20 avqust 2018, Bazar ertəsi
Ana Səhifə - TƏHSİL - Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”
Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”
26.12.2017, 11:42

Paytaxt Bakı ilə yanaşı Azərbaycanın müxtəlif bölgələrində də ali təhsil ocaqları var. Həmin universitetlərdə  minlərlə tələbə təhsil alır. Bəs həmin tələbələr Bakıda təhsil almağa can atırlarmı? Paytaxt universitetləri ilə bölgə universitetləri arasında təhsil sistemində, tələbə həyatında nə kimi fərqlər var?


Modern.az
saytı tələbələrlə bağlı budəfəki sorğunu bölgə universitetlərində təhsil alan gənclər arasında keçirib.

Naxçıvan Dövlət Universitetinin magistrantı Qənbər Xudiyev:

“Mən Bakıda da təhsil almışam, hazırda isə təhsilimi Naxçıvanda davam etdirirəm. Tələbələr arasında fərqlər var. Bakıdakı tələbələr bölgələrdəki tələbələrlə müqayisdə daha rəqabətcil olurlar. Bu da onlarda təhsilə qarşı marağı artırır. Dünyagörüşü cəhətdən də Bakıda təhsil alan tələbələr daha üstündür. Bölgələrdəki tələbələr çox imkanlardan məhrumdur və bu, onların təhsilinə də öz təsirini göstərir”.

Naxçıvan Dövlət Universitetinin 4-cü kurs tələbəsi Samir Ələkbərov:

“Bakıda oxumaq üçün can atmışam. Səbəbi daha çox təcrübə qazanmaq, öz ayaqlarımın üzərində durmaq olub. Bakıda oxuyan tələbələrin bölgədəki tələbələrdən elə də çox fərqi yoxdur. Ən əsas fərq dünyagörüşləri arasındadır. Bakıdakı tələbələrin dünyagörüşü bölgələrdəki tələbələrdən daha çox olur. Təhsildə isə oxumaq istəyənə zaval yoxdur. Hər yerdə təhsil ala bilər”.

Həmin universitetin magistrantı Güntac Şahməmmədova:

“Bakalavr təhsilimi 4 il Bakıda, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində almışam. Nə qədər şanslı olduğumu indi daha çox başa düşürəm. Çünki Jurnalistika fakültəsi mənimçün çox doğma olub. Müəllimlərin tələbələrlə isti münasibətinin, xoş rəftarının şahidi olmuşam. İstər qrup yoldaşlarım, istərsə də müəllimlərim cəhətdən heç vaxt peşman olmayacağım 4 ilim olub.

Magistr pilləsi üzrə seçimim Naxçıvan Dövlət Universiteti oldu. Bu qərarımı çox çətinliklə verdim. Fərqli bir mühit görmək istəyirdim. Bir çox tələbənin arzusu xarici universitetlərdə təhsil almaq olsa da, mən öz vətənimi seçdim. Ailəm burda yaşadığı üçün Bakıya qayıtmaq kimi istəyim olmayıb. Amma BDU mənimçün çox doğmadır. Bəzən düşürəm ki, bura gəlməsəydim, orda oxusaydım necə olardı? Amma hələ ki peşman deyiləm.

Bakı daha azad, sərbəst şəhərdir. Orda təhsil, iş imkanları çoxdur.  Naxçıvanın da özünə görə qayda-qanunları var. NDU-da tələbələrə praktiki bilikləri artırmaq üçün çox yaxşı imkanlar yaradılır.Amma istər BDU olsun, istər NDU -  hər şey insanın özündən asılıdır. Tələbə özü çox çalışmalı, üzərinə düşəni etməlidir.Tənbəlliyin daşını atmalıdır. Gələcək həyatı üçün qarşısına məqsəd qoymalıdır. BDU-da mən bunu gördüm. Qrup yoldaşlarımdan bir çoxu öz gələcəyi üçün çalışırdı. Mən də ruhlanıb yazılar yazmağa, təlimlərdə iştirak etməyə başladım.Oxuyan, çalışan tələbələrə həm NDU-da, həm də BDU-da şərait yaradılır. Bir müddət sonra qabağa da gedə bilir. İstər şəhər, istər bölgə, istərsə də xarici ölkə olsun, əgər tələbə o yeri özü üçün doğma hesab etmək istəyirsə, təhsil aldığı yerdən asılı olmayaraq öz üzərində daim çalışmalıdır. Bir müddətdən sonra uğurlar onu izləməyə başlayacaq”.

Gəncə Dövlət Universitetinin məzunu Bəşir Bağırzadə:

“Universitetə qəbul zamanı Bakıda təhsil almaq istəyirdim. Amma Gəncədəki təhsil heç də Bakıdakı təhsildən geri qalmır. Mən burada təhsil aldığım müddətdə Bakıda oxuyan dostlarımla əlaqə saxlayırdım. Həm təhsil, həm də yaşayış baxımından o qədər də fərq yox idi. Əsas fərq isə Bakıda təhsil alan tələbələrin bir addım göz önündə olmaqlarındadır. Sıxlıq içində sağlam rəqabət isə insanı daha da inkişaf etdirir”.

Həmin universitetin Tarix fakültəsinin tələbəsi Səbinə Əsgərli:

“Universitetə qəbul olunmazdan əvvəl Bakıda oxumaq istəyirdim. Amma Gəncə Dövlət Universitetində oxumağım daha yaxşı oldu. Təhsildə heç bir fərq yoxdur, eyni dərs sistemi, eyni fakültələrdir. Sadəcə, fərq müəllimlərdə və şəhərlərdədir”.

Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi Kamran Babayev:

“Bakıda oxumağa can atmışam. Çünki Bakı həm yaşayış baxımından, həm də digər məsələlərdə daha çox inkişaf edib. Ona görə də Bakıda oxumaq istərdim. Amma tələbələr arasındakı fərq sadəcə şəhər amilidir”.

Lənkəran Dövlət Universitetinin Maliyyə fakültəsinin tələbəsi Natiq İmanov:


“Bakının paytaxt olması və insanların çoxluq təşkil etməsinə görə orada oxumaq istərdim. Paytaxtda yaşamaq imkanları daha genişdir”.

Həmin universitetin məzunu Aynur Şahlarova:

“Heç vaxt Bakıda oxumağa can atmamışam. Mənim fikrimcə, Lənkəran Dövlət Universiteti Bakıdakı bəzi universitetlərdən daha yaxşı təhsil verir və ən əsası  hər şey şəffaf şəkildə keçilir”.

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi Pərvin Mabudlu:

“Məncə, təhsildə elə bir fərq yoxdur. Fərq yaşam tərzindədir. Bölgələrdə müasirlik sıfır dərəcəsindədir. Buna görə də Bakıda oxumağa can atmışam, amma qismət olmayıb”.

Həmin universitetin İqtisadiyyat və İdaretmə fakültəsinin tələbəsi Rəhman İsgəndərov:

“Mən elə indi də Bakıda oxumağa can atıram. Fərq yaşam tərzindədir. Elə universitet var ki, təhsil vermir, sadəcə pul yığır. Eləsi də var təhsil verir, pul yığmır. Mən oxuyan ikinci qrupa aiddir. Bakıda oxumağa can atmağımın səbəbi isə sevdiyim qızın orada təhsil almasıdır”.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tramp: “İsrailin Məhəmməd adlı baş nazirinin olacaq”
20.08.2018, 18:19

Tramp: “İsrailin Məhəmməd adlı baş nazirinin olacaq”

Bu yolun tikintisinə 13,7 milyon manat ayrılıb
20.08.2018, 18:14

Bu yolun tikintisinə 13,7 milyon manat ayrılıb

İlham Əliyev Azərbaycan xalqını təbrik edib
20.08.2018, 18:11

İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Aprel şəhidinin doğum günündə - FOTOLAR
20.08.2018, 18:00

Aprel şəhidinin doğum günündə - FOTOLAR

“Şollerin arxivi” filmi İngiltərədəki festivalda finala çıxdı   
20.08.2018, 17:32

“Şollerin arxivi” filmi İngiltərədəki festivalda finala çıxdı  

Xaçaturyan qızlarını zorlayıbmış
20.08.2018, 17:29

Xaçaturyan qızlarını zorlayıbmış

Çingiz Mustafayev adına Fond jurnalist müsabiqəsi elan etdi   
20.08.2018, 17:15

Çingiz Mustafayev adına Fond jurnalist müsabiqəsi elan etdi  

Qurban bayramına görə bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI
20.08.2018, 17:05

Qurban bayramına görə bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
20.08.2018, 17:03

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Çeçenistanda iki silahlı nazirlik binasına girmək istəyərkən məhv edildi
20.08.2018, 16:46

Çeçenistanda iki silahlı nazirlik binasına girmək istəyərkən məhv edildi

Yeltsin üç gün dayanmadan içib və Amerika səfirliyinə qaçmaq istəyib
20.08.2018, 16:44

Yeltsin üç gün dayanmadan içib və Amerika səfirliyinə qaçmaq istəyib

Azərbaycanda daun sindroumlulardan ibarət futbol komandası yaradılır
20.08.2018, 16:42

Azərbaycanda daun sindroumlulardan ibarət futbol komandası yaradılır

“İrəli”də yeni layihə: “SAY-Cümhuriyyət”
20.08.2018, 16:32

“İrəli”də yeni layihə: “SAY-Cümhuriyyət”

Fiziki qüsurlular üçün sərgi keçiriləcək
20.08.2018, 16:24

Fiziki qüsurlular üçün sərgi keçiriləcək

Banklar gücləndirilmiş iş rejiminə keçir 
20.08.2018, 16:09

Banklar gücləndirilmiş iş rejiminə keçir 

Dövlət Komitəsi Füzuli və Cəbrayılın işğalını ANDI
20.08.2018, 15:57

Dövlət Komitəsi Füzuli və Cəbrayılın işğalını ANDI

“İslamşünaslıq”da oxumaq istəyənlərin NƏZƏRİNƏ
20.08.2018, 15:56

“İslamşünaslıq”da oxumaq istəyənlərin NƏZƏRİNƏ

FHN gücləndirilmiş rejimdə çalışacaq
20.08.2018, 15:44

FHN gücləndirilmiş rejimdə çalışacaq

Koçaryan ətrafına Rusiya tərəfdarlarını toplayır
20.08.2018, 15:36

Koçaryan ətrafına Rusiya tərəfdarlarını toplayır

Rövşən Rzayev kollegiya iclası keçirdi
20.08.2018, 15:19

Rövşən Rzayev kollegiya iclası keçirdi

Yol polisi Bakıda bir həftədə 13 mindən çox şəxsi CƏRİMƏLƏDİ
20.08.2018, 15:13

Yol polisi Bakıda bir həftədə 13 mindən çox şəxsi CƏRİMƏLƏDİ

Türkiyədən ABŞ səfirliyinin atəşə tutulmasına REAKSİYA
20.08.2018, 15:01

Türkiyədən ABŞ səfirliyinin atəşə tutulmasına REAKSİYA

İspaniya baş naziri Katoloniya lideri ilə görüşəcək
20.08.2018, 14:58

İspaniya baş naziri Katoloniya lideri ilə görüşəcək

Robert Koçaryanın evində və ofisində axtarış aparılıb
20.08.2018, 14:54

Robert Koçaryanın evində və ofisində axtarış aparılıb

Qurban bayramına görə qatarlara əlavə vaqonlar qoşulacaq
20.08.2018, 14:44

Qurban bayramına görə qatarlara əlavə vaqonlar qoşulacaq

Tələbələr hansı halda təhsil haqqını ödəməkdən imtina edə bilər? – Nazirlikdən AÇIQLAMA
20.08.2018, 14:38

Tələbələr hansı halda təhsil haqqını ödəməkdən imtina edə bilər? – Nazirlikdən AÇIQLAMA

Hərracda özəlləşdirməyə 172 dövlət əmlakı çıxarıldı
20.08.2018, 14:26

Hərracda özəlləşdirməyə 172 dövlət əmlakı çıxarıldı

Bakıda daha bir avtobus dayanacağı zəbt edildi
20.08.2018, 14:23

Bakıda daha bir avtobus dayanacağı zəbt edildi

Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı: “Bu nəticələr bizə zərbədir”
20.08.2018, 14:08

Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı: “Bu nəticələr bizə zərbədir”

20.08.2018, 13:40

"Total" İrandan çıxdı

Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
20.08.2018, 13:35

Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər

Şeyx Azərbaycan xalqını təbrik etdi
20.08.2018, 13:23

Şeyx Azərbaycan xalqını təbrik etdi

6 vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
20.08.2018, 13:05

6 vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi

Sabahın hava PROQNOZU
20.08.2018, 13:01

Sabahın hava PROQNOZU

Heydər Əliyev Fondu tərəfindən ADAU-ya dəstək
20.08.2018, 12:52

Heydər Əliyev Fondu tərəfindən ADAU-ya dəstək

ARXİV