Modern.az

Jurnalistikada tanınmış dizayner komaya düşdü  

Jurnalistikada tanınmış dizayner komaya düşdü   

26 Dekabr 2017, 11:02

“7 Gün” qəzeti və ANS teleşirkətinin keçmiş əməkdaşı, tanınmış dizayner Fuad Həsənov komaya düşüb. Dostlarının Modern.az-a verdiyi məlumata görə, onun beyninə qan sızıb. Komaya düşən Fuad Həsənov “Medikal klinika”da beyin əməliyyatına götürülüb və əməliyyatdan sonra dünən reanimasiyaya yerləşdirlib.

Bir neçə gündür komada olan F.Həsənovun vəziyyətinin yaxşılığa doğru dəyişmə ehtimalının yüksək olduğu söylənilir.

Qeyd edək ki, F.Həsnovun həyat yoldaşı Marina Səttarbəyli də əvvəllər jurnalist işləyib, o, “7 Gün” qəzetində yazıb. Cütlüyün 4 övladı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər