Modern.az

9-cu sinifdən orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

9-cu sinifdən orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

5 İyul 2011, 10:37

Modern.az-ın məlumatına görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul elanı, qəbul aparılan ixtisasların siyahısı, Sənəd Qəbulu Komissiyalarının ünvanları və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub. 

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər iyulun 5-dən avqustun 10-dək internet vasitəsilə elektron ərizələrini doldurur, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən SQK-ya təqdim edərək ərizələrini təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödəniş¬li olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı və onu təsdiq etdirməzdən əvvəl yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak etməlidirlər. Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK-lər) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Yoxlamanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. 
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent: 
– iyulun 5-dən iyulun 20-dək Seçmə Tura Qeydiyyat Komissiyasında qeydiyyatdan keçməli; 
– iyulun 5-dən avqustun 5-dək YQYK-da seçmə turda iştirak etməli; 
– seçmə turda iştirak etdikdən sonra avqustun 10-dək müvafiq SQK- da ərizəsini təsdiq etdirməlidir.

Xüsusi qabiliyyət tələb edən ixtisası yalnız seçmə tur zamanı müvafiq yoxlamadan məqbul alan abituriyent seçə bilər. 
Abituriyent xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilər.

Yoxlamadan məqbul ala bilməyən abituriyentlər ərizələrində yalnız qabiliyyət imtahanı tələb etməyən ixtisasları göstərə bilərlər. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir