Modern.az

Tibb universitetində ən çox təhsil alanlar şəkililər, ADU və BSU-da isə bakılılardır

Tibb universitetində ən çox təhsil alanlar şəkililər, ADU və BSU-da isə bakılılardır

5 İyul 2011, 12:56

Hansı bölgənin gənclərinin daha çox hansı ali təhsil müəssisəsinə üstünlük verməsi maraqlı məsələdir.

Modern.az-ın əməkdaşı suala cavab tapmaq üçün bir sıra universitetlərlə əlaqə saxlayıb.

Azərbaycan Tibb Universitetindən saytımıza bildiriblər ki, hazırda burada təhsil alan tələbələr arasında birincilik Şəkidən olan gənclərindir. Bu sıralamada ikinci yeri mingəçevirlilər tutur. Üçüncü yer isə Naxçıvandan olan tələbələrə məxsusdur.

Azərbaycan Dillər Universitetində isə nəticələr başqadır. Belə ki, bu universitetdə təhsil alan tələbələr arasında Bakıdan olanlar üstünlük təşkil edir. Universitetin mətbuat xidmətindən verilən məlumata görə isə, ADU-da təhsil alan tələbələr arasında ikinci yerdə Sumayıtdan olan tələbələr, üçüncü yeri isə Gəncə, İsmayıllı və Naxçıvanda olan gənclər bölüşür.

Bakı Slavyan Universitetinin tədris hissə müdiri Məmmədtağı Rzayev universitetdə təhsil alan tələbələrin 60-70 faizinin əsasən Bakıda yaşayanlar olduğunu qeyd edib. Bu sıralamada ikinci və üçüncü yerləri Sumqayıt və Naxçıvandan olan tələbələr tutur.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir