Modern.az

Rəbiyyət Aslanovaya ad günündə “Şöhrət" ordeni verildi

Rəbiyyət Aslanovaya ad günündə “Şöhrət" ordeni verildi

4 İyul 2011, 19:25

Prezident İlham Əliyev Milli Məclisin deputatı Rəbiyyət Aslanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam verib.
Sərəncama görə, R.Aslanova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakı ilə əlqədar “Şöhrət” ordeni ilə təltif edilir.

Qeyd edək ki, 4 iyul tarixi R.Aslanovanın ad günüdür. Bu gün onun 60 yaşı tamam olub.

Rəbiyyət Nurullah qızı Aslanova 1951-ci il iyulun 4-də anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Fəlsəfə elmləri doktoru, professordur. 
Milli Məclisə 109 saylı Balakən seçki dairəsindən deputat seçilib. Parlamentin İnsan haqları komitəsinin sədridir. Üç övladı var.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi