Modern.az

Partiya sədri sənədsiz evlərdən danışdı: «Prezidentin tapşırığı yerinə yetirilmir»

Partiya sədri sənədsiz evlərdən danışdı: «Prezidentin tapşırığı yerinə yetirilmir»

5 İyul 2011, 14:32

Tahir Abbaslı: «Milli Məclis Əmlak məsələləri Komitəsindən hesabat tələb etməlidir»

«Dövlət başçısının əhalinin mülkiyyətinin, xüsusilə də qanunsuz tikili hesab olunan evlərin qeydiyyata alınması ilə bağlı tapşırığı yerinə yetirilmir».

Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı deyib. Onun sözlərinə görə, tapşırıq veriləndən sonra bələdiyyələr, icra hakimiyyətlərinin nümayəndələri həmin evlərin siyahıya alınması ilə məşğul olsalar da, bu uzun çəkməyib:

«Bir-iki reyddən sonra işi dayandırdılar. Ona görə də hesab edirəm ki, dövlət başçısı bu məsələyə xüsusi diqqət göstərməlidir. Əks təqdirdə, korrupsiyaya qarşı mübarizənin bir elementi olan bu tapşırığın da görüntü xarakteri daşıdığı ortaya çıxmış olacaq».

AİDP sədri hesab edir ki, daha çox millət vəkillərini ilgiləndirəcək bu məsələ nədənsə onları narahat etmir: «Hələ bir millət vəkili bu barədə danışmayıb. Hesab edirəm ki, millət vəkilləri bu məsələ ilə bağlı müvafiq qurumlardan, xüsusilə də Əmlak Məsələləri Dövlət Komitəsindən hesabat tələb etməlidir».

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər