Modern.az

Həm kompüter, həm telefon, həm də televizor

Həm kompüter, həm telefon, həm də televizor

5 İyul 2011, 14:27

Samsung-un  yeni  smart televizorları ilə həm seriala baxmaq, həm də Skype-da çatlaşmaq mümkündür

Eyni vaxtda həm televizora baxmaq, həm də Skype-da çatda oturmaq. Həm xəbərləri izləmək, həm də İnternetdə gəzişib istədiyin saytlara baxmaq. Həm seriallara baxmaq, həm də müxtəlif oyunlar oynayıb multimedia əyləncələrindən istifadə etmək. Bütün bunlara Samsung  Smart TV-lər imkan yaradır.

Bu gün Hyatt Regency otelində Azərbaycanda ilk dəfə olaraq jurnalistlər üçün smart televizorların təqdimatı keçirildi. Bu unikal məhsul haqqında Samsung-un Bakı nümayəndəliyinin rəhbəri Cey Hi Çan  məlumat verdi. Onun sözlərinə görə, şirkət mütəxəssisləri hələ 2007-ci ildə internetlə televiziyanı birləşdirən televizorlar istehsal etməyə başlayıb. Bir neçə il sonra isə Smart Hub inteqrasiya servisi əsaslı televizorlar yaradılıb. 2011-ci ilin martında satışa çıxarılmasına baxmayaraq, bu televizorların satış həcmi artıq  2 milyonu keçib.

Samsung Electronics şirkətinin MDB ölkələri üzrə təmsilçisi Dmitri Novikov isə televizorların texniki imkanları haqqında danışdı. Onun dediyinə görə, Smart Hub menyusu  televiziyaya baxmaqla yanaşı, internet saytlarını səhifələrini vərəqləmək, youtube və digər videohostinqlərdə videolar izləmək, musiqi dinləmək, Skype, Facebook, Twitterdə çatlaşmaq, televizorda foto və video faylları izləmək, həmçinin onların internet vasitəsilə paylaşmaq imkanı verir. Televizora əlavə kamera quraşdırmaqla  videoçatdan da istifadə etmək mümkündür.

Samsung telefonlarında olan applicationların hamısı bu televizora da daxil edilib. Belə ki, televizorda adi filmi 3D görüntülü filmə çevirmək, istənilən tərcümə xidmətlərini yerinə yetirmək mümkündür. Bu televizor xüsusi ultranazik saxlayıcı vasitəsilə divara bərkidilə bilir.

İstehlakçıları saxta mallardan qorumaq üçün Samsung mallarının arxasına yeni holoqram-stiker yapışdırılacaq. Aldıqların malın orijinallığına arxayın olmaq üçün müştərilərə Baku Electronicsə məxsus mağazalara müraciət etmələri məsləhət görülür.

Qiymətlərə gəlincə, “Baku Electronics”in marketinq departamentinin rəhbəri Anar Həkimzadə bildirdi ki, ölçülərindən və funksiyalarından asılı olaraq smart televizorlar müxtəlif qiymətədir. Bu ağıllı televizorları 450 manatdan başlayaraq, (hətta bəzi modelləri bundan da ucuz ola bilər) almaq olar. WEB brauzer tətbiq olunan Smart Hub televizorları isə  1200-1300 manatadır.





Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi