Modern.az

Azərbaycanda 2 nəfərdə malyariya xəstəliyi aşkarlanıb

Azərbaycanda 2 nəfərdə malyariya xəstəliyi aşkarlanıb

5 İyul 2011, 13:16

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, 2011-ci ilin 6 ayı ərzində yalnız 2 nəfərdə malyariya xəstəliyi aşkar olunub. “Keçən ilin müvafiq dövründə isə bu xəstəlik 23 nəfərdə qeydə alınmışdı”-deyə mərkəzin məlumatında bildirilib.

Qeyd edilib ki, Vişnevskaya-Rostropoviç Fondunun dəstəyi ilə 2010-cu ilin oktyabr-noyabr aylarında aparılmış 1-ci turun davamı olaraq Səhiyyə Nazirliyi tərəfindən bu ilin aprel-may aylarında Res­pub­likanın 42 rayonunda 331 min nəfərdən çox I-VI sinif şagirdləri arasında helmintozların (qurd xəstəliklərinin) profi­laktikası məqsədilə “Albendazol” preparatı ilə 2-ci tur de­hel­min­tizasiya (müalicə-profilaktika) tədbiri həyata keçirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir