Modern.az

Arif Əliyev “Press Klub”u bərpa edir

Arif Əliyev “Press Klub”u bərpa edir

5 İyul 2011, 12:39

90-cı illərin sonunda Bakıda jurnalistlər üçün açılmış “Press Klub” fəaliyyətini yenidən bərpa etməyə hazırlaşır. Modern.az-ın əldə etdiyi məlumata görə, “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin təsisçiliyi ilə işə başlayacaq “Press Klub” un yaradılması üçün aparılan işlər yekunlaşıb. Artıq klubun fəaliyyəti üçün lazım olan avadanlıqlar və digər texniki məsələlər həll edilib. Müvafiq müqavilə imzalandıqdan sonra “Press Klub” işə başlayacaq.

Burda tədbirlərin keçirilməsi üçün konfrans zalı, jurnalistlərin işləməsi üçün lazımi şərait yaradılacaq. “Press Klub” layihəsinin partnyorluğunu xarici beynəlxalq təşkilat üzərinə götürüb.

90-cı illərin sonunda Bakıda fəaliyyət göstərən “Press Klub” jurnalistlərin yığışdığı məkan idi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!