24 yanvar 2019, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Musa Yaqub: “Mən partiya şeirləri yazmamışam” - MÜSAHİBƏ
Musa Yaqub: “Mən partiya şeirləri yazmamışam” - MÜSAHİBƏ
29.12.2017, 08:46

“İnanın heç bir zaman sandıq şeirlərim olmayıb”

           
Azərbaycan ədəbiyyatında öz dəst-xəti olan, bədii-fəlsəfi şeirlər müəllifi, hər kəsin tanıdığı və yaradıcılığına sonsuz məhəbbət bəslədiyi şair Musa Yaqubun poeziya dünyası bitib-tükənməz incilərlə zəngindir.Musa Yaqub yaradıcılığının ədəbiyyatımızın zənginləşməsində özünəməxsus töhfələri var. Bədii təfəkkürün inkişafında Musa Yaqubun şeirləri oxucuya bədii-fəlsəfi dünyanın dərkində köməkçi olur. Hər oxucunun ürəyi ilə yazan şair könüllərdən-könüllərə köçərək, ədəbiyyat tarixində silinməz izlər buraxır.

           
Bu gün şairlə eyni bir zamanda yaşamaq sadəcə qürurvericidir. Uca Allahın bizə verdiyi bu fürsətdən istifadə edərək, Musa Yaqubun qonağı olduq və şairin yaradıcılığı ilə daha yaxından tanış olmağa çalışdıq. Onunla söhbət əsnasında bir daha şairliyin vergi olduğunu anladıq. Onun hər sözü, baxışı və hərəkəti bir şeir idi. Həqiqətən yaddaqalan söhbətimiz oldu.

Beləliklə, Musa Yaubla söhbət Modern.az-ın oxucularına təqdim edirik: 


- Musa müəllim, istərdik öncə ədəbiyyata gəlişinizi yada salasınız. Həmçinin İsmayıllı və ətraf rayonlarda formalaşan ədəbi mühit haqqında danışardınız.


- Ümumiyyətlə, atam və anam oxumayıblar. Onlar savadsız insanlar olublar. Həqiqətən maraqlıdır: mən ədəbiyyata nədən həvəslənmişəm? Sizə deyim ki, atam və anam18-ə yaxın dastan və şeiri əzbər bilirdilər. Onlar aşıqları da çox sevirdilər. Vaxtilə bizim kişilər “aşıq-aşıq” oyunu oynayardılar. Bizim vaxtımızda çox maraqlı oyunlar vardı. İnsanlar bütün toylara aşıqlar gətirirdilər. Onlar həm əylənirdilər, həm də aşıqlardan öyrənirdilər. Bir dəfə Aşıq Şamil və Əli Kərimovu kəndimizə gətirmişdilər. Balaca klubda oturmağa yer yox idi. Bizi rəfdə oturtdular. Aşıq Şamil dastan danışdıqdan sonra fasilə verdi. Dastanı yenidən danışmağa başlayanda birdən dedi: “Kim deyər, dastan harda qalmışdı?”. Adətən aşıqlar arsında bu cür dəb vardı. Həmin an mən dastanın harda qaldığını dedim. Bu zaman atam mənə diqqətlə baxdı və pul verdi. Demə adət belə imiş. Sizə danışdığım əhvalat təxminən 1945-1946-cı illərin söhbətidir. Mənim o zaman 8-9 yaşım olardı. Yəni həmişə şeirlə, dastanla, aşıqla böyümüşük. Bunlar həmin dövr üçün bizim ən böyük məktəbimiz olub. Bunu birinci ədəbi aləm adlandırmaq olar.

           
Sonralar ədəbiyyatı çox sevməyə başladım. Biz ibtidai təhsil aldıqdan sonra yeddiillik məktəbdə  oxumağa başladıq.Buynuz kəndindən Topçu kəndinə yeddiillik məktəb oxumaq üçün hər səhər 6 km məsafə qət edirdik.. Bir neçə aydan sonra mən məktəbdə əlaçı oldum. Birdəfə məktəbimizdə Sabir adlı bir oğlan Stalinə şeir yazmışdı. Bu məni çox heyrətləndirdi. Öz-özümə dedim: “Şeir yazmaq nə cürdür?, Şeir necə yazılır?”. Sabir şeirini oxuyarkən özümü çox mənasız saydım. Çünki mən əlaçıyamsa, “niyə məndə şeir yaza bilməyim”,-deyə düşündüm. Bu əlbəttə uşaqlıq hissləri idi. Evə gəldikdən sonra bir xeyli düşündüm. Başladım məndə şeir yazmağa. Şeirlərimi Koroğluya, Moskvaya həsr edirdim. Yavaş-yavaş şeirlər yazaraq, onları oxutdururdum. İlk şeir yazmağım belə olub. Ancaq şair Sabir nədənsə sonralar şeir yazmadı.


Mən sonralar Göyçay Pedaqoji Məktəbinə getdim.Bizim məktəbə APİ-dən tez-tez qonaqlar gəlirdi. Bir dəfə qonaqlar arasında Cənizadə adlı bir nəfərdə vardı. O, Səməd Vurğunun “Şair nə tez qocaldın sən..” şeirini oxudu. Bu şeiri hələ eşitməmişdim. Ümumiyyətlə, Səməd Vurğunu mən çox sevmişəm. Hər dəfə gələn qonaqlarla da ünsiyyət qururdum.

           
Daha sonralar “Bülbül”, “Ana və Vətən”, “Ana” və s. Adda şeirlər yazmağa baladım. Rayonda çoxlu tədbirlər keçirilirdi. Tədbirlərdə çox zaman mən çıxış edirdim. Beləcə Göyçaydaməşhurlaşdım.Hətta Göyçayda ilk məhəbbətə belə tutuldum. Ona şeirlər həsr etdim. Amma bu məhəbbət baş tutmadı. Adını isə demək istəmirəm.

           
Məktəbi bitirdikən sonra Tircan kəndində müəllim işlədim. Orada bir poema yazmağı fikirləşdim. Bu poemam “İki qəlb, iki dünya” adlanırdı və yazaraq Məmməd Rahimə göndərdim. Poemam 1959-cu ildə “Azərbaycan gəncləri” qəzetində dörd nüsxə ardıcılçap olundu. Poema çap olunandan sonra çoxlu məktublar aldım.

           
Ədəbi mühitimizdə yazan insanlar olub. Belə insanlardan biri də Sərxan Bəbirovidi. Nədənsə sonralar o da yaradıcılığını davam etdirmədi. BabaVəziroğluda çox gözəl şeirlər yazırdı. Müxtəlif insanlar yaradıcılığa maraq göstərirdilər. İsmayıllı rayonun “Zəhmətkeş” qəzetinin nəzdində dərnəyimiz vardı. Dərnəyə mən rəhbərlik ediridim. Dərnəyin adı “Dağ çiçəkləri” adlanırdı. Burada bəyənilən şeirlər rayon qəzetində çap olunurdu. Oradan bir çox qələm insanları yetişdi. Adlarını da çəkə bilərəm – Məmməd Mirzə, Baba Vəziroğlu, Maarif Soltan və başqaları. Bakıya köçənə kimi dərnəyimiz fəaliyyət göstərdi. Hətta dərnəyimizə qonşu rayonlardan gələnlərdə vardı. 

           
Mən televiziyalarda çıxış edirdim. Kanallar məni tez-tez çağırırdı. Buna görə də tanınmağım daha da sürətləndi. Hətta rayonumuza qonaqlar gələndə məni çağırırdılar. Onlarla ünsiyyət qururdum və bir çoxu məni artıq tanıyırdı.

           

- Müasir Azərbaycan ədəbiyyatını necə şərh edərdiniz? Bugünkü ədəbiyyatımızla sovetlər dönəmindəki ədəbiyyatımız arasında fərqlər var?

           
- Bugünkü ədəbiyyatımızın inkişafı elədə ürəkaçan deyil. Sovetlər dövründə ideologiyaya dövlət tərəfindən xüsusi xətt verilirdi. Ədəbiyyatda ideoloji işə mənsub idi. O dövrlərdə görüşlər, tədbirlər çox yaxşı keçirilirdi. Senzura var idi. Buna görə də hər əsəri çap eləmək asan deyildi. Əsər senzuradan keçməli idi. Bir şeyi də deyim ki, mən partiya şeirləri yazmamışam. Ana, vətən, torpaq mövzusunda şeirlər yazmışam ki, bunlarda partiya siyasətini təmin edirdi. Mənə heç kəsdə demiyib ki, kimdənsə yaz. Vaxtı ilə sandıq şeirləri dəbdə idi. İnanın heç bir zaman sandıq şeirlərim olmayıb. Sovetlər dövründə senzora görə, dövlət nəzarəti daha çox idi. Amma indi senzor götürülüb. Artıq bir çox nəşriyyat fəaliyyət göstərir və saysız kitablar çap olunur. Bu gün yaxşı əsərlə pis əsəri tapıb bir-birindən fərqləndirmək çox çətinləşib. Bu gün Mədəniyyət Nazirliyi kitabları televizorlarda reklam eləsə, daha yaxşı olar. Bunu biz ədəbiyyatçılar xahiş edirik. Həm də oxucu bilər ki, hansı kitabı oxumaq lazımdır.

           
- Aşıq yaradıcılığından kimləri oxumusunuz? Hansı aşıqların yaradıcılığı sizə təsir göstərib?

           
- Məsələn, mən Aşıq Ələsgəri çox sevirəm. Buraya Aşıq Əmrahıda əlavə edə bilərəm. Ümumiyyətlə, yaradıcı aşıqları çox sevmişəm. Vaxtilə Aşıq Şamilə şeir də həsr etmişəm. Aşıq sənəti xalqın taleyindən ayrılmaz bir sənətdir.

           
- Bir müddət əvvəl Aşıq Ədalət haqq dünyasına qovuşdu. Onun ifalarına qulaq asırdınızmı?

           
- Dədə Ədalətin ifalarına çox qulaq asmışam. Sağlığında oda məni tanıyırdı. Mən onu, oda məni sevirdi. Aşıq Cavan, Aşıq Əsədi də görmüşəm və maraqlı söhbətlərimiz olub.

           
- Musa müəllim, yaradıcılığınızda satirik şeirlər də varmı? Buna nə qədər yer vermisiniz?


- Əlbəttə, satirik şeirlərim də var. Yaradıcılığımda az sahə tutsada, bunları əsl sandıq şeirləri adlandırıram. “Müəllim babalar”, “Şortik” və s. satirik şeirlərim var.

           
- Tovuz ədəbi mühitindən şair və ya aşıq dostlarınız varmı? Kimləri xatırlayırsınız?

           
- Aşıq Şəmsəd Rza Tovuzdan olan ilk tanışım və dostum olub. Onunla aramız çox yaxşı idi. Təəssüflər olsun ki, deputat olandan sonra ona diqqət edə bilmədim. Vaxt məhdudiyyətimbuna imkan vermədi. Həmişə də bunun xəcalətini çəkmişəm. Bununla yanaşı, Aşıq İmran, Aşıq Əkbər, Aşıq Azaflı Mikayıl, Məmməd İsmayılla və bir sıra şair və aşıqlarla yaxşı münasibətim olub. Həmçinin Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin oğlu Çingiz Ələkbərzadə ilə çox yaxın olmuşuq. Onun anası tovuzlu idi və onlara çox gedib-gəlirdik. Məmməd İsmayılın evində olmuşam. Məmməd İsmayıl dostumdur. Ona “Salam” adlı şeir yazmışam. Sonra mənə cavab şeiri də yazmışdı.

           
- Musa müəllim, yaşadığınız ömürdən razısınız? Bu ömürə heyfsilənmirsiniz ki?

           
- Bəli, razıyam. Həyatımın heyfini keçən günlər kimi yaşayıram. Yəni, keçib getdi. Sizə deyim ki, mən çətin günlər yaşamışam. Aclıq nə olduğunu yaxşı bilirəm. Kolxozda işləmişəm, çarıq geyinmişəm. Belə ağır, zülümlü günlər görmüşəm. Amma inamımız böyük idi. Buna görə də hər şeyə dözdüm. Hər şeyə güvənirdim.

           
- Sonda oxuculara sözünüz nədir?

           
- Oxuculara sözüm budur ki, yaxşı oxucu olsunlar. Çox yüksək intellektual səviyyəli şeirləri sevsinlər. İndi yaxşı və pis bir-birinə çox qarışıb. Bunlara çox vaxt sərf etməsinlər. Vaxtında oxusunlar. Sonra vaxt olmayacaq. İndiki uşaqlar oxumurlar. Mən uşaq yaşlarımda çoxlu kitab oxumuşam. Kitab oxumaq tamam başqadır. Adət-ənənələrimiz var. Sevgi məktubları indi yoxdur. Sevgi məktubları insana əziz və doğmadır. Bir sözlə, oxucuları kitab oxumağa qayıtmağasəsləyirəm.

 

Söhbəti qələmə aldı: Mahmud Əyyub


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hadi Rəcəbli: “Deputatların gördüyü müsbət işlər yaddan çıxır”
24.01.2019, 12:09

Hadi Rəcəbli: “Deputatların gördüyü müsbət işlər yaddan çıxır”

Deputatlar nazirliyi İTTİHAM ETDİLƏR
24.01.2019, 12:00

Deputatlar nazirliyi İTTİHAM ETDİLƏR

Qida Təhlükəsizliyi Agentliyi Türkiyəyə soğan satanlara müraciət etdi
24.01.2019, 11:53

Qida Təhlükəsizliyi Agentliyi Türkiyəyə soğan satanlara müraciət etdi

Azərbaycanda tələbələrin köçürülməsi başlanır
24.01.2019, 11:53

Azərbaycanda tələbələrin köçürülməsi başlanır

Hadi Rəcəbli bəzi jurnalistləri QINADI: “Çox təəssüf”
24.01.2019, 11:41

Hadi Rəcəbli bəzi jurnalistləri QINADI: “Çox təəssüf”

Milli Məclis Azay Quliyevin hazırladığı sənədləri dəyərləndirdi   
24.01.2019, 11:36

Milli Məclis Azay Quliyevin hazırladığı sənədləri dəyərləndirdi  

Villası müsadirə olunan deputat telefonları qapadıb   
24.01.2019, 11:30

Villası müsadirə olunan deputat telefonları qapadıb  

Bakıda itkin düşən şəxs tapıldı
24.01.2019, 11:24

Bakıda itkin düşən şəxs tapıldı

“Azərbaycan intibah dövrünü yaşayır” – Hadi Rəcəbli
24.01.2019, 11:15

“Azərbaycan intibah dövrünü yaşayır” – Hadi Rəcəbli

Amerikalı konqresmenlərin azərbaycanlı dostu - Cavid Hüseynov kimdir?   
24.01.2019, 11:11

Amerikalı konqresmenlərin azərbaycanlı dostu - Cavid Hüseynov kimdir?  

Qənirə Paşayeva Avropa təşkilatlarını ittiham etdi
24.01.2019, 11:09

Qənirə Paşayeva Avropa təşkilatlarını ittiham etdi

Kamal Abdullanın “Sehrbazlar dərəsi” ikinci dəfə nəşr olunub
24.01.2019, 11:04

Kamal Abdullanın “Sehrbazlar dərəsi” ikinci dəfə nəşr olunub

Ağcabədidə dəhşətli QƏTL - Polis açıqlama yaydı
24.01.2019, 11:02

Ağcabədidə dəhşətli QƏTL - Polis açıqlama yaydı

Azərbaycanlı deputat AŞPA-da əlillərlə bağlı çağırış etdi
24.01.2019, 11:00

Azərbaycanlı deputat AŞPA-da əlillərlə bağlı çağırış etdi

Prezident Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında 
24.01.2019, 10:51

Prezident Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında 

MİDA sabah 174 güzəştli mənzili satışa çıxarır - Müraciət edənlərin 98 faizi ala bilməyəcək
24.01.2019, 10:50

MİDA sabah 174 güzəştli mənzili satışa çıxarır - Müraciət edənlərin 98 faizi ala bilməyəcək

Gəncədə külli miqdarda narkotik dövriyyədən çıxarıldı
24.01.2019, 10:44

Gəncədə külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Bakı Ali Neft Məktəbində “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim
24.01.2019, 10:39

Bakı Ali Neft Məktəbində “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim

““Nəsimi ili” humanizm ideyalarının yaşadılmasına bir çağırışdır”
24.01.2019, 10:35

“Nəsimi ili” humanizm ideyalarının yaşadılmasına bir çağırışdır

İsrail postsovet ölkələrinin diplomlarını tanımayacaq
24.01.2019, 10:31

İsrail postsovet ölkələrinin diplomlarını tanımayacaq

Venesuelada ikihakimiyyətlilik davam edir – Ölənlərin sayı artır
24.01.2019, 10:14

Venesuelada ikihakimiyyətlilik davam edir – Ölənlərin sayı artır

Tramp NATO ölkələrini 100 milyard dollar xərcə salıb
24.01.2019, 10:02

Tramp NATO ölkələrini 100 milyard dollar xərcə salıb

Türkiyədə axtarışda olan azərbaycanlılar saxlanıldı - Rusiyaya verildi
24.01.2019, 09:53

Türkiyədə axtarışda olan azərbaycanlılar saxlanıldı - Rusiyaya verildi

Ötən gün Azərbaycan yollarında 2 nəfər öldü
24.01.2019, 09:45

Ötən gün Azərbaycan yollarında 2 nəfər öldü

“Tufan” xidməti-döyüş fəaliyyətinə baş­ladı - FOTO
24.01.2019, 09:40

“Tufan” xidməti-döyüş fəaliyyətinə baş­ladı - FOTO

Ərdoğan Maduronu dəstəklədi: “Yanındayıq!”  
24.01.2019, 09:32

Ərdoğan Maduronu dəstəklədi: “Yanındayıq!”  

Müdafiə Nazirliyi Qarabağ cəbhəsindəki təxribatla bağlı məlumat yaydı
24.01.2019, 09:19

Müdafiə Nazirliyi Qarabağ cəbhəsindəki təxribatla bağlı məlumat yaydı

Putin Venesueladakı çevrilişi dəstəkləmədi
24.01.2019, 09:19

Putin Venesueladakı çevrilişi dəstəkləmədi

Rusiya əhalisi son 10 ildə ilk dəfə azalıb - STATİSTİKA
24.01.2019, 09:06

Rusiya əhalisi son 10 ildə ilk dəfə azalıb - STATİSTİKA

2019-cu ilin trendləri - Bu işlərdən daha çox pul qazana biləcəksiniz   
24.01.2019, 08:43

2019-cu ilin trendləri - Bu işlərdən daha çox pul qazana biləcəksiniz  

İsveçə köçmüş jurnalist: “Ölkəni tərk etmişəm deyə, İsa Qəmbərə münasibətim dəyişməyəcək ki!” - MÜSAHİBƏ
24.01.2019, 08:29

İsveçə köçmüş jurnalist: “Ölkəni tərk etmişəm deyə, İsa Qəmbərə münasibətim dəyişməyəcək ki!” - MÜSAHİBƏ

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
24.01.2019, 08:13

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

AŞPA media xidmətinə dair qətnamə qəbul etdi
24.01.2019, 00:56

AŞPA media xidmətinə dair qətnamə qəbul etdi

Putin Ərdoğanla belə vidalaşdı
24.01.2019, 00:41

Putin Ərdoğanla belə vidalaşdı

Ali Məhkəmənin sabiq sədri həbs edildi
24.01.2019, 00:24

Ali Məhkəmənin sabiq sədri həbs edildi

İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
24.01.2019, 00:14

İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb

Paşinyan İlham Əliyevlə görüşün detallarını açıqladı
23.01.2019, 23:56

Paşinyan İlham Əliyevlə görüşün detallarını açıqladı

Azərbaycan nefti ucuzlaşdı
23.01.2019, 23:41

Azərbaycan nefti ucuzlaşdı

Ağstafada qayınata kürəkən tərəfindən bıçaqlandı
23.01.2019, 23:27

Ağstafada qayınata kürəkən tərəfindən bıçaqlandı

İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı
23.01.2019, 23:11

İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı

Bakıda 13 yaşlı uşaq Əlillərin Bərpa Mərkəzindən itkin düşdü
23.01.2019, 22:54

Bakıda 13 yaşlı uşaq Əlillərin Bərpa Mərkəzindən itkin düşdü

Venesuelada hakimiyyət çevirilişi: ABŞ müxalifət liderini qanuni prezident kimi tanıdı 
23.01.2019, 22:43

Venesuelada hakimiyyət çevirilişi: ABŞ müxalifət liderini qanuni prezident kimi tanıdı 

İlham Əliyev İsveçrə Prezidenti ilə görüşdü - YENİLƏNİB
23.01.2019, 22:30

İlham Əliyev İsveçrə Prezidenti ilə görüşdü - YENİLƏNİB

Deputatın oğlu xizək qəzasında öldü - FACİƏ
23.01.2019, 22:13

Deputatın oğlu xizək qəzasında öldü - FACİƏ

Məhəmməd Salah sosial şəbəkə hesablarını bağladı
23.01.2019, 21:59

Məhəmməd Salah sosial şəbəkə hesablarını bağladı

“Hökumətlər süni intellektin bütün risk və təhdidlərini araşdırmalıdır” – Azərbaycanlı deputat
23.01.2019, 21:47

“Hökumətlər süni intellektin bütün risk və təhdidlərini araşdırmalıdır” – Azərbaycanlı deputat

“Qarabağ” yenə heç-heçəyə razılaşdı
23.01.2019, 21:31

“Qarabağ” yenə heç-heçəyə razılaşdı

Azərbaycanlı deputat AŞPA-da internet idarəçiliyindən danışdı
23.01.2019, 21:18

Azərbaycanlı deputat AŞPA-da internet idarəçiliyindən danışdı

Dövlət orqanlarına verilən QHT layihələri ilə bağlı qiymətləndirmə aparılacaq
23.01.2019, 21:05

Dövlət orqanlarına verilən QHT layihələri ilə bağlı qiymətləndirmə aparılacaq

"Gazprom" Azərbaycanda nümayəndəlik açdı
23.01.2019, 20:51

"Gazprom" Azərbaycanda nümayəndəlik açdı

ARXİV