Modern.az

İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimində iştirak edib (FOTO)

İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimində iştirak edib (FOTO)

4 İyul 2011, 18:46

İyulun 4-də Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı Bakı Sağlamlıq Mərkəzinin eskiz layihəsinə və görünüşünü əks etdirən fotoşəkillərə baxıb. (AzərTAc)
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, Bakı Sağlamlıq Mərkəzi Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli sərəncamı ilə yaradılır. Hazırda Azadlıq prospektində, əvvəllər Bakı şəhər Onkoloji Dispanserinin yerləşdiyi 1,4 hektar ərazidə istismara yararsız binalar sökülərək, onların yerində müasir çoxprofilli Mərkəzin tikintisinə başlanıb.
Mərkəz ümumi sahəsi 45 min kvadratmetr olan 6 və 12 mərtəbəli 2 korpusdan, həmçinin inzibati binadan ibarətdir. İnşaat işləri ilə 150-200-ə yaxın fəhlə məşğul olacaq.
Müasir tibb avadanlığının quraşdırılacağı Bakı Sağlamlıq Mərkəzi 500 çarpayılıq olmaqla, onun strukturunda cərrahiyyə, doğum, ginekologiya, endokrinologiya, nevrologiya, burun-qulaq-boğaz, terapiya, reanimasiya, tibbi bərpa, fizioterapiya və diaqnostika şöbələri fəaliyyət göstərəcək.
Qeyd olundu ki, Mərkəzin zirzəmi hissəsində 92 avtomaşın tutumu olan yeraltı dayanacaq yaradılacaq.
Prezident İlham Əliyev gilizi təmələ buraxdı və beton qarışığı töküb.
Dövlətimizin başçısı inşaatçıları təbrik edərək, onlara uğurlar arzulayıb.




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi