14 dekabr 2018, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - Tarixin Xankəndi səhifəsi – III yazı
Tarixin Xankəndi səhifəsi – III yazı
27.12.2017, 22:24

Yazının əvvəlini aşağıdakı linklərdən oxuya bilərsiniz:

http://modern.az/az/news/152628#gsc.tab=0

http://modern.az/az/news/152739#gsc.tab=0

 

Erməni millətçiləri bütün mümkün variantlardan istifadə edərək, ümumilikdə bütün regionun və Xankəndi şəhərinin tarixi, mədəni ənənələrini və etnik tərkibini bir kənara ataraq ancaq erməni xəttinin qabardılmağna cəhdlər göstəriblər. Bakıda yüksək savada və bacarığa malik azərbaycanlı memarların olmasına baxmayaraq, Dağlıq Qarabağın baş planının hazırlanması məhz qeyri-azərbaycanlılara tapşırılıb. 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyan (o, 1926-1929-cu illərdə Azərbaycana rəhbərlik edib) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Azərbaycana Aleksandr Tamanyan adlı arxitektor dəvət edib. 1938-ci ildə isə bu məqsədlə memar Slobodyannik, 1968-ci ildə isə Dadaşyan Xankəndinə dəvət olunublar. Bununla da, Xankəndi şəhərinin və bütövlükdə Dağlıq Qarabağın şərq arxitekturası, əsrlərdən gələn inkişaf xətti və mədəni siması itirilib.

 

Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf edib. Bu işə daim Azərbaycanın hakimiyyət dairələrindən böyük dəstək verilib. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə gedib. Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü göstərib. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşayıb. Bu rəqəmlər Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri qalması barədə erməni millətçilərinin 1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd edir. Çünki hər 20 ilə əhalisinin sayının iki dəfə artması istənilən əyalət şəhəri üçün böyük inkişaf göstəricisi idi. Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılıb, onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilib. Eyni zamanda bu, təkcə Xankəndi üçün deyil, bütün Dağlıq Qarabağ üçün xarakterik idi. Bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətinin deyil, onilliklərlə Azərbaycanın maliyyə-texniki resursları və iradəsi hesabına yaradılıb.

 

Sovet dövrünün axırında Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərib. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında özünə müştəri tapıb. Xankəndinin sürətlə böyüməsi nəticəsində 1978-ci ilin may ayında Xankəndi şəhər statusunu alıb.

 

80-ci illərin sonlarında ermənilərin Dağlıq Qarabağla bağlı planlarında ilk növbədə azərbaycanlıları Xankəndi şəhərindən təmizləmək dururdu. Bana müvafiq olaraq Xankəndi şəhərində fəaliyyət göstərən, azərbaycanlıların təhsil aldığı təhsil ocaqlarının fəaliyyətinə son qoymaq ermənilərin məkrli planlarının tərkib hissəsi idi. Sırada isə birinci yerdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb dururdu.

 

1945-ci ildən fəaliyyət göstərən bu məktəb Xankəndi şəhərində erməni şovinizminin əhatəsində milli hissləri, azərbaycançılıq ideyalarını və məfkurəsini daim qoruyub saxlamış, şəhərin azərbaycanlı icmasının mənəvi dəyərlərinin formalaşmasında xüsusi rol oynayıb.

 

Ağır, çətin və keşməkeşli yollar keçən Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb yarandıqdan sonra qısa müddət ərzində  fəaliyyətini şəhərin Lenin prospektində Stepanakert şəhər Xalq Deputatları Sovetinin, şəhər poliklinikasının yaxınlığında birmərtəbəli zirzəmi şəraitində, orta məktəbdə təhsil tələblərinə cavab verməyən binada fəaliyyət göstərib. 1950-ci illərdə məktəb Lenin və Atarbekov küçələrinin kəsişməsində yerləşən birmərtəbəli binaya köçüb və burada fəaliyyətini davam etdirib.

 

Təhsil ocağının tez-tez yerini dəyişməsinə və şəraiti olmayan binalarda fəaliyət göstərməsinə baxmayaraq, bu tədris müəssisəsinin müəllimləri öz peşələrinə sadiq qalaraq azərbaycanlıların keyfiyyətli təhsil almasını təmin ediblər.

 

Hələ o illərdən erməni millətçiləri bu məktəbin fəaliyyətinə əngəlliklər yaratmaq üçün bütün vasitələrə əl atıblar. Nəhayət, onlar Xankəndində bu yeganə Azərbaycan məktəbinin müstəqil fəaliyyətinə problemlər yarada biliblər. Belə ki, 1964-cü ildə Nizami Gəncəvi adına 4 nömrəli orta və rus təhsilli 5 saylı məktəbin bazasında beynəlmiləl məktəb yaradılıb. Məktəbə milliyətcə qeyri-azərbaycanlı İ.İ.Mixailidi direktor təyin edilib. Azərbaycanlıların da təhsil aldığı bu 4 nömrəli orta beynəlmiləl məktəb Çkalov və Kommunst küçələrinin kəsişməsində yeni tikilmiş dörd mərtəbəli binada fəaliyyətə başlayıb. Bütün çətinliklərə, süni şəkildə yaradılmış maneələrə baxmayaraq Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müəllim kollektivi “beynəlmiləl məktəbdə” azərbaycançılıq ideyalarını qoruyub saxlaya bilib, bütün qüvvələrini səfərbər edərək Xankəndindəki azərbaycanlı uşaqlarının maarifləndirilməsi üçün əllərindən gələni əsirgəməyiblər.

 

Nəhayət, 1969-cu ildə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müstəqil fəaliyyəti yenidən bərpa olunub. Məktəb yenidən Lenin və Atarbekov küçələrinin kəsişməsində yerləşən ikimərtəbəli binaya köçüb və yalnız azərbaycanlıların təhsil aldığı təhsil ocağı kimi fəaliyyətini davam etdirib.

 

Böyük qürur hissi və bu məktəbin bir məzunu kimi qeyd edə bilərəm ki, bu göstərilən təzyiqlərə, yaradılmış süni problemlərə baxmayaraq, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin fəaliyyətində böyük əməkləri olmuş Famil Allahverdiyev, Şükufə Babayeva, Hüsü Bağırov, Bəsti Bağırova, Baxış Cahangirov, Səadət Cahangirova, Nuridə Cəfərova, Sabir Əliyev, Nizami Əliyev, Vaqif Əliyev, Vahid Əliyev, Eldar Əliyev, Eldar Quliyev, Elman Quliyev, Zenfira Əbdülova, Məhbubə Əliyeva, Kubra Əliyeva, Xavər Əliyeva, Nuridə Əliyeva, Elmira Əliyeva, Elmira Fətullayeva, Yusif Fərzəliyev, Raya Hacıyeva, İsi Hacıyev, Şükufə Hüseynova, Cəmil Xudiyev, Əkbər Xudiyev, Hikmət Xudiyev, Nazim Xudiyev, Müşkülat İmanova, Baxşalı İmanov, Qasım İsgəndərov, İxtiyar İsmayılov, Elza İsgəndərova, Raisa Kiyaçenko, Vasiliy Kiyaçenko, Flora Qasımova, Abdulla Qədirov, Hafiz Quliyev, Mirzalı Quliyev, Məhluqə Ouliyeva, Zərifə Ouliyeva, Bəşir Mahmudov, Əhməd Məmmədov, Nəriman Məmmədov, Zərifə Məmmədova, Şura Məmmədova, Adilə Mehrəliyeva, Telli Mirzəyeva, Gözəl Məmmədova, Nadir Rəşidov, Emilya Məmmədova, Ramiz Məhərrəmov, Tahirə Məhərrəmova, Əbdülqasım Novruzov, Vahid Səfixanov, Yusif Süleymanov, Emin Süleymanov, İntizar Süleymanova, Akif Rəsulov, Suqra Tağıyeva, Şükufə Vəliyeva, Zöhrə Vəliyeva, Seyran Zeynalova kimi müəllimlər ən çətin anlarda, ən mürəkkəb şəraitlərdə belə öz mövqelərini saxlayaraq peşələrinə yüksək sədaqət nümayiş etdiriblər. Bu gün də məktəbin məzunları illər ötsə də, müəllimlərini böyük ehtiramla xatırlayırlar.

 

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müəllim kollektivinin yüksək bilik və bacarığı, keyfiyyətli tədris metodu nəticəsində bu təhsil ocağı Azərbaycan cəmiyyətinə dövlət xadimi, general-polkovnik Ramil Usubov, əməkdar müəllim, tibb elmləri doktoru, professor Mübariz Allahverdiyev, Milli Məclisinin deputatı Flora Qasımova, “Azərbaycan Bayrağı” ordenli, millət vəkili Elman Məmmədov, Beynəlxalq Energetika Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, bir çox elmi ixtiraların müəllifi olmuş Vidadi Əliyev, filologiya üzrə elmlər doktoru İlhami Cəfərsoy, filologiya elmləri namizədi Şəfəq Cabbarova, Bakı Metropoliteninin ilk dəfə tikilib istifadəyə verilməsində aparıcı mütəxəssislərdən biri olmuş Firudin Əhmədov, “Şərəf nişanı” ordenı və “Əmək rəşadətinə görə” medalı ilə tətlif olunmuş, hazırda 122 saylı Xankəndi seçki dairəsinin sədri Rasim Hacıyev, texnika elmləri namizədi, dosent Rəşid Haşimov, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Hikmət Xudiyev, tibb elmləri namizədi Səidə Zeynalova, əməkdar mühəndis Kamil Xudiyev, tədqiqatçı, “Qızıl qələm” mükafatı laureatı Aydın Qarabağlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, istedadlı yurnalist və naşir Vasif Quliyev, Əməkdar mühəndis Ziyəddin Quliyev kimi dəyərli vətəndaşlar bəxş edib.

 

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi həm də öz qəhrəman məzunları ilə fəxr edir. Təhsil ocağının məzunları respublikamızın ərazi bütövlüyünü, suverenliyini qoruyarkən erməni qəsbkarları ilə mübarizədə şücaətlər göstərib, Şirin Mirzəyev, Nizami Məmmədov kimi Azərbaycanın Milli Qəhrəmanları xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazıblar.

 

1988-ci ilin sentyabr ayında erməni millətçilərinin Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbinin fəaliyyətinə son qoymaq cəhdi baş tutdu. 700-dən çox şagirdin təhsil aldığı, 60-dan artıq müəllimin çalışdığı Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Xankəndində yaşayan köməksiz azərbaycanlıların ciddi cəhdlərinə baxmayaraq, məktəbin fəaliyyətini bərpa etmək mümkün olmadı.

 

25 illik fasilədən sonra Azərbaycan təhsilinin inkişafına töhfələr vermiş, özünəməxsus bir tarix yaşamış bu təhsil ocağının xidmətləri prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Dövlət başçısının 30 dekabr 2012-ci il tarixli sərəncamı ilə məktəbin fəaliyyəti yenidən bərpa olunub. 2013-2014-cü tədris ilində Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 300 şagird yerlik yeni binada Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəb fəaliyyətini davam etdirməyə başlayıb.

 

Xankəndində erməni millətçilərinin əməllərinə, məkrli planlarına maneçilik törədən digər bir təhsil ocağı Xankəndi Pedoqoji İnstitutu olub. 2 mindən çox tələbəsi olan Xankəndi Pedaqoji İnstitutu Qarabağın təhsil müəssisələri arasında özünəməxsus yer tutub, institutun Yuxarı Qarabağın və ərazi cəhətdən ona bitişik olan başqa rayonların gənclərinin ali təhsilə yiyələnməyində xüsusi rolu olub.

 

Pedaqoji İnstitut 1969-cu ildə indiki N.Tusi adına Pedaqoji Universitetin (keçmiş V.İ.Lenin adına APİ) filalı kimi fəaliyyətə başlayıb, bir neçə ildən sonra - DQMV-nin təşkilinin 50 illik yubileyi günündə Xankəndi filialının maddi-texniki bazası əsasında, o zaman respublikaya rəhbərlik etmiş Heydər Əliyevin göstərişi və Azərbaycan hökumətinin 28 noyabr 1973-cü il qərarı ilə müstəqil ali məktəb kimi fəaliyyətə başlayıb. İnstitut təşkil edilərkən burada üç dildə - Azərbaycan, rus və erməni dillərində ali pedaqoji təhsilli kadr hazırlanıb.

 

Bu ali təhsil ocağında çalışan dəyərli alimlərimiz, əsl vətənpərvər ziyalılar olan Nəcəf Quliyev, Nazim Axundov, Kamil Quliyev, Xasay Cabbarov, İnqilab Quliyev, Süleyman Zeynalov, Ənvər Əhməd, Mirələm Vəliyev, Abbas Abbasov, Yusif Ağayev, Zabil Bayramov, Nəsib Şəfiyev, Şahlar Quliyev, Bəşir Fərəcov, Yusif Fərzəliyev, Eldar Məmmədov kimi elm adamlarımız müntəzəm olaraq tarixi məharətlə, böyük ustalıqla saxtalaşdırmağı bacaran həmkarlarının, erməni “alim”lərinin cəfəng ideyalarına, sərsəm fikirlərinə qarşı tutarlı tarixi faktlarla, elmi əsaslarla çıxmağı bacarıblar.

 

Digər bir tərəfdən azərbaycanlı gənclərin bu institutda təhsil alması, institutun ictimai həyatında kifayət qədər fəal olmaları təbii ki, ermənilər üçün arzuolunmaz olub. Elə bu səbəblərdən də məlum Qarabağ hadisələri başlananda erməni millətçiləri Xankəndi Pedaqoji İnstitutunu ciddi bir obyekt kimi hədəfə aləblar.

 

Beləliklə, fəaliyyətə başlamasından 20 il keçdikdən sonra Xankəndində başlayan erməni qiyamının ilk zərbələrindən biri bu ali təhsil ocağnın kollektivinə dəyib. 1988-ci il mayın 16-da institutun Azərbaycan şöbəsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlərə məruz qalaraq Xankəndindən qovulublar. Pedaqoji kollektiv Şuşa şəhərində müvəqqəti sığınacaq tapıb, daha sonra isə Gəncəyə köçürülüb. Bir müddət keçdikdən sonra isə SSRİ Nazirlər Sovetinin 14 oktyabr 1988-ci il tarixli qərarı ilə Azərbaycanın 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti dayandırılıb.

 

Erməni millətçiləri üçün Xankəndində qorxu və təhlükə yaradan yerlərdən biri də şəhərinin inzibati ərazisinin bir hissəsi olan Kərkicahan qəsəbəsi idi.

 

Kərkicahan qədim türk yaşayış məskəni olmasına baxmayaraq uzun onilliklər ərzində unudulub, Azərbaycan xəritəsindən silinmək təhlükəsi qarşısında qalıb.

 

Sovet hökuməti qurulmamışdan əvvəl Kərkicahan Şuşanın tərkibində olub. Sonradan ərazi yaxınlığına görə Xankəndi ərazisinin tabeçiliyinə keçirilib. Sovetlər dövründə kollektivləşmə başlayanda kəndin adamlarının var-dövləti hesabına kolxoz yaradılıb.

 

1905-1906, 1918-1920-ci illərdə ermənilərin törətdikləri qırğınlar Kərkicahandan da yan keçməyib. Həmin illərdə yerli sakinlər əl-ələ verərək kəndi qoruyub, ermənilərin məkrli və ikiüzlü əməlləri kərkicahanlılar tərəfindən ifşa olunub.

 

1961-ci ildə məkrli erməni siyasəti nəticəsində Kərkicahanda kolxoz ləğv edilib, təsərrüfat Xocalı meyvəçilik, bostançılıq və tərəvəzçilik sovxozunun nəzdində fəaliyyət göstərib. Eyni zamanda Kərkicahanın bütün torpaq sahələri alınıb və kənd  Xankəndi şəhərinin 26-cı məhəlləsinə çevrilib.

 

Kərkicahanın Qırxqız yaylağındakı geniş sahələri, Xocavənd rayonunun ərazisində qışlaq və əkin sahələri isə erməni kolxozlarının arasında bölüşdürülüb.

 

Kərkicahanda olan düzən sahə Stepanakert şəhər sovetinə verilib, həmin sahədə “Armenavan” adlı böyük yaşayış massivi salınıb.

 

Kərkicahan tarixi keçmişinə, mühüm bir strateji ərazidə yerləşməsinə görə həmişə ermənilərin narahatlığına səbəb olub.

 

Qəsəbə 1990-cı ilin aprel ayına qədər Stepanakert şəhərinin 26-cı məhəlləsi olduğuna görə on illərlə burada heç bir sosial və digər obyektlər tikilməyib. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 21 aprel 1990-cı il tarixli məlum fərmanı ilə Kərkicahan yaşayış massivi şəhər tipli qəsəbələr kateqoriyasına aid edildiyi və Stepanakert şəhər Sovetinin tərkibində Kərkicahan qəsəbə Soveti yaradıldığı gündən qəsəbənin çoxsaylı problemləri haqqında Azərbaycan hökumətinə müraciətlər olunub, digər azərbaycanlı yaşayış məntəqələri kimi Kərkicahan qəsəbəsinin də sosial-iqtisadi inkişafı üçün xüsusi proqram işlənib hazırlanıb. 1991-ci ilin oktyabr ayına qədər artıq bir çox sosial obyektlər tikilib istifadəyə verilib.

 

(ardı var)


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Namiq Quliyev Inqilab oğlu
11.01.2018, 16:12

İlham müəllim salam! İnqilab müəllimin oğluyam. Atamın adını qeyd etdiyinə görə təşəkkür edirəm. Qardaşın Hikmət müəllimlə hər il Şuşada pioner düşərgəsində olmuşam. Yazınızla məni Xankəndinin, Şuşanın gəzdiyim küçə və məhəllərinə aparıb gətirdiniz. Ömrünüz uzun olsun.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Qarabağ” səfərdə məğlub oldu - YENİLƏNİB
14.12.2018, 01:54

“Qarabağ” səfərdə məğlub oldu - YENİLƏNİB

Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaq
14.12.2018, 00:54

Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaq

“Maşın”nın 17-ci sürətində onlar mübarizə aparacaq
14.12.2018, 00:39

“Maşın”nın 17-ci sürətində onlar mübarizə aparacaq

Müğənnidən analara xəbərdarlıq - FOTO
14.12.2018, 00:09

Müğənnidən analara xəbərdarlıq - FOTO

“Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik”- Sergey Lavrov
13.12.2018, 23:53

“Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik”- Sergey Lavrov

İlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”
13.12.2018, 23:46

İlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”

Azərbaycan nefti bahalaşdı
13.12.2018, 23:23

Azərbaycan nefti bahalaşdı

 “Qarabağ” “Arsenal”a qarşı bu heyətlə oynayacaq
13.12.2018, 23:07

 “Qarabağ” “Arsenal”a qarşı bu heyətlə oynayacaq

Fransa hökumətinə etimadsızlıq
13.12.2018, 22:58

Fransa hökumətinə etimadsızlıq

Ermənistan məhkəməsi rusiyalı hərbçini həbs etdi
13.12.2018, 22:43

Ermənistan məhkəməsi rusiyalı hərbçini həbs etdi

FETÖ  Türkiyədəki maliyyə mənbələrini itirir
13.12.2018, 22:31

FETÖ  Türkiyədəki maliyyə mənbələrini itirir

Türkiyənin bu şəhəri su altında qala bilər
13.12.2018, 22:17

Türkiyənin bu şəhəri su altında qala bilər

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
13.12.2018, 22:03

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Bakıda 37 metrlik yolka qurulur
13.12.2018, 21:49

Bakıda 37 metrlik yolka qurulur

Macarıstanda qanun layihəsi müzakirəsi aranı qarışdırdı - VİDEO
13.12.2018, 21:28

Macarıstanda qanun layihəsi müzakirəsi aranı qarışdırdı - VİDEO

SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafat aldı - FOTO
13.12.2018, 21:14

SOCAR-ın vitse-prezidenti beynəlxalq mükafat aldı - FOTO

“Qazaxıstan Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verir” – Səfir
13.12.2018, 21:03

“Qazaxıstan Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verir” – Səfir

Bərdə sakini ürəyindən bıçaqlandı
13.12.2018, 20:49

Bərdə sakini ürəyindən bıçaqlandı

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 65,6 faiz artıb
13.12.2018, 20:33

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 65,6 faiz artıb

Bu yol bütün avtomobillər üçün bağlandı
13.12.2018, 20:23

Bu yol bütün avtomobillər üçün bağlandı

Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin edildi - TƏRCÜMEYİ-HAL
13.12.2018, 20:11

Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin edildi - TƏRCÜMEYİ-HAL

Gürcüstanda Marneulinin sabiq azərbaycanlı meri həbsdən buraxıldı  
13.12.2018, 20:10

Gürcüstanda Marneulinin sabiq azərbaycanlı meri həbsdən buraxıldı  

Müəllimlərin işə qəbulu ilə bağlı seminar keçirildi
13.12.2018, 20:02

Müəllimlərin işə qəbulu ilə bağlı seminar keçirildi

Gömrükçülər ölkəyə qanunsuz siqaret keçirənlərin qarşını aldı
13.12.2018, 19:51

Gömrükçülər ölkəyə qanunsuz siqaret keçirənlərin qarşını aldı

Zakir Həsənov Anjey Kaspşiklə müzakirə apardı
13.12.2018, 19:40

Zakir Həsənov Anjey Kaspşiklə müzakirə apardı

İlham Əliyev Gənclər Mərkəzinin açılışında - FOTOLAR -YENİLƏNİB
13.12.2018, 19:21

İlham Əliyev Gənclər Mərkəzinin açılışında - FOTOLAR -YENİLƏNİB

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
13.12.2018, 19:10

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Rumıniyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
13.12.2018, 18:56

Rumıniyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Xələf Xələfov nazir müavini vəzifəsindən azad edildi
13.12.2018, 18:51

Xələf Xələfov nazir müavini vəzifəsindən azad edildi

Tamerlan Qarayev İndoneziyadan geri çağrıldı, Litvaya səfir göndərildi - SƏRƏNCAM
13.12.2018, 18:32

Tamerlan Qarayev İndoneziyadan geri çağrıldı, Litvaya səfir göndərildi - SƏRƏNCAM

Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edildi
13.12.2018, 18:22

Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edildi

Rusiyda elektrik xəttində qəza oldu, Azərbaycan yardım etdi
13.12.2018, 18:18

Rusiyda elektrik xəttində qəza oldu, Azərbaycan yardım etdi

Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb
13.12.2018, 18:12

Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

ADU-nun xəlifə-rektoru venesuelalı diplomatla görüşdü
13.12.2018, 17:59

ADU-nun xəlifə-rektoru venesuelalı diplomatla görüşdü

Gənclər Fondu 237 tələbənin təhsil xərclərini qismən maliyyələşdirəcək
13.12.2018, 17:53

Gənclər Fondu 237 tələbənin təhsil xərclərini qismən maliyyələşdirəcək

Statistika Komitəsi əhalinin siyahıyaalınmasını müzakirə etdi   
13.12.2018, 17:46

Statistika Komitəsi əhalinin siyahıyaalınmasını müzakirə etdi  

Elmar Məmmədyarov moldovalı həmkarını qəbul etdi
13.12.2018, 17:39

Elmar Məmmədyarov moldovalı həmkarını qəbul etdi

Prezidentin mənzil verdiyi idmançıların SİYAHISI    
13.12.2018, 17:27

Prezidentin mənzil verdiyi idmançıların SİYAHISI  

Putin Rusiyanın prezidenti olmaq istəmədiyini etiraf edib
13.12.2018, 17:20

Putin Rusiyanın prezidenti olmaq istəmədiyini etiraf edib

Nazir müavini nümayəndə heyətini İtaliyaya aparıb
13.12.2018, 17:15

Nazir müavini nümayəndə heyətini İtaliyaya aparıb

Məktəblilər üçün inşa müsabiqəsi elan olundu
13.12.2018, 17:06

Məktəblilər üçün inşa müsabiqəsi elan olundu

Manat sabah bu MƏZƏNNƏDƏ olacaq
13.12.2018, 17:01

Manat sabah bu MƏZƏNNƏDƏ olacaq

Paşinyan Qarabağ separatçılarının lideri ilə görüşdü
13.12.2018, 16:55

Paşinyan Qarabağ separatçılarının lideri ilə görüşdü

Qazaxıstan və Belarus Ermənistana qarşı koalisiya yaratdı
13.12.2018, 16:52

Qazaxıstan və Belarus Ermənistana qarşı koalisiya yaratdı

XİN sabahkı beynəlxalq tədbirlə bağlı məlumat yaydı
13.12.2018, 16:28

XİN sabahkı beynəlxalq tədbirlə bağlı məlumat yaydı

İlham Əliyev idman sahəsində fərqlənənlərə fəxri adlar verdi - SİYAHI  
13.12.2018, 16:28

İlham Əliyev idman sahəsində fərqlənənlərə fəxri adlar verdi - SİYAHI  

Sumqayıtda yolu keçən piyadanı avtomobil vurub öldürdü
13.12.2018, 16:25

Sumqayıtda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Lavrov Bakıda Qarabağı müzakirə edəcək   
13.12.2018, 16:25

Lavrov Bakıda Qarabağı müzakirə edəcək  

Ağstafa “qış yarmarkası”na hazırlaşır
13.12.2018, 16:16

Ağstafa “qış yarmarkası”na hazırlaşır

Nazirlik neftlə çirklənmiş ərazilərə xarici şirkətləri cəlb edib
13.12.2018, 16:14

Nazirlik neftlə çirklənmiş ərazilərə xarici şirkətləri cəlb edib

ARXİV