Modern.az

Rusiyada axtalanma qanuniləşdiriləcək

Rusiyada axtalanma qanuniləşdiriləcək

5 İyul 2011, 11:50

Rusiya Dövlət Duması pedofillərin axtalanması qaydaları barədə qanun layihəsinə baxacaq. Modern.az  “İnrefaks”a istinadən bildirir ki, ixtisasca həkim olan deputat Anton Belyakov tərəfindən hazırlanan qanun layihəsində təklif olunur ki, uşaqlara qarşı cinsi təcavüzə görə məhkum olunan cinayətkarlar həbs müddətinin başa çatmasına il yarım qalmış axtalanaraq azadlığa buraxılsın.

“Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə görə, kimyəvi axtalanma məcburi tibbi tədbir olacaq”-deyə deputat bildirib.

Deputat bu tibbi tədbirin detallarını da açıqlayıb. Həbsdə olan cinayətkarın orqanizminə xüsusi kimyəvi məhlul yerildilir. Bu maddə kişi cinsi hormonu olan testosteronun hərəkətini məhdudlaşdırır. Bu isə cinsi istəyi yox edir. İynə müəyyən müddət ərzində ayda bir dəfə vurulacaq.  “Bu üsul cərrahiyyə yolu ilə xədim etmək deyil”-deyə uşaq həkimi olan deputat vurğulayıb. . 

Deputat Rusiyada uşaqlara qarşı cinsi təcavüz faktlarının artma tempindən narahat olduğunu bildirib. Onun təqdim etdiyi statistikaya görə, son dörd ildə pedofiliya ilə bağlı cinayət hadisələri 25 dəfə artıb.

Qeyd edək ki, Belyakov belə qanun layihəsi ilə 2009-cu ildə çıxış edib. O zaman qanun qəbul edilməmişdi.

Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev də parlamentin iclasında belə bir təşəbbüslə çıxış edib.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?