22 iyul 2018, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - Azərbaycanlı deputatlar Türkiyənin məşhur Liv Hospitalında: Burada xəstələr  ölmür - FOTOLAR
Azərbaycanlı deputatlar Türkiyənin məşhur Liv Hospitalında: Burada xəstələr  ölmür - FOTOLAR +
28.12.2017, 15:04

Dekabrın 24-28-i arasında  Mill Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun rəhbərliyi, Milli Məclisin deputatı Məlahət İbrahimqızının təşəbbüsü ilə bir qrup deputat İstanbula səfər edib. Nümayəndə heyətinə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, komitənin üzvləri Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva və Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı daxildir.
Səfərin məqsədi Türkiyənin məşhur İstinye Universiteti ilə tanışlıq, tibb sahəsində qanunvericiliyin daha yaxından öyrənilməsi, xüsusilə özəl sektorda tibbi sığortanın tədqiqi ilə bağlı mexanizmin öyrənilməsidir.

Azərbaycanda həkim olmaq istəyənlərə Türkiyədən müjdə: Yalnız attestatla qəbul...


Nümayəndə heyəti öncə universitetlə tanış olub. Qonaqları universitetin prorektoru, professor doktor Erdal Karaöz  qarşılayıb və universitet barədə  geniş məlumat verib:

“İstinye Universiteti "Liv Hospital”, “Medical Park " və "VM Medical Park" olmaqla özündə üç ayrı xəstəxana markasını birləşdirən “MLPCare Qrupu”nun 25 illik bilgisinin davamı olaraq 21-ci əsr Anadolu Vəqfi tərəfindən 2015-ci ildə yaradılıb. Universitetimiz dünyanın qabaqcıl texnoloji avadanlıqlarla təchiz olunub. Həmçinin, müxtəlif  ölkələrdən təhsil almaq üçün bura gələn tələbələrin sayı kifayət qədərdir.  İstinye Universiteti azərbaycanlı abituriyentlər üçün də xüsusi şans yaradıb. Belə ki, abituriyentlər imtanan vermədən, yalnız atestatla bura qəbul oluna bilərlər. Həmçinin, ayrı-ayrı universitetlərin biologiya fakültəsinin məzunlarının da burada təhsillərini davam etdirmək şansları var. Qeyd edim ki, universitetdə Türkiyənin ən məşhur professor-müəllim heyəti dərs keçir”.


Azərbaycanın nümayəndə heyəti universitetin ayrı-ayrı fakültələri, laboratoriyaları, qurğuları ilə tanış olub. Məlum olub ki, universitetdəki avadanlıqlar Türkiyənin  digər universitetləri ilə müqayisədə daha müasirdir. Buradakı tələbələrin müasir texnologiyadan istifadə etməsi onların ciddi təcrübələrə yiyələnməsi ilə nəticələnir.  

Universitetin prorektoru çıxışı zamanı bildirib ki, onlar bütün sahələrdə sözdə deyil, əməldə də Azərbaycan və Türkiyənin “bir millət iki dövlət” olduğunu təsdiq edirlər. O qeyd edib ki, universitetin qısa müddətli fəaliyyətinə baxmayaraq, hazırda orada 20-yə yaxın azərbaycanlı tələbə var:

“Biz azərbaycanlı  tələbələrə türk vətəndaşları kimi yanaşırıq. Ümumiyyətlə universitetdə bu baxımdan hər hansı ayrı-seçkilik yoxdur. Digər tərəfdən, biz hər zaman Azərbaycanla əməkdaşlıq etməyə hazırıq. Bu, yalnız tibbi sahəyə aid deyil, bütün sahələri əhatə edir. Biz Azərbaycan Tibb Universitetində, Bakı Dövlət Universitetində olmuşuq. Hazırda digər universitetlərlə də görüşlər nəzərdə tutulub. İstinye Universitetində tibbi mühəndislik adlı yeni fakültə də fəaliyyət göstərir və bu, müasir dünya üçün çox əhəmiyyətlidir”.

Görüş zamanı qeyd edilib ki,  universitetin Azərbaycan üzrə koordinatoru Sevinc Cəfərova xüsusi fəallığı ilə seçilir: “Həqiqətən də  Sevinc Cəfərova qısa müddət ərzində ciddi iş görüb. Buna görə də digər ölkələrlə müqayisədə Azərbaycanla bağlı irəliləyiş əldə olunub. Sevinc Cəfərova azərbaycanlıların burada endirimlə təhsil almaları, müalicə olunmaları istiqamətində fəallıq nümayiş etdirir”.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev universitetdəki müasir avadanlıqları, texnologiyanı yüksək qiymətləndirib. O bildirib ki, bu günə qədər demək olar ki, Türkiyənin əksər universitetləri ilə tanış olsa da, belə texnoloji avadanlıqların cəmləşdiyi universiteti ilk dəfə görür. Sədr müavini qeyd edib ki, Azərbaycanda xüsusilə tibb sahəsində təhsil alan tələbələrin universitetlə mübadilə aparması, burada biliklərinin təkmilləşdirməsi çox vacibdir.

Deputat Məlahət İbrahimqızı isə çıxışı zaman universitetdə Türkiyə-Azərbaycan qardaşlığının nümunəsini hiss etdiyini deyib. O, bunu  İstinye Universitetinin Azərbaycan universitetləri ilə sıx əməkdaşlığında, eyni zamanda  bir çox tələbələrin mübadilə prosesində  gördüyünü vurğulayıb.

Deputat Sədaqət Vəliyeva bu səfərdən məmnun olduğunu və qarşılıqlı səfərlərin hər iki ölkə üçün səmərəli olacağını qeyd edib.

Deputatlar universitet rəhbərliyini Azərbaycana dəvət ediblər.



Liv Hospitala dünyanın hər yerindən mütəxəssislər gəlir


Nümayəndə heyəti Liv Hospitalla da tanış olub, klinikanın müdürü Meri İstiroti və baş həkimi Adil Tankla görüşüblər.  Onlar Milli Məclisin Səhiyyə Komitəsinin üzvlərinə zaman ayırıb hospitala gəldikləri üçün təşəkkürlərini bildiriblər və hospital barədə məlumat veriblər.

Baş həkim Aydın Tank qeyd edib ki, hospital beş il fəaliyyət göstərməsinə baxmayaraq, çox ciddi nəticələr əldə edib və Türkiyə çapında ilk beşlikdədir:

“Liv Hospital beynəlxalq arenada sağlamlıq sahəsində lider olmaq məqsədi ilə ilk dəfə 2013-ci ilin yanvarında İstanbulda hər kəsə öz qapılarını açdı və həkim ixtisaslarına görə bütün sahələrdə xidmətlərini təqdim etdi. 2015-ci ilin yanvarında isə Liv Hospital ailəsi daha da genişləndi. Klinik mübadilə proqramı sayəsində qonşu ölkələrin həkimləri Liv-də təhsil ala bilərlər. Liv Hospital Klinik Mübadilə Proqramı sayəsində, dünyanın hər yerindən mütəxəssislər və həkimlərlə əməkdaşlıq edir, son tibbi müayinələrin öyrənilməsi və inkişaf etdirilməsinə kömək göstərir. Elə sahə var ki, bu birincilikdi. Texnolji üstünlük məsələsinə görə nəinki Türkiyədə, dünyada da öncül yerləri tutur”.

Universitet və hospitalın beynəlxalq şöbəsinin müdürü  Fatih Akpınar çıxışı zamanı  deyib ki, Türkiyənin ayrı-ayrı bölgələrində ümumi şəbəkədə 30 xəstəxana var və bunun 4-ü Liv Hospitaldır:

“Hospital 1100 yerlikdir və 5 il müddətində bura 124 ölkədən xəstə gəlib. Hospitalda 17 dildə danışan 40 nümayəndə var. Biz beynəlxalq şöbəyə ayrı-ayrı xalqların nümayəndələrindən əməkdaşlar götürmüşük. Məqsəd isə hospitala gələnlərin danışmaqda çətiklik yaşamamasıdır. Ümumiyyətlə, 5 il ərzində hospitala 65 min xarici xəstə müraciət edib.  Bu da il ərzində təxminən 15 min xəstə deməkdir. Xəstələr ən çox türkdilli ölkələrdən, Qafqaz ölkələrindən, Balkanlardan, ərəb ölkələrindən və  Avropadan gəlirlər.  Ümumiyyətlə, burada robot cərrahiyyəyə üstünlük verilir. Xüsusilə kök hüceyrə məsələsində xəstəxanamız və universitetimiz  ölkədə birinci sıradadır”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Liv Hospitalda gördüklərindən məmnun olduğunu vurğulayıb:


“Son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyədə də inkişaf müşahidə edilir. Azərbaycandakı xəstəxanalarda texnoloji üstünlüklər kifayət qədərdir və onlar müasir avadanlıqlarla təmin olunub. Azərbaycan səhiyyəsinin inkişafına prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət ayırdığını vurğulamaq lazımdır. Bu günə qədər Azərbaycana xeyli  əcnəbi həkimlər gəlir və bunların içərisində təbii ki, Türkiyə birincilik təşkil edir. Amma bəzən bu sahədə müəyyən problemlər ortaya çıxır. Böyük xəstəxanalar ya özünü axıra qədər doğrultmur  ya da hansısa xəstələrə verilən sözlərə bəzən əməl edilmir. Amma bu, bütün xəstəxanalara şamil olunmur. Çox istərdim ki, dünyada məşhur olan Liv Hospitalı bu kimi məsələlərdən tam uzaq olsun. Əslində buradakı texnoloji avadanlıqlar məsələlərin bu cür həll olunmasına imkan verir. Çünki hər hansı bir yanlışlıq həmin qurumun iflasına gətirib çıxara bilər”.

Əhliman Əmiraslanov həmçinin bildirib ki, indi xarici ölkələrə müraciət edən xəstələrin əksəriyyətini maliyyə məsələsi daha çox maraqlandırır. Bu baxımdan komitə sədri hospitalın qiymətləri ilə də maraqlanıb.  Ə.Əmiraslanov deyib ki, Liv Hospital Türkiyənin ən qabaqcıl xəstəxanalarından  olsa da, burada qiymətlər digər xəstəxanalarla müqayisədə aşağıdır.
 


Qarabağ qazilərinə və şəhid ailələrinə pulsuz xidmət ediləcək

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı çox maraqlı məsələyə toxunub. O, Azərbaycanın hazırda müharibə şəraitində olan ölkə olduğunu bildirərək təkliflə çıxış edib:

“Bizim müharibə zamanı sağlamlıqlarına ciddi ziyan dəymiş qazilərimiz və şəhid ailələrimiz var. Çox yaxşı olardı ki, Liv Hospitalda onlara ödənişsiz xidmət göstərilsin”.

 Hospitalın müdürü Meri İstiroti təklifi böyük hörmətlə qarşılayıb və söz verib ki, 2018-ci ildən bu məsələyə diqqət ayrılacaq:

“Liv Hospital Azərbaycanda müalicəsi çətin olan, eyni zamanda Qarabağ  qazisi, şəhid ailəsi üçün öz imkanlarını pulsuz açacaq. Biz azərbaycanlıları öz həmvətəndaşlarımız hesab edirik və bu məsələni nəzərdə saxlamaq borcumuzdur”.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev belə imkanlı və texnoloji, kadr cəhətdən tanınan universitetin Azərbaycanda ciddi şəkildə tanınmasına ehtiyac olduğunu bildirib:

“Hətta Azərbaycanın böyük  bölgələrindən olan həkimlər bura cəlb edilə bilər. Eyni zamanda,  hospitalın həkimləri də Azərbaycanın bölgələrinə gedib öz təcrübələrini paylaşa bilərlər. İstinye Universitetinin, həmçinin Liv Hospitalın təcrübə mübadiləsi Azərbaycan səhiyyəsində ciddi  irəliləyişlərə səbəb olacaq. Bunun üçün geri döndükdən sonra öz imkanlarım daxilində hər şey edəcəyəm. Həm universitet, həm də hospitalın ölkəmizdə tanınması üçün xüsusi plana ehtiyac var. Yəni həkimlərlə yanaşı, reklam və PR məsələsi xüsusi önəm kəsb edir”.


Onkoloji xəstəliklərin  müxtəlif üsullarla müalicəsi mümkündür

Nümayəndə heyətinin üzvləri ürək-damar cərrahı, professor  doktor Ahmed Özkara, kök hüceyrəsi üzrə professor doktor Erdal Karaöz, beyin cərrahı Mustafa Kemal Hamamcıoğlu ilə ayrı-ayrılıqda söhbət ediblər. Mütəxəssislərin hər biri öz sahələri ilə bağlı  hospitalda gördükləri işlərdən danışıblar. Onları dinləyən nümayəndə heyəti böyük məmnunluq hissi keçiriblər və qeyd ediblər ki, kök hüceyrə sahəsində Türkiyə dünyanın ən qabaqcıl ölkəsidir.

Xəstəxanadakı texnoloji üstünlüklər, kadrların hazırlığı və xəstəxanaya müraciət edənlərin əvvəlki və sonrakı durumunu müqayisə edən nümayəndə heyətinin üzvlərində belə bir təəssürat yaranıb ki, burada hər bir xəstəliyin, hətta çətin sayılan onkoloji xəstəliklərin  müxtəlif üsullarla müalicəsi mümkündür. Bildirilib ki, Liv Hospitalın mütəxəssisləri bədəndə əməliyyat olunan hissənin bərpası üçün regenerasiyanı yaradan hüceyrələri tapıb insan bədəninə vurmaq istəyirlər..

Qeyd edək ki, Liv Hospitalında məşhur həkimlər çalışır. Onların möcüzə doğuran əməliyyatları, insanlara necə həyat vermələri barədə növbəti yazılarımızda məlumat verəcəyik.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
22.07.2018, 14:10

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli
22.07.2018, 14:00

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli

Sabahın HAVASI küləkli və yağışlı olacaq
22.07.2018, 13:51

Sabahın HAVASI küləkli və yağışlı olacaq

Gürcüstan patriarxının halı pisləşib
22.07.2018, 13:43

Gürcüstan patriarxının halı pisləşib

Şamaxıda kütləvi dava - ağır yaralılar var
22.07.2018, 13:31

Şamaxıda kütləvi dava - ağır yaralılar var

Metrodan istifadə edənlərin sayı artıb
22.07.2018, 13:20

Metrodan istifadə edənlərin sayı artıb

İranda güclü ZƏLZƏLƏ
22.07.2018, 13:14

İranda güclü ZƏLZƏLƏ

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda
22.07.2018, 13:06

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR
22.07.2018, 13:03

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı
22.07.2018, 12:45

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı

Cəlilabadda dəhşət: 2 qardaş öldü
22.07.2018, 12:36

Cəlilabadda dəhşət: 2 qardaş öldü

Mətbuatın işıqlı başlanğıcı
22.07.2018, 12:15

Mətbuatın işıqlı başlanğıcı

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  
22.07.2018, 11:50

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI
22.07.2018, 11:34

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

38 yaşlı kişi özünü asdı - SALYANDA
22.07.2018, 11:20

38 yaşlı kişi özünü asdı - SALYANDA

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA
22.07.2018, 11:09

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi
22.07.2018, 10:58

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI
22.07.2018, 10:42

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 10:29

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Dənizdə batan 4 nəfər xilas edilib
22.07.2018, 10:21

Dənizdə batan 4 nəfər xilas edilib

"Instagram"da yenilik
22.07.2018, 10:16

"Instagram"da yenilik

FHN iki nəfəri xilas etdi
22.07.2018, 10:03

FHN iki nəfəri xilas etdi

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb
22.07.2018, 09:50

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb

22.07.2018, 09:45

"Azərbaycan Beynəlxalq Enerji Agentliyinin çox dəyərli tərəfdaşdır" - Fatih Birol

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi
22.07.2018, 09:30

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi

“Qarabağ”a yeni hücumçu transfer edildi
22.07.2018, 09:15

“Qarabağ”a yeni hücumçu transfer edildi

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN
22.07.2018, 09:00

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN

Yeniyetmə dərmandan zəhərlənib
22.07.2018, 00:58

Yeniyetmə dərmandan zəhərlənib

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 00:33

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb
22.07.2018, 00:21

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

143 yaşlı Azərbaycan mətbuatı
22.07.2018, 00:01

143 yaşlı Azərbaycan mətbuatı

Bakıda dənizdə batan 4 nəfər xilas edildi
21.07.2018, 23:48

Bakıda dənizdə batan 4 nəfər xilas edildi

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib
21.07.2018, 23:32

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB
21.07.2018, 23:16

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB

İstidən 13 nəfər öldü
21.07.2018, 22:59

İstidən 13 nəfər öldü

ARXİV