiyyəti başa çatıb

Nazim İbrahimov qızının toyunu niyə təxirə saldı...
24.04.2018, 16:15

Nazim İbrahimov qızının toyunu niyə təxirə saldı...

Ərdoğan ermənilərə başsağlığı verdi
24.04.2018, 16:09

Ərdoğan ermənilərə başsağlığı verdi

Fuad Muradov Dövlət Komitəsinin kollektivinə təqdim olundu - FOTO
24.04.2018, 16:00

Fuad Muradov Dövlət Komitəsinin kollektivinə təqdim olundu - FOTO

Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO
24.04.2018, 15:38

Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(6.32%)
İmtahan qiymətləri normalıdr(3.79%)
İmtahan qiymətləri aşağıdır(2.53%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(73.4%)
İmtahan qiymətləri azaldılmalıdır(3.79%)
İmtahan qiymətləri artırılmalıdır(10.1%)