Modern.az

Bayram süfrəsindən əvvəl və sonra...

Bayram süfrəsindən əvvəl və sonra...

Aktual

27 Dekabr 2017, 21:43

Yeni ili qarşılamağımıza cəmisi bir neçə gün qalıb. İmkan daxilində hər bir ailə bayram süfrəsi üçün hazırlıq görür və təbii ki, bayram yığıncaqları insanın ovqatını və əhvalını xoş edən tədbirlərdəndir. Amma bir çox hallarda belə tədbirlərin səhərisi insanlar xoşagəlməz bir vəziyyətlə üzləşirlər. Axşamdan qəbul etdikləri spirtli içkilər başağrısına, ürəkbulanmaya, ağızda xoşagəlməz qoxunun yaranmasına, susuzluğa, süstlüyə, mədə-bağırsaq sisteminin “üsyanına” səbəb olur. Yəni “paxmel” vəziyyəti yaranır.

 

Bu cür xoşagəlməz vəziyyətdən necə yaxa qurtarmaq olar? Təbii ki, bu sualın düzgün və dəqiq bir cavabı var: qədərində içmək. Yaxud sadəcə süfrə arxasına küçməzdən əvvəl illər boyu sınanmış vasitələrdən istifadə etmək olar.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Bu sınanmış vasitələr hansılardır?

 

1. Süfrə arxasına keçməzdən yarım saat əvvəl 1-2 çay qaşığı bitki yağı, daha yaxşı olar ki, zeytun yağı içməklə məclisin sonuna qədər sərxoşluq təhlükəsindən azad olacaqsınız. Bitki yağı mədənin divarlarını bürüyərək alkoqolun qana tez sorulmasının qarşısını alır.

 

2. Təbii ki, bayram günü dostlar, doğmalar arzularını çatdırmaq üçün sağlıq deməyi, bəzən isə əldə qədəh uzun-uzadı danışmağı xoşlayırlar. Bu sizi bezdirməsin. Belə çıxışlar sizin xeyrinizədir. Çünki bu sağlıqlar zamanı içilən qədəhlərin arasındakı məsafə uzanır. Bu müddət ərzində daha çox maye için. Ancaq şirin içkilərdən imtina edin. Şirin içkilər alkoqolun qana sorulmasını sürətləndirir.

 

3. Məclis arası hərəkət etməyi unutmayın. İstənilən adi hərəkət belə alkoqolun orqanizmdən çıxmasına kömək edir. Hərəkət etmək üçün isə kifayət qədər bəhanə tapmaq olar. Məsələn, əgər telefonunuz zəng çalarsa, sizi arayan insanla gəzişə-gəzişə söhbət edə bilərsiniz, və ya rəqs etmək ən yaxşı hərəkət ola bilər, yaxud arabir təmiz hava almaq üçün eyvana giriş-çıxış da hərəkət etmək üçün yaxşı bəhanədir.

 

4. Sərxoş olmağın əsas səbəblərindən biri içkiləri qarışdırmaqdır. Buna görə də çalışın ki, süfrəyə düzülmüş müxtəlif çeşidli spirtli içkiləri qatıb qarışdırmayasınız. Yox, əgər bu sizdə alınmırsa, nəzərə alın ki, zəif dərəcəli içkilərdən tündə doğru “irəliləmək” daha məsləhətdir.

 

5. Sərxoş olmamaq üçün ən yaxşı vasitələrdən biri C vitaminidir. O alkoqolu tam neytrallaşdırmasa da sərxoş vəziyyətə düşməyi ləngidir. Hər qədəhdən sonra bir-iki limon dilimi sizi arzuladığınız vəziyyətdə saxlayacaq.

 

Bu məsləhətlərə əməl etməklə bayram məclisini xoş əhvalla və həm də bir az ayıq başla yekunlaşdırmaq olar.

 

Əgər bu deyilənlərin heç birini etməmisinizsə, açılan səhər heç də ürəyinizcə olmayacaq. “Paxmel” bayram ovqatınıza xoş olan heç nə qatmayacaq.

 

Bu “qeyri-müəyyən” vəziyyətdə ilk növbədə çalışın daha çox maye qəbul edəsiniz. Limonlu çay, mineral su, təbii alma çirəsi və ayran içmək daha məqbuldur.

 

“Paxmel”dən yaxa qurtarmağın ən yaxşı üsullarından biri duş qəbul etməkdir.

 

Səhər-səhər bal şərbəti içmək də sizi bu vəziyyətdən qurtaracaq.

 

Qarabaşaq (qreçka) və yulaf sıyığı da köməyinizə çata bilər. “Paxmel” vəziyyətdə sıyıq yemək arzuedilməz olsa da, özünüzü buna məcbur edin.

 

Turşuya quyulmuş xiyar yemək xoşagəlməz vəziyyətin aradan qaldırılmasına kömək edər.

 

Ağartı məhsullarından, xüsusilə, kəsmik və qatıqdan istifadə etməklə düşdüyünüz vəziyyətdən yaxa qurtara bilərsiniz.

 

Təmiz hava və yüngül idman hərəkətləri bu məqam üçün vacibdir.

 

“Paxmel”dən çıxmağın ənənəvi üsulu olan səhər tezdən 100 qram içmək məsələsini ağlınıza belə gətirməyin. Düzdür, 100 qram insanı “paxmel”dən çıxarır. Amma səhər tezdən spirtli içki onsuz da “çətin” vəziyyətdə qalmış mədənizdə gələcəkdə böyük problem yarada bilər. Bu sahədə alkoqolsuz pivəyə üstünlük vermək olar.

 

Sağlamlığının qayğısana qalan insan alkoqollu içkilərin orqanizm üçün ziyanını nəzərə alıb ondan imtina etməlidir. Yox, əgər srirtli içkilərdən istifadə edirsinizsə, qədərində için. Qədərində için ki, “paxmel”ə düşməyəsiniz. Unutmayın ki, axşam məclisdəki vəziyyətiniz nə qədər “yaxşı” olacaqsa, səhərki vəziyyətiniz də bir o qədər pis olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!