Modern.az

Bakıda 10 bahalı maşın eyni vaxtda yandı

Bakıda 10 bahalı maşın eyni vaxtda yandı

22 Noyabr 2009, 11:59

Bakı şəhərində görünməmiş yanğın hadisəsi baş verib. Noyabrın 22-də səhər saatlarında, təxminən 4:36 radələrində Binəqədi rayonu 8-ci mikrorayon, Azadlıq prospektinin 176-cı ünvanında binanın qarşısında saxlanılan 10 avtomobil yanıb. Maşınlardan birində baş vermiş yanğın yaxınlıqdakı avtomobillərə də keçib.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın mühafizə xidmətinə 1 saylı çağırış elan olunub. Hadisə yerinə 5 yanğınsöndürən maşın gedib.
ANS-in məlumatına görə, 5 maşın külə dönüb, 5 maşın isə yararsız hala düşüb. Qeyd edək ki, yanan avtomobillər arasında “Mercedes”, “Hyunday”, “Opel”, “Ford” və başqa markalı avtomobillər olub. Yanğının binaya keçməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbləri müəyyən edilməyib. Hadisə yerində FHN, prokurorluq və polis əməkdaşları araşdırma aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır