Modern.az

"Dharmendra-Məhəbbət Elçisi" filminin təqdimatı keçirilib

"Dharmendra-Məhəbbət Elçisi" filminin təqdimatı keçirilib

27 Dekabr 2017, 18:01

Bu gün telejurnalist Namiq Qurbanın hazırladığı "Dharmendra - Məhəbbət Elçisi" adlı sənədli bioqrafik filmin təqdimat mərasimi keçirilib. 

 

Modern.az  xəbər verir ki,ümumilikdə 47 dəqiqə davam edən film dünya və Hindistan kinosunun veteran aktyoru, "He man" ləqəbli, dünyada  sülh, məhəbbət və qardaşlıq carçısı kimi tanınan Dharmendra Deolun məhəbbət işığında yaşadığı  xoşbəxt ömrü,  bərəkətli yaradıcılığı və hikmətli həyat ibrətlərinə həsr edilib. 

 

Film azərbaycan dilində hazırlanıb və ingilis, rus dillərinə tərcümə olunub. Hazırda filmin hind və ərəb dillərinə tərcüməsi yekunlaşmaq  üzrədir.

 

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sancay Ranan deyib ki, film yalnız Dharmendra haqqında deyil, eyni zamanda insanlar arasında sevgini tərənnüm edir. 

 

"Rejissor Namiq Qurban da bu film vasitəsilə xalqlarımız arasında olan sevgini bir daha nümayiş etdirdi. 

 

Hindistandan bu qədər uzaqda olmağınıza baxmayaraq son 20-30 ilin ən məşhur aktyoru haqqında danışmağınızdan, bununla bağlı tədbir keçirməkdən çox məmnunam. Bu Hindistanla Azərbaycanı daha da birləşdirir, körpü yaradır. Bu Namiq Qurbanın uğurlu bir işidir. Belə deyə bilərik ki, iki məhəbbət elçisi var, onlardan biri Dhatmendra, digəri isə Namiq Qurbandır. Bu mesajı Namiq bəy bizə çatdırıb. Mən bu filmə artıq ikinci dəfə baxıram". 

 

 

Səfirin sözlərinə görə, onlar Namiq Qurbanovla birlikdə filmin hind dilinə tərcümə olunmasına çalışırlar.

 

"Biz növbəti 2-3 ay ərzində film festivalı keçirməyi düşünürük. Həmin dövrdə də biz Hindistandan keyfiyyətli alt yazı ilə təmin olunmuş filmləri gətirməyə çalışacayıq". 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?