Modern.az

Havaların belə keçməsinin zərərini siz də bilin...

Havaların belə keçməsinin zərərini siz də bilin...

Təhsil

5 İyul 2011, 16:07

 “Yay aylarının belə küləkli keçməsi kənd təsərüfatında məhsuldarlığa mənfi təsir göstərməyə bilməz. Bu, əsasən taxıl və tərəvəz bitkilərinə, həmçinin meyvələrə ciddi ziyan vurur”.  Bunu Modern.az saytına “Ərzaq Təhlükəsizliyi Uğrunda” İctimai Birliyin sədri Zahid Abbasov deyib.

O,  bildirib ki, hazırda taxıl məhsullarının yığımının vaxtıdır: “Havaların bu cür isti və küləkli keçməsi öz mənfi təsirini göstərə bilər. Belə hava şəraiti eyni zamanda başqa bitkilərə də öz mənfi təsir göstərir. İsti küləkli havada torpaq quruyur, məhsulun suvarma suyuna ehtiyacı çoxaldır, suvarmanın effektini azaldır, həmçinin  bitkinin gövdəsinə  pis təsir göstərir və inkşafı zəiflədir. Belə hava şəraiti  əsasən taxıl, tərəvəz və meyvəyə bitkilərinə pis təsir göstərir. Havaların isti, küləkli keçməsi yem bitkilərindən başqa, digər bitkilərin hamısına - həm çox illik əkmələrə, həm də bir illik əkmələrə - əsasən də tərəvəz  və bostan bitkilərinə mənfi təsir göstərir”. 

 Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar