Modern.az

“Renault” şirkəti Azərbaycana yeni maşınlar gətirir - elektrmobillər... (FOTOLAR)

“Renault” şirkəti Azərbaycana yeni maşınlar gətirir - elektrmobillər... (FOTOLAR)

5 İyul 2011, 13:02

“Renault” elektrmobillərinin MDB məkanına, xüsusi ilə şirkət üçün strateji əhəmiyyət kəsb edən və Azərbaycanında yer aldığı “Avrasiya” regioununa daxil olması, uzunmüddətli perspektiv kimi dəyərləndirilir. 
 “Satişa  başlamazdan öncə labüd infrastruktur və müştəri maraqı yaradılmalıdır” – deyə “Renault” şirkətinin Avrasiya regionu üzrə Kommersiya direktoru Deni Le Vot bu barədə söyləyib.

Artıq bu istiqamətdə ilkin addım atılıb. İyunun sonlarında Moskvada Fluence Z.E. və Kangoo Express Z.E modellərinin sınağı keçirilib. Tədbir “Renault” şirkətinin təşkil etdiyi beynəlxalq roud-şou çərçivəsində baş tutub.

“Renault”-ın iki elektrik modeli - Fluence Z.E. və Kangoo Express Z.E. tədbirin qonaqları tərəfindən “Sokolniki” ekoparkının ərazisində sinaqdan keçiriliblər.

Fluence Z.E. – prestijli avto olaraq fərdi müştərilərə və avtopark sahibləri üçün nəzərdə tutulub; Kangoo Express Z.E. – yüngül, yığcam furqondur və şəhərətrafı istifadə üçün kiçik və orta sahibkarlar üçün münasibdir. Aşkar görünüş fərqliliyinə baxmayaraq, elektromobillər eyni  xüsusiyyətlər birləşdirir: ətraf mühitə zərərsizlik, əlverişlilik və təkraredilməz üslub.

Deni Le Vot daha sonra deyib:  “Sokolniki”-dəki tədbir çərçivəsində biz Azərbaycan, Belarus və Qazaxıstandan olan tərəfdaşlarımızla yaxından tanış olduq, hər bir bazarın özünə xas xüsusiyyətləri haqqında məlumat əldə etdik. “Renault”-da əmindirlər: avtomobil istehsalının gələcəyi – elektromobillərdir. Bu isə o deməkdir ki, dünyanın müxtəlif ölkələrində adi rozetka vasitəsi qidalanan avtomobillərin sayı artmaqda davam edəcək”.

Təqdimetmə mərasimində Azərbaycan, Belarus,Qazaxıstan daxil olmaqla MDB ölkələrinin KİV nümayəndələri, fərdi və dövlət nəqliyyat şirkətlərinin rəhbərləri, hakimiyyət nümayəndələri iştirak ediblər.

“Renault” - elektrik ötürücüsü ilə təchiz olunmuş avtomobillərin işlənib hazırlanma sahəsində ilk addım atmış şirkətdir. Şirkət – ilk dünya istehsalçısıdır ki, elektromobillərin tam model qammasını əlverişli qiymətlərlə təqdim edib: Twizy, ZOE, Fluence Z.E. və Kangoo Express Z.E. 




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir