Modern.az

Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirilir

Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirilir

5 İyul 2011, 10:24

Bu gün Bakıdakı Heydər Əliyev adına Sarayda Dünya Azərbaycanılıarının növbəti III qurultayı keçiriləcək Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, III Qurultaya 50-ə yaxın ölkədən 600-ə yaxın nümayəndə dəvət olunub. Tədbirə ayrı-ayrı ölkələrdən diaspor rəhbərləri, fəalları, üzvləri ilə yanaşı, qonaqlar da dəvət olunub.

Dünya Azərbaycanlılarının III Qurultayında ötən müddətdə, yəni 2006-ci ildə keçirilən II qurultayda qarşıya qoyulan məqsəd və vəzifələrinin nə dərəcədə yerinə yetirilməsinin hesabatı müzakirə olunacaq.  Daha sonra isə növbəti müddət üçün qarşıya hansı məqsəd və vəzifələrin, perspektiv üçün hansı işlərin görülə biləcəyi müəyyənləşəcək. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir