23 sentyabr 2018, Bazar
Ana Səhifə - TƏHSİL - Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...
Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...
29.12.2017, 12:14

2017-ci ilin başa çatmasına 2 gün qalır. Artıq bəzi ali məktəblərdə qış imtahanlarına start  verilib. Bəziləri isə 2018-ci ilin yanvarından etibarən imtahanlara başlayacaqlar.

Bəs tələbələrin qış imtahan sessiyasına universitet rəhbərliyi necə hazırlaşıb?

Tələbələr qarşısında hansı tələblər qoyulub?

İmtahanların şəffaf keçirilməsi üçün hansı addımlar atılıb?


Modern.az saytı bir neçə universitetlə əlaqə saxlayaraq, qış imtahan sessiyasına hazırlığın vəziyyətini xəbər alıb.


Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova
deyir ki, imtahanlarda obyektivliyin qorunması həmişə olduğu kimi, bu dəfə də təmin olunub.

“Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2017/2018-ci tədris ilində universitetin bakalavriat və magistratura səviyyələri üzrə qış imtahan sessiyasının keçirilməsi məqsədi ilə əmr verib. Yanvarın 4-dən 31-dək keçiriləcək imtahanlar bir qayda olaraq yazılı formada aparılacaq, zərurət yarandığı hallarda bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında olacaq. Fakültə dekanlarına və kafedra müdirlərinə tapşırılıb ki, bütün tədris qruplarında fərdi qaydada görüş keçirsinlər, tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar. Semestr ərzində seminar və laboratoriya dərslərində, kollokviumlarda tələbələrin bilik səviyyəsinin fənn müəllimləri tərəfindən düzgün qiymətləndirilməsinə ciddi nəzarət etməklə obyektivliyi təmin etsinlər. Sessiyanın gedişinə operativ nəzarət etmək, yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində «Qaynar xətt» yaradılıb. Bu məqsədlə universitetin bütün tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılacaq. Qərargahın sədrinə tapşırılıb ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin. Onu da qeyd edək ki, imtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva bildirib ki, imtahanlara nəzarət etmək üçün bir qrup işçi formalaşıb.

“Azərbaycan Memarlıq və İnşaat Universitetində, o cümlədən İnşaat kollecində tələbələrimiz qış imtahan sessiyasına hazırlaşır, son kollokviumlarkeçirilir. Dekabrın 25-dək bu proses yekunlaşmalıdır, tələbələrin həm aylıq balları, həm də sərbəst işlərdən, laboratoriya işlərindən aldıqları ballar elektron jurnala yazılır. Dekabrın 26-dan tələbələr şəxsi kabinetlərinə girib imtahana giriş balları ilə tanış ola bilirlər. Eyni zamanda hansı tələbələrin qayıb limitini keçdiyi üçün avtomatik olaraq imtahana buraxılmadığı da bilinir.

Bütün fənlərdən imtahan sualları dekabrın birinci on günlüyündən tələbələrə verilib. Artıq onlar suallar üzərində hazırlaşaraq şəxsi kabinetlərindən daxil olub sınaq imtahanlarında iştirak edib, imtahanda yığacaqları balları təxmini də olsa, müəyyənləşdirə bilirlər.

Bizim universitetdə imtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə uyğun yazılı, test üsulu ilə və qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada keçirilir.Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup artıq formalaşdırılıb”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli deyir ki, imtahanları bu dəfə də media əməkdaşları izləyə biləcək.

“İmatahana hazırlıq prosesi Təhsil Nazirliyinin akademik təlimatlarına uyğun olaraq aparılır. İmtahan sessiyası dekabrın 29-da başlayacaq və fevralın 5-dək davam edəcək. Azərbaycan Dillər Universitetində imtahanlar açıq keçirilir. İmtahan prosesinə valideynlər və media əməkdaşları da dəvət olunur və onlar prosesi sona qədər izləyə bilirlər”.

Azərbaycan Dövlət  Neft və Sənaye  Universitetinin mətbuat katibi Bəhruz Nəzərov qeyd edib ki, tələbələrin imtahan zamanı mobil vasitələrdən istifadəsi qadağan olunub.

“Azərbaycan Dövlət  Neft və Sənaye  Universitetində qış imtahan sessiyasına hazırlıq gedir. Bununla bağlı qərar qəbul olunub. Dekabrın 17-də qərar qəbul olunub və dekabrın 22-dən etibarən imtahanlara start verilib. Tələbələrin imtahanlarda sərbəst şəkildə öz biliklərini nümayiş etdirməsi üçün münbit şərait yaradılıb. İmtahanlar yazılı və yazılı-şifahi formada həyata keçirilir. Tələbələrin imtahanların şəffaflığının təmin olunması üçün geniş şərait yaradılıb. Tələbələrin imtahanda iştirakı zamanı üzərlərində hər hansı mobil cihazdan istifadə etməsi qadağan olunub”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Ələqələr şöbəsindən verilən məlumata görə, rəhbərlik 2017/18-сi tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyətini müzakirə edib.

“UNEC-in rektorunun sədrliyi ilə keçirilən toplantıda aidiyyatı struktur bölmələrin rəhbərləri və UNEC İctimai Nəzarət Şurasının sədri, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev iştirak edib.

Rektor, professor Ədalət Muradov tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyinə diqqət çəkərək, bu il də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarətin UNEC İctimai Nəzarət Şurasına həvalə edildiyini bildirib.

Şura üzvləri təhsil sahəsində fəaliyyət göstərən hər hansı QHT-nin iqtisadyönümlü ixtisas fənləri üzrə yazılı keçirilən imatahanlar ilə əlaqədar anonim sorğu keçirilməsini təşkil edəcəklər. Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan Şura üzvləri “Açıq qapı”lar keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyəcəklər. Eyni zamanda, sessiyanın yekunlarına dair müzakirələri də onlar aparacaqlar.

Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə imtahan komissiyası yaradılacaq. Komissiya sessiya müddətində yaranan problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda yol verilən nöqsanların aradan qaldırılması sahəsində zəruri tədbirlər görəcək. Tələbələrin sorğuları operativ olaraq “UNEC imtahan” Facebook səhifəsi ilə də cavablandırılacaq.

Sessiya dövründə tələbə və valideynlərin imtahanların gedişi ilə bağlı suallarını rektora da ünvanlamaq imkanları olacaq. Belə ki, UNEC-in rektoru yanvarın 12-də Radio UNEC-in canlı efirində qonaq olacaq.

Sessiya dövründə 146-1-3 “Qaynar xətt” xidməti ilə yanaşı, bütün tədris binalarında imtahan qərargahları da fəaliyyət göstərəcək. Tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar ayrılacaq və oxu zallarının iş saatı uzadılacaq”.

Bakı Mühəndislər Universitetinin mətbuat katibi Rəcəb Rza tələbələrin qış sessiyasına ciddi hazırlşadıqlarını söyləyib.

“Bakı Mühəndislər Universitetində tələbələrə hər cür şərait yaradılıb. İmtahanların həmişə olduğu kimi şəffaf keçirilməsi təmin olunur. Hər hansı mobil cihazla imtahana girmək qadağandır”.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
UEFA Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO
23.09.2018, 21:23

UEFA Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

Hökumət 4 min saytı blokladı
23.09.2018, 21:08

Hökumət 4 min saytı blokladı

Növbəti komanda-qərargah təlimi başa çatıb
23.09.2018, 20:57

Növbəti komanda-qərargah təlimi başa çatıb

Azərbaycan “OPEC”in iclasında təmsil olunub
23.09.2018, 20:46

Azərbaycan “OPEC”in iclasında təmsil olunub

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO   
23.09.2018, 20:32

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO  

Avropada müsəlmanlarla bağlı yeni qərar
23.09.2018, 20:15

Avropada müsəlmanlarla bağlı yeni qərar

Azərbaycanda yeni tipli gəmilər hazırlanır
23.09.2018, 20:01

Azərbaycanda yeni tipli gəmilər hazırlanır

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018, 17:59

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”
23.09.2018, 17:51

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”
23.09.2018, 17:45

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”

İqtisadçı: “Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”
23.09.2018, 17:16

İqtisadçı: “Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO
23.09.2018, 16:10

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb
23.09.2018, 16:02

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb

Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018, 14:58

Bakıda daha bir yol çökdü - FOTO

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək
23.09.2018, 14:37

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı hərəkətə keçdi
23.09.2018, 14:17

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı hərəkətə keçdi

“Azərsu”nun əməkdaşları subasma ərazilərinə səfərbər edilib
23.09.2018, 13:59

“Azərsu”nun əməkdaşları subasma ərazilərinə səfərbər edilib

Yağış suyu avtobuslara doldu-“7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO
23.09.2018, 13:19

Yağış suyu avtobuslara doldu-“7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ
23.09.2018, 13:04

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ

Yağan yağış normadan artıqdır - RƏSMİ
23.09.2018, 12:51

Yağan yağış normadan artıqdır - RƏSMİ

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO
23.09.2018, 12:41

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO

Bakını su basdı, rəsmilər  “Bunu normal qarşılayın” deyir...
23.09.2018, 12:28

Bakını su basdı, rəsmilər  “Bunu normal qarşılayın” deyir...

Güclü yağış işıqları da söndürdü
23.09.2018, 12:18

Güclü yağış işıqları da söndürdü

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ
23.09.2018, 12:01

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ
23.09.2018, 11:40

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi endirildi
23.09.2018, 11:35

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi endirildi

Bulvarda kişi meyiti tapıldı
23.09.2018, 11:08

Bulvarda kişi meyiti tapıldı

Bakıya yağan yağış bu yolları iflic etdi - TIXAC YARANDI
23.09.2018, 11:03

Bakıya yağan yağış bu yolları iflic etdi - TIXAC YARANDI

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?
23.09.2018, 10:58

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?

Düşmən atəşkəsi 96 dəfə pozdu
23.09.2018, 10:02

Düşmən atəşkəsi 96 dəfə pozdu

Balakəndə ev yandı
23.09.2018, 09:34

Balakəndə ev yandı

Azərbaycana payız gəldi
23.09.2018, 09:28

Azərbaycana payız gəldi

Atdan yıxılan çoban ağır xəsarət aldı
23.09.2018, 00:39

Atdan yıxılan çoban ağır xəsarət aldı

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər
23.09.2018, 00:26

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi
23.09.2018, 00:03

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

ARXİV