Modern.az

Səhiyyə Nazirliyinə 420 şikayət daxil olub

Səhiyyə Nazirliyinə 420 şikayət daxil olub

5 İyul 2011, 13:09

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2011-ci il iyun ayı ərzində 734 müraciət daxil olub. Daxil olan  müraciətlərin 420-si şikayət xarakterli müraciətlərdi, 194-dü – sorğu xarakterli, 37-si aidiyyəti üzrə deyil, 83-ü isə cari problemlərə bağlı olub.

Nazirlikdən o da bildirilib ki,“Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi