Modern.az

Gürcüstan səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılsın – Milli Məclisdə ETİRAZ

Gürcüstan səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılsın – Milli Məclisdə ETİRAZ

29 Dekabr 2017, 12:43

“Bir neçə il əvvəl Nino Burcanadze Gürcüstan parlamentinin spikeri idi. Səhv etmirəmsə, NATO PA-nın iclasına dəvət edilmişdi. O çıxışı zamanı bildirdi ki, Rusiya qaz kəmərlərini partladır, bizi qışın soyuğunda dondurub öldürmək istəyir. Azərbaycan özünün bir çox kəndlərinin qazını kəsib Gürcüstan əhalisinə qaz verdi ki, bizdə camaat odun yandırıb isinə bilər. Amma Gürcüstan soyuqdan donub ölməsin”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

O bildirib ki, Azərbaycan hər zaman bir qonşu kimi öz ləyaqətimizi etibarlılığımızı göstərmişik.

“Həmin iclas zamanı ona sual verdilər ki, Kosovanın həll variantı keçmiş sovet respublikalarındakı ölkələrindəki münaqişələrə tətbiq oluna bilərmi? O da dedi ki, nə Moldovaya, nə də Gürcüstana tətbiq oluna bilər. Qarabağın adını isə çəkmədi. Bu artıq həmin ölkənin rəhbərliyinin Azərbaycana olan münasibətidir. Sözsüz ki, o bundan sonra siyasi elitadan uzaqlaşdırıldı.

 

Onu qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstana qarşı çox ləyaqətlə davranıb. 2008-ci ildə Rusiya ilə müharibə zamanı tibbi yardım göstərdik. Bakı – Tibilisi –Ceyhan qaz kəməri çəkilərkən güzəştli tariflər müəyyənləşdirdik. Bakı – Tibilisi –Qars çəkilərkən onların kreditlərini ödədik. Bu gün Gürcüstana ucuz qiymətə qaz satılır. Gürcüstanda investisiya qoyuluşuna görə Azərbaycan birinci yerdədir.

 

Belə olduğu halda biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş verməyib. Hesab edirəm ki, Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunmalıdır. Deyilməlidir ki, sizin bu hərəkətiniz ləyaqətsiz hərəkətdir. Biz Gürcüstan xalqına, ictimai təşkilatlara müraciət etməliyik. Azərbaycan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək. İşğal altında olan torpaqlar üzərindən bunlar dəmiryol xətti açmaq istəyirlər. Azərbaycan buna çox ciddi reaksiya verməlidir”.

 

Qeyd edək ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyü barədə bəyanatı Gürcüstan müxalifətində güclü reaksiya doğurub və qalmaqala səbəb olub.

 

Bu dəhlizlər 2011-ci ildə Gürcüstanla Rusiya arasında imzalanmış “Gömrük idarəetməsi və malların monitorinqinin əsas prinsipləri haqqında” sazişlə müəyyən edilib. Saziş çərçivəsində 2017-ci ilin dekabr ayının 19-da Berndə Gürcüstan Gəlirlər Xidməti (ölkənin Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərir) İsveçrənin SGS şirkəti ilə malların monitorinqi üzrə müqavilə bağlayıb. Ermənistan tərəfindən bu dəhlizlərdən Rusiyaya malların təchizi məqsədilə istifadə barədə dünən parlamentdə hökumətin yeni tərkibinin müzakirəsi zamanı müxalif “Milli hərəkat” partiyasının tələbi ilə  Gürcüstanın baş naziri Georgi Kvirikaşvili danışıb.

 

“Tərəfimizdən imzalanmış müqavilənin heç bir bəndi dövlətimizin maraqlarının əleyhinə deyil. Mən təkrar edirəm, söhbət ancaq fors-major situasiyadan gedir, yəni qar yağanda, yaxud Yuxarı Lars keçidi istiqamətində qar uçqunu, sürüşmə baş verəndə. Vurğulayıram ki, fors-major hallarında Tsxinvaldan keçən (Rok tuneli vasitəsilə) dəhlizdən Türkiyə, Ermənistan və ölkənin tranzit statusundan istifadə edən digər dövlətlər yararlana bilərlər”, - Kvirikaşvili deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir