Modern.az

Üç cəhddən sonra Cəmil Çiçək Türkiyə parlamentinin sədri seçilib

Üç cəhddən sonra Cəmil Çiçək Türkiyə parlamentinin sədri seçilib

4 İyul 2011, 18:56

AKP-nin tanınmış üzvü Cəmil Çiçək Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni sədri seçilib. Modern.az türk KİV-lərinə istinadən bildirir ki, o, iyulun 4-də TBMM-də keçirilən  seçkilər zamanı bu vəzifəyə seçilib.

Sədr postu uğrunda üç nəfərin namizdliyi irəli sürülüb. AKP-dən Cəmil Çiçək və Zelkif Kazdalın, Milliyyətçi Hərəkat Partiyasından (MHP) isə Tunca Toskayın namizədliklərini irəli sürüblər. İlk turda 302 səs yığan C.Çiçək rəqiblərini xeyli geridə qoyub.

Amma 1-ci turda qalib gəlmək üçün millət vəkillərinin üçdə ikisinin yəni 367 deputatın səsini almaq tələb olunduğu üçün 2-ci tur keçirilib. Bu zaman onun AKP-dən olan həmkarı Z.Kazdal namizədliyini geri götürüb. İkinci türda MHP namizədi ilə qatılan C.Çiçək 322 səs yığıb.

Bu turda da üçdə iki səs çoxluğu tələb olunduğu üçün yeni sədr 3-cü turda müəyyənləşib. Üçüncü turda 322 səs alan C.Çiçək TBMM-nin sədri seçilib.

1946 –cı ildə doğulan Cəmil Çiçək İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Turqut Özalla bərabər Ana Vətən Partiyasının (ANAP) qurucularından biri olub. ANAP hökumətində ailə məsələləri üzrə dövlət naziri vəzifəsini tutub. 2002-ci ildə AKP-nin qurulmasında iştirak edən C.Çiçək AKP hakimiyyətə gəldikdən sonra əvvəlcə ədliyyə naziri, sonra baş nazirin müavini və hökumət sözçüsü vəzifələrində çalışıb. Evlidir, 3 övladı var.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir