15 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Tarixin Xankəndi səhifəsi – II yazı
Tarixin Xankəndi səhifəsi – II yazı
26.12.2017, 21:55

Yazının əvvəlini bu linkdən - http://modern.az/az/news/152628#gsc.tab=0 oxuya bilərsiniz.

 

SSRİ dövründə Dağlıq Qarabağ məsələsi bir neçə dəfə Kremldə müzakirə müstəvisinə çıxarılmaq həddinə gəlib. Toplum kimi mövcud olduqları vaxtdan Azərbaycanın torpaqlarına göz dikən ermənilərin  Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi ilə bağlı məkrli planlarını həyata keçirilməsində əsas havadarları, dəstək verənləri isə hiyləgərliklə daha yuxarılarda qərar tutan ermənilər olub.

 

Uzun illər əsl erməni xislətinə uyğun yaltaqlığı ilə Moskvada yüksək vəzifələrdə çalışan, birincilərlə yaxınlığı ilə fərqlənən Anastas Mikoyan bu məsələnin ermənilərin xeyrinə həll olunması üçün yetərincə canfəşanlıq göstərib. Mikoyan 1945-ci ildə Ermənistanın 1-ci katibi Arutinovla Stalinin görüşünü təşkil edib.

 

1945-ci il oktyabrın 27-də Stalin Ermənistanın 1-ci katibi Arutinovu qəbul edib. Qısa dialoqdan sonra Arutinov Stalinə bir zərf uzadaraq Ermənistan kommunistlərinin xahişini rəhbərə çatdırıb:

- Yoldaş Stalin, Ermənistan kommunistləri və zəhmətkeşləri sizin köməkliyinizlə illərdən bəri hökm sürən bir ədalətsizliyə son qoymağı sizdən xahiş edir.    

 

- Hansı ədalətsizlikdən söhbət gedir, nəyi nəzərdə tutursunuz?

- Xahiş edirik Dağlıq Qarabağ məsələsini araşdırıb Ermənistan SSR-in tərkibinə verilməsi ilə bağlı erməni xalqının haqqını və arzusunu nəzərə alasınız.

 

Stalin zərfi açıb, Arutinovun əsassız arqumentlərini oxuya-oxuya özünəməxsus ciddi səslə soruşub:

- Siz elə düşünürsünüz ki, SSRİ daxilində sərhədləri dəyişmək asandır? Və siz bu məsələ ilə bağlı yoldaş Bağırovla söhbət etmisiniz?

 - Xeyr, yoldaş Stalin, bu haqda söhbətimiz olmayıb...

 

Arutinovun Stalinə ünvanladığı  Dağlıq Qarabağla bağlı məktubunu rəhbər araşdırmaq üçün MK-nın katibi Malenkova yönəldib.

 

1945-ci ilin noyabr ayında Mircəfər Bağırov məsələ ilə bağlı Malenkovdan məktub alıb. Məktubda Dağlıq Qarabağın Ermənistan SSR-nin tərkibinə verilməsi haqqında təklif və bununla bağlı bir çox “əsaslar” göstərilib.

 

Erməni həmkarının təklif-məktubuna Bağırov çox tutarlı və məntiqli cavab hazırlayıb. Bağırov ilk növbədə məktubda qeyd edib ki, Dağlıq Qarabağ heç də Arutinovun söylədiyi kimi Ermənistan SSR ilə həmsərhəd deyil, Ermənistan SSR ilə Dağlıq Qarabağ Muxtar Vilayəti arasında əhalinin əksəriyyəti azərbaycanlılar olan Qubadlı, Kəlbəcər, Laçın, Dəstəfur (indiki Daşkəsən) rayonları yerləşir.

 

Daha sonra Mircəfər Bağırov aşağıdakıları qeyd edib:

“Eyni zamanda ÜIK(b)P MK-nın nəzərinə çatdırmağı lazım bilirik ki, DQMV-in Ermənistan SSR-in tərkibinə qatılması məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan SSR-nin Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılmalıdır... Eyni zamanda Gürcüstan SSR-in Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə qatılması məsələsinə də baxılmalıdır. Çünki əhalisi tamamilə azərbaycanlılardır və Azərbaycan SSR-lə bilavasitə yanaşıdır. Nəhayət, biz xahiş edirik, Dağıstan MSSR-in Dərbənd və Qasımkənd rayonları ərazisinin də Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə də baxılsın. Bu rayonların əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və onların əksəriyyəti heyvandarlıqla məşğuldur, ilin 9 ayını Azərbaycan ərazisində yaşayırlar”.

 

1945-ci ilin dekabrın 10-da Bağırov cavab məktubunu Malenkova göndərib. Malenkov tutarlı və məntiqli cavabdan hətta təəcüblənib və bu məsələni Stalinlə rəsmi şəkildə deyil, sadəcə şifahi adi bir söhbətdə Arutinovun “cəsarətli” təklif-məktubunu ermənilərin “xəyallar arxivinə” göndərib.

 

Beləliklə də, Kreml Arutinovun və Xankəndində yaşayan erməni millətçilərinin məktubuna “yox” deyib, ermənilərin 1945-ci ildəki Qarabağ arzusu bu dəfə də iflasa uğrayıb.

 

Mikoyan Xruşovun hakimiyyəti dövründə aralarında olan yaxşı münasibətdən istifadə edərək bir necə dəfə ermənilərin “xahiş”ini ona çatdırıb. Və təbii ki, belə məqamlarda o, bütün erməni xalqı adından danışıb. Ancaq Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi məsələsinə Xruşovun münasibəti sərt və kəskin olub.

 

İlk dəfə Mikoyan 1960-cı ildə bu məsələni qaldıranda Xruşov qəti şəkildə etirazını bildirib.

 

Bir neçə ildən sonra, 1964-cü ildə Krım Rusiyanın tərkibindən çıxarılıb Ukraynaya veriləndə Mikoyan zamanın onların xeyrinə işləyəcəyini, əlverişli məqam olduğunu düşünüb və Dağlıq Qarabağla bağlı Xruşova yenidən müraciət edib. Yoldaşlıq münasibətlərinin olmasına baxmayaraq, Mikoyanın bu bezdirici təklifi sovet rəhbərini özündən şıxarıb və bu məsələyə birdəfəlik son qoymaq üçün Mikoyana bir cümlə ilə cavab verib:

 “Yoldaş Mikoyan, siz bu təklif və təkidlərinizlə məni Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsi ilə bağlı sərəncam imzalamağa məcbur edirsiniz”.

Beləliklə, bu dəfə də ermənilərin Qarabağ xülyası baş tutmayıb, Xankəndində cavab gözləyən erməniləri Xruşov məyus edib.

 

1967-ci ilin əvvəllərindən başlayaraq Dağlıq Qarabağda, xüsusilə də Xankəndi şəhərində erməni millətçilərinin torpaq iddialı məkrli niyyətləri daha qabarıq şəkildə özünü büruzə verib. Bölgədə yaşayan ermənilər havadarlarının planlarına uyğun olaraq milli ədavəti qızışdırır, planlarının həyata keçməsi üçün ən çirkin əməllərə belə əl atıblar. Yay aylarında baş verən olaylar pik nöqtəsinə çatıb, nəzarət itirilib, hadisələr öz axarından çıxıb.

 

1967-ci ilin iyul ayında Dağlıq Qarabağda, Xankəndində nə baş verirdi?

Həmin ərəfədə ermənilərin özləri tərəfindən bir neçə ermənini qətlə yetirməsi bölgədə milli ədavətin qızışdırılmasına xidmət edirdi. Əvvəlcədən planlaşdırıldığına görə bu cinayət hadisələrinin üstü açılmırdı. Əgər həmin ərəfədə ətraf rayonlarda bir erməni qətlə yetirilirdisə və qəsdən bu cinayətin üstü açılmırdısa, təbii ki, hadisələrdən xəbərsiz olan ermənilər tərəfindən qatilin birmənalı şəkildə azərbaycanlı olması düşünülürdü və belə qəbul olunurdu. Son nəticədə ermənilər də baş verən hadisələrə cavab olaraq Xankəndində yaşayan azərbaycanlılara mənəvi və fiziki təzyiqi artırırdılar.

 

1967-ci ildə daha çox səs-küyə səbəb olan və Xankəndində gərginliyi son haddə çatdıran hadisə isə Xocavənd rayonunda baş verir. Rayonun Qaradağlı kəndində azərbaycanlıların və ermənilərin birgə təhsil aldıqları orta məktəbdə bir erməni uşağı yoxa çıxır. Səhərisi gün vəhşicəsinə qətlə yetirilmiş uşağın meyiti yol kənarından tapılır. Bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan həmin məktəbin direktoru Ərşad Məmmədovu və daha iki azərbaycanlı müəllimi həbs edirlər. Vilayət prokurorluğu işi Ali Məhkəməyə göndərir. Ali Məhkəmə isə işə Xankəndində baxılması üçün qərar verir. Azərbaycan SSR Ali Məhkəməsinin üzvlərindən birinin sədarəti altında məhkəmə prosesi başlanır.

 

Həmin ərəfədə baş verən hadisələrin canlı şahidi olan azərbaycanlılardan biri, o dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində işləmiş Əfrail Hüseynovun xatirələrində qan qoxulu həmin günlərdə vəziyyətin nə qədər gərgin olduğu açıqca hiss olunur:

“Qarabağın bütün erməni icması işini-gücünü buraxıb məhkəmə salonlarına doluşur, küçələrdə səsgücləndiricilərlə məhkəmənin gedişini izləyirdilər. İrəvandan və Ermənistanın digər rayonlarından da avtobuslarla Stepanakertə çoxlu ermənilər gətirilmişdi. Onlar həyasızcasına araqızışdırmaqla, təxribatla məşğul olurdular. Axır ki, məhkəmə prosesi başa çatdı. Hökmün verilmə vaxtı yetişdi. Lakin ermənilər işlərini elə qurdular ki, hökmün oxunacağı zaman Bakıda mühüm bir müşavirənin keçirildiyi vaxta təsadüf etdi. Belə ki, hökmün oxunmasından bir gün qabaq vilayətin bütün məsul işçiləri Bakıya müşavirəyə çağrıldılar. Stepanakertdə yerli rəhbərlərdən yalnız DTK-nın şöbə rəisi Markarov qalmışdı. Belə bir gərgin vaxtda erməni qaraguruhunun təzyiqi altında məhkəmə Ərşad Məmmədova ölüm hökmü oxumağa məcbur qaldı. Hökmün oxunuşundan sonra hakimlər tez-tələsik maşınlarına minib şəhəri tərk etdilər. Ərşad Məmmədovu və digər iki azərbaycanlını dustaqlar üçün nəzərdə tutulmuş xüsusi maşına mindirdilər. Minlərlə erməni vəhşisinin “Ərşada ölüm!” çığırtıları altında əvvəl onları yerli həbsxanaya aparmaq istəsələr də, sonra fikirlərini dəyişib şəhərin yuxarı hissəsində yerləşdirilmiş, indi adı bütün azərbaycanlılara yaxşı tanış olan 366-cı alayın düşərgəsinə gətirdilər. Azğınlaşmış ermənilər maşının qabağını düşərgənin darvazasının qarşısında kəsdilər. Hərbçilərin gözü önündə ermənilər dustaq maşınını “Kalaşnikov”, “Makarov” tipli odlu silahlardan atəşə tutdular, sonra dəmir linglə maşının qapısını sındıraraq yaralarından yağış kimi qan süzən dustaqları yerə düşürdülər. Onları vəhşicəsinə öldürdülər. Bu azmış kimi Ərşad Məmmədovu yaxınlıqda yaşayan qoca erməni Aleksanın həyətinə sürüdülər. Cəsədin qollarını çarmıxa açdılar, ayaqlarını şaquli vəziyyətə gətirdilər. Tonqal qurdular, qoca erməni benzin gətirdi. Üstünə Ərşad Məmmədovun cəsədi sərilmiş tonqala od vurub yandırdılar. Bütün bu qeyri-adi vəhşi mərasim bir xeyli çəkdi. O vaxt Bakıdan, mərkəzi idarədən Xankəndinə ezamiyyətə gəlmiş milliyətcə rus olan Banserev də bu hadisələrin şahidi idi. O cümlədən Markarov da baş verən olayların seyrçisi idi”.

 

Göründüyü kimi, Xankəndində vəhşiləşmiş ermənilərin azğınlıqları son həddə çatır. Azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsindən sonra (məhz, hadisələrdən sonra) Markarov baş verənlər haqqında Bakıya məlumat verir. Qısa bir müddət ərzində Şuşa və Xankəndi ağır texnikalar və canlı qüvvələrlə mühasirəyə alınır. Gediş-gəlişin qarşısı alınır. Hadisə yerinə başqa yaşayış məntəqələrindən gəlmək istəyənlər buraxılmır. Sonralar o da məlum olur ki, mühasirə məsələsi də ermənilərin əvvəlcədən düşünülmüş planı olub. Təbii ki, hadisələrdən xəbər tutan Ağdam camaatı erməniləri cavabsız qoymayacaqdı, qisas almaq üçün Xankəndinə üz tutacaqdılar. Ermənilər bunu nəzərə almışdılar.

 

Yaranmış gərgin vəziyyətin ciddiliyi nəzərə alınaraq səhərisi gün MK-nın birinci katibi Vəli Axundov, Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Ali Sovetin sədri Məmməd İsgəndərov Dağlıq Qarabağa gəlirlər. Şuşada fövqəladə qərərgah yaradılır. Bundan əlavə Moskvadan və Bakıdan xüsusi istintaq qrupları da hadisə ilə bağlı işə başlayırlar. Həmin ərəfədə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər Əliyev də Xankəndinə gəlir. Dağlıq Qarabağa ezam olunanların əksəriyyəti Şuşada otursalar da, Heydər Əliyev real təhlükələrə baxmayaraq, Xankəndində, DTK-nın şöbəsində əyləşir. Onun üzərinə olduqca mürəkkəb və çətin bir iş düşür. Erməni millətçilərinin böyük hiyləgərliklə qurduqları oyunları, cinayət əməllərini ifşa etmək, günahsız azərbaycanlıların qatillərinin layiqincə cəzalandırılmasına nail olmaq, ən başlıcası isə Xankəndində azğınlaşmış ermənilərin qarşısında azərbaycanlıların şərəfini qorumaq. Təcrübəli çekist, DTK kimi çətin bir orqanda tutduğu vəzifələrdən asılı olmayaraq, hər zaman millətinin, xalqının tərəqqisinə xidmət edən Heydər Əliyev Xankəndində baş vermiş cinayət hadisəsi ilə yaradılmış əməliyyat qrupuna rəhbərlik edərkən yaxşı bilirdi ki, söhbət adi bir cinayətin açılmasından deyil, xalqının, azərbaycanlıların şərəfindən gedir. Heydər Əliyev onu da yaxşı bilirdi ki, türk qanına susamış millətçi cinayətkarlar layiqli cəzalarını almazlarsa, qətl hadisələrini törədənlər və onların havadarları məsuliyyətə cəlb olunmazsa, hadisələr daha ağır nəticələrə səbəb olacaq. Təbii ki, Heydər Əliyev onu da bilirdi ki, Xankəndində baş verən hadisələr Dağlıq Qarabağın Ermənistana birləşdirmək planının başlanğıc həlqəsi idi.

 

Həmin ağır günlərdə bütün azərbaycanlılar ədalətin bərqərar olması üçün Heydər Əliyevə ümid bəsləyirdilər. Heydər Əliyev isə bu ümidləri doğruldur. Onun peşəkarlığı, gərgin əməyi nəticəsində qısa müddət ərzində Xankəndi olaylarının səbəbləri açılır, cinayəti törədənlər, təşkil edənlər layiqli cəzalarını alır, 39 nəfər erməni canisi həbs edilir. Sübuta yetirilir ki, milli ədavəti yaratmaq üçün erməni məktəblisini vəhşicəsinə qətlə yetirən də Edik Baqdasaryan olub. Daha sonra o da məlum olur ki, Xankəndi olaylarının arxasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi durur.

 

Bu bir həqiqətdir ki, o zaman general Heydər Əliyev DTK sədri kimi Xankəndinə getməsəydi, o qanlı cinayətin üstü ört-basdır ediləcəkdi. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində erməni millətçilərinin çirkin əməlləri ali-üst oldu. Ermənilər özləri də bir məsələni yaxşı dərk edirlər ki, nə qədər Heydər Əliyev var, onların planlarının hayata keçməsi mümkün olmayacaq. Tarix də bunu sübut etdi ki, Ermənistan Qarabağa qarşı təcavüz planlarını Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdıqdan sonra həyata kecirməyə başladılar.

 

(ardı var)

 


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hər bir azərbaycanlının Prezidenti
15.10.2018, 13:32

Hər bir azərbaycanlının Prezidenti

Ömürlük məhkumlarla bağlı qanun dəyişir   
15.10.2018, 13:25

Ömürlük məhkumlarla bağlı qanun dəyişir  

Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvü oldu - FOTO
15.10.2018, 13:20

Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvü oldu - FOTO

On beş il: sabit və təhlükəsiz Azərbaycan
15.10.2018, 13:15

On beş il: sabit və təhlükəsiz Azərbaycan

Nazirlik: Sürüşmə zonasında gərginlik davam edir
15.10.2018, 13:12

Nazirlik: Sürüşmə zonasında gərginlik davam edir

Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yaydı   
15.10.2018, 13:09

Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yaydı  

Yağış yağacaq, leysan olacaq... - XƏBƏRDARLIQ
15.10.2018, 13:05

Yağış yağacaq, leysan olacaq... - XƏBƏRDARLIQ

Ermənistan prezidenti Azərbaycan ərazisində
15.10.2018, 12:58

Ermənistan prezidenti Azərbaycan ərazisində

İki kişi ilə birləşib ərini öldürən qadın saxlanıldı   
15.10.2018, 12:52

İki kişi ilə birləşib ərini öldürən qadın saxlanıldı  

İlham Əliyev və xanımı Olimpiya stadionunun açılışında  - FOTO
15.10.2018, 12:38

İlham Əliyev və xanımı Olimpiya stadionunun açılışında  - FOTO

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI
15.10.2018, 12:30

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI

Britaniya kraliçası növbəti dəfə nənə olacaq
15.10.2018, 12:27

Britaniya kraliçası növbəti dəfə nənə olacaq

9 ayda 3 mindən artıq şəxs ölkədən çıxarılıb
15.10.2018, 12:24

9 ayda 3 mindən artıq şəxs ölkədən çıxarılıb

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ
15.10.2018, 12:22

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ

UNEC stendi mükafata layiq görüldü - FOTO
15.10.2018, 12:12

UNEC stendi mükafata layiq görüldü - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin həkimi və daha 5 nəfər həbs olundu - SİYAHI   
15.10.2018, 12:06

Qida Təhlükəsizliyi Agentliyinin həkimi və daha 5 nəfər həbs olundu - SİYAHI  

Nazirlikdən şəhid vərəsələrinə verilən ödəmələrlə bağlı AÇIQLAMA: “85 faizi bilir”
15.10.2018, 12:01

Nazirlikdən şəhid vərəsələrinə verilən ödəmələrlə bağlı AÇIQLAMA: “85 faizi bilir”

Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR
15.10.2018, 11:54

Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR

Prezident və xanımı İstisu və Sağlamlıq Mərkəzinin açılışında - FOTOLAR
15.10.2018, 11:52

Prezident və xanımı İstisu və Sağlamlıq Mərkəzinin açılışında - FOTOLAR

Fazil Məmmədov reanimasiyaya düşüb - xanımı onu tək buraxmır   
15.10.2018, 11:51

Fazil Məmmədov reanimasiyaya düşüb - xanımı onu tək buraxmır  

Telefon oğrusu tutuldu
15.10.2018, 11:47

Telefon oğrusu tutuldu

İtaliya Avropa İttifaqını çökdürə bilər
15.10.2018, 11:42

İtaliya Avropa İttifaqını çökdürə bilər

Nazirlikdən şəhid ailələrinin narazılığına REAKSİYA
15.10.2018, 11:37

Nazirlikdən şəhid ailələrinin narazılığına REAKSİYA

Sürüşmə ərazisindəki villaların sakinləri köçüblər - Evləri gözətçilər qoruyur
15.10.2018, 11:31

Sürüşmə ərazisindəki villaların sakinləri köçüblər - Evləri gözətçilər qoruyur

Prezident və birinci xanım Lənkəranda
15.10.2018, 11:27

Prezident və birinci xanım Lənkəranda

Bu yolda təmir gedir!
15.10.2018, 11:26

Bu yolda təmir gedir!

Novruz Məmmədov vahid büdcə təsnifatını təsdiqlədi
15.10.2018, 11:20

Novruz Məmmədov vahid büdcə təsnifatını təsdiqlədi

Vəzifə tutmaq istəyənlərin nəzərinə!
15.10.2018, 11:13

Vəzifə tutmaq istəyənlərin nəzərinə!

Mirəlioğlu müavinlərini işdən qovub? - AÇIQLAMA
15.10.2018, 11:11

Mirəlioğlu müavinlərini işdən qovub? - AÇIQLAMA

Beynəlxalq Bankın aktivləri 8.3 milyard manatdan çoxdur
15.10.2018, 11:02

Beynəlxalq Bankın aktivləri 8.3 milyard manatdan çoxdur

Buraxılış imtahanlarına görə valideynlərlə görüşlər keçirilir
15.10.2018, 10:59

Buraxılış imtahanlarına görə valideynlərlə görüşlər keçirilir

Bakıda akkumulyator oğruları tutuldu - FOTO
15.10.2018, 10:53

Bakıda akkumulyator oğruları tutuldu - FOTO

Kapital Bank beynəlxalq tədbirdə iştirak edib
15.10.2018, 10:46

Kapital Bank beynəlxalq tədbirdə iştirak edib

Naqif Həmzəyev seçicilərilə görüşüb - FOTO
15.10.2018, 10:40

Naqif Həmzəyev seçicilərilə görüşüb - FOTO

“İlk sevgi insana qismət olmur” - Deputat Vahid Əhmədov “Mənim kəndim” rubrikasında - FOTOLAR   
15.10.2018, 10:34

“İlk sevgi insana qismət olmur” - Deputat Vahid Əhmədov “Mənim kəndim” rubrikasında - FOTOLAR  

“Qırmızı kitab”a düşmüş quşu ovlayan saxlanıldı
15.10.2018, 10:27

“Qırmızı kitab”a düşmüş quşu ovlayan saxlanıldı

Borclu olan 17 nəfər saxlanılıb
15.10.2018, 10:20

Borclu olan 17 nəfər saxlanılıb

Bakı Ali Neft Məktəbi  Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir
15.10.2018, 10:13

Bakı Ali Neft Məktəbi  Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir

Gömrükdə 240 ədəd mobil telefon ələ keçirildi - FOTO
15.10.2018, 10:06

Gömrükdə 240 ədəd mobil telefon ələ keçirildi - FOTO

ATƏT sərhəddə monitorinq keçirəcək
15.10.2018, 09:59

ATƏT sərhəddə monitorinq keçirəcək

Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub - NAZİRLİK
15.10.2018, 09:55

Badamdardakı evlərin hasarlarına gipsdən mayaklar qoyulub - NAZİRLİK

Tramp Putini qətl və zəhərləmə göstərişləri verməkdə təqsirli bildi 
15.10.2018, 09:44

Tramp Putini qətl və zəhərləmə göstərişləri verməkdə təqsirli bildi 

“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa   
15.10.2018, 09:42

“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa  

Novruz Məmmədov Muxtar Babayevin səlahiyyətini artırdı - QƏRAR
15.10.2018, 09:40

Novruz Məmmədov Muxtar Babayevin səlahiyyətini artırdı - QƏRAR

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI
15.10.2018, 09:34

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

Bakının mərkəzində CANLI TƏHLÜKƏ    
15.10.2018, 09:26

Bakının mərkəzində CANLI TƏHLÜKƏ   

Ermənistan atəşkəsi 28 dəfə pozdu   
15.10.2018, 09:21

Ermənistan atəşkəsi 28 dəfə pozdu  

Nazim Hikmətin oğlu ÖLDÜ
15.10.2018, 09:03

Nazim Hikmətin oğlu ÖLDÜ

Ərdoğan itkin jurnalistlə bağlı krala zəng etdi
15.10.2018, 08:42

Ərdoğan itkin jurnalistlə bağlı krala zəng etdi

Yenidoğulmuşun şikayəti
15.10.2018, 08:28

Yenidoğulmuşun şikayəti

ARXİV