Modern.az

Ehtiyac meyarı və yaşayış minimumu TƏSDİQLƏNDİ

Ehtiyac meyarı və yaşayış minimumu TƏSDİQLƏNDİ

İqtisadiyyat

26 Dekabr 2017, 15:52

Prezident İlham Əliyev "Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunu təsdiq edib.

Modern.az xəbər verir ki, qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilib.

Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2017-ci ildə ehtiyac meyarı 116 manat təşkil edir.


***

Prezidentin digər sərəncamı ilə “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanun da təsdiqlənib.

Qanuna əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.

Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 
***

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-ci il büdcəsi haqqında qanunu da təsdiqləyib.


DSMF-nin 2018-ci il büdcəsinin gəlir və xərcləri 3 mlrd. 578,76 mln. manat məbləğində təsdiq edilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür