22 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Cəlil Məmmədquluzadə və ermənilər - III YAZI  
Cəlil Məmmədquluzadə və ermənilər - III YAZI  
29.12.2017, 13:20

Muğdusi Akop kimdir, kimə və nəyə inanır?


Muğdusi Akop bu tezliklə oğlunun gəlməsini gözləməyən bir ermənidir. O, çoxdan bildiyi, tanıdığı qonşuluğundakı Usta Cəfər adlı məharətli bənnanı evində tapa bilmədikdən sonra dükan qonşusu Hacı Rəsulun bu sözlərinə inanmaq məcburiyyətində qalan ermənidir: “... Usta Zeynal sözünün üstündə möhkəm adamdır; Usta Zeynalı o çoxdan tanıyır ki, Usta Zeynal mömindir, Allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, artıq dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıbdır”.


Muğdusi Akop hərdən bir yarımçıq səqfə baxıb Usta Zeynalı yad edən ermənidir. O, Usta Zeynalı yad edir, ancaq onun dini, əqidəsi barədə heç nə demir. Bu, Muğdusi Akopun alicənablığıdır, laqeydliyidir, biganəliyidir, yoxsa qanmazlığıdır? Bizcə, bunların heç biri deyil. Erməniyə məxsus olan soyuqqanlılığıdır. Həmin soyuqqanlığın içərisində nələr yoxdur? Onu erməninin özündən başqa heç kəs bilməz. Daha doğrusu, erməninin özü qədər, Muğdusi Akopun özü qədər heç kəs bilməz. Əgər erməni çoxbilmiş deyilsə, onda niyə hacı Rəsula Muğdusi Akop deyirdi: “Doğrusu, hacı, mənim ustalardan gözüm su içmir, qorxuram işi yarımçıq qoyalar”. Hələ Usta Zeynal Muğdusi Akopun evində təzə-təzə işə başlayanda arvadı soruşdu: “ustalar nə işdədirlər”. Muğdusi Akop cavab verdi ki, “ustalardan gözü su içmir; çünki çox yavaş tərpəşirlər”. Axı Usta Zeynalla Qurban arasındakı boş-boş söhbətlərin işi yubatdığını hiss edən Muğdusi Akopun bu sözləri də təsadüfi deyil: “Ay rəhmətlik oğlanları, axı siz buraya işləməyə gəlibsiniz, ya davaya? Bəs siz dava eliyəcəksiniz, işi kim görəcək?” Deməli, erməni Muğdusi Akop başqa usta tapa bilmədiyindən Usta Zeynalla razılaşır və işin yarımçıq qalacağı da onun üçün gözlənilməz olmur.


Ermənilər Nəcəfqulu kimi igidi, Şirzadı, Misirxanı öldürüblər...


Cəlil Məmmədquluzadənin “Kamança” əsərindən: “Qarabağda, dağın ətəyində, kəndin kənarında, ağacların dibində, çəməndə, axşama bir az qalmış, atlı dəstəsi sərkərdəsi Qəhrəman yüzbaşı bir daşa söykənib, qıçlarını uzadıb, fikirli oturubdur. Bir tərəfdə bunun yasovulu Qaraş, qabağında yəhər və əlində iynə-biz yəhər tikir. Bir tərəfdə yoldaşlardan Həsənəli çörək-pendir hazırlayır və düzür Qəhrəman yüzbaşının qabağına. Qeyri yoldaşlardan Əziz və Qasıməli od yandırırlar. Bir neçəsi kənarda oturub çörək dürməyi yeyir. Yenə bir neçə nəfər, kimi tüfənfə patron qoyub boşaldır, hamısı qəməli və patrondaşlı; bircə Qəhrəman yüzbaşı patrondaşını çıxarıb qoyub qabağına. Kənarda ağaca bir neçə tüfəng söykənib. Bunlardan savayı yoldaşlarından biri arpa xəlbirləyir, biri tüfəngini gətirib söykəyir ağaca, o biri tüfəngini götürüb aparır. Yavuqdan at kişnəməsi də eşidilir. Uzaqdan tək bir güllə səsi gəlir”. Sual olunur: Qəhrəman yüzbaşı niyə fikirli oturubdur? Niyə Qəhrəman yüzbaşının qabağına pendir-çörəyi dağın ətəyində, kəndin kənarında qoyurlar? Niyə kimi tüfəngə patron qoyub boşaldır, kiminin tüfəngi kənarda ağaca söykənib, kimi tüfəngini götürüb aparır? Niyə uzaqdan güllə səsi gəlir? Bütün bu sualların cavabı birdir. Ermənilər müsəlmanlara zülm edir, dəyirmanda müsəlmanları yandırır, igid-igid müsəlman oğullarını öldürürlər. Ona görə də Qəhrəman yüzbaşının heç iştahı da yoxdur. Haradan iştahı olsun ki, bir tərəfdən də ermənilər gəlib Qazançıya dolublar. Binəva Süleymanbəy patronsuz qaldığından üç-dörd erməniyə əsir düşübdür. Ona nə qədər təsəlli versələr də, ermənilərin bu hərəkəti onu rahat buraxmır. Həsənəlinin öz-özünə yavaşcadan “Yəni, Allaha şükür, bir şey ki, olmayıb. Genə necə olmuş olsa, ermənilərin atalarına od vurmuşuq” deməsi Qəhrəman yüzbaşını hirsləndirir. Ucadan hirs ilə Həsənəliyə deyir: “Necə od vurmuşuq? Niyə boş-boş danışırsan? Biz onların həyə beş-on dığa-mığasını öldürmüşük, bəs Nəcəfqulu kimi igidi bir də haradan tapacağıq? Şirzadı haradan tapacağıq? Misirxanı neçə erməniyə dəyişmək olar? Bu nə boş-boş təskinlikdi özünüzə verirsiniz?” Bəli, belə təskinlik həmişə bizi rahat edib, təsəlimiz olubdur. Ermənilər isə asta-asta və ustalıqla öz işlərini görüblər.


... Bunlar ermənidirlər...


Novruz Əzizi çağırıb deyir ki, sən də gəl diqqətlə bax gör o qaraltını seçirsən, ya yox. Mən o qaraltını adama oxşadıram. Əziz də Novruzun yanında durub, diqqətlə həmin qaraltıya baxır. Qaraltının adam olduğunu görür və deyir ki, o qaraltıdan biri özünü verdi qayanın dalına. Novruz Əzizin sözünə güc verir, deyir ki, qaraltının biri də keçdi daşın dalına, sən öləsən, ermənidilər. Hər ikisi – Novruz da, Əziz də tüfəngi götürüb, cilovu ağacın budağından çəkib, qacır ki həmin tərəfə atlansın. Qəhrəman yüzbaşı da, digərləri də ayağa durub, haman tərəfə diqqətlə baxırlar. Qəhrəman yüzbaşı, Qaraş çığırır və ucadan Əzizin, Novruzun onları tutacaqlarını istəyirlər. Onlardan isə biri qaçıb əldən çıxır, bu zaman Qazançıdan bir-iki erməni görsənir. Çox uzaqdan tüfəng atılır. Qəhrəman yüzbaşı dəqiqləşdirir ki, qaçanlardan biri özünü Qazançı bağlarına soxdu. Qaraş isə deyir ki, deyəsən birini tutdular. Bu zaman Qəhrəman yüzbaşı deyir: “Amma qorxuram öldürələr. Yaxşı olardı diri gətirəydilər; danışdırandan sonra öldürəydik. Ədə, İmran, tez atıl atın üstə, çaparaqla. Deginən əgər ermənidirsə, diri gətirsinlər”. Düzdür, Qəhrəman yüzbaşı “danışdırandan sonra öldürsəydik” deyir. Ancaq o da, o biriləri də adam öldürən, erməni öldürən deyil. Bunu hadisələrin sonluğu da təsdiq edir. Ancaq Qəhrəman yüzbaşı yandığından belə deyir. Onlar erməni öldürmək üçün deyil, ermənilərdən qorunmaq üçün dağın ətəyində, kəndin kənarında yığışıblar. Nə isə...


Budur, Əziz çaparaq gəlir, sevincək cəld atdan tullanıb, üzünü Qəhrəman yüzbaşıya tutur: “İkisi də Qazançı erməniləri imiş. Amma birinin əcəli tamam deyilmiş. Zalım oğlu dovşan kimi qaçdı, özünü soxdu Qazançının bağlarına; amma yoldaşını tutduq... Budu, uşaqlar gətirirlər. Yüzbaşı, Vallah, bunu da tuta bilməyəcəkdik, çünki mənzil çox uzaqdı. Bu çünki axsaqdı, qaça bilmədi”. Deməli, iki ermənidən birini axsaq olduğu üçün tuta biliblər.


Mənzil uzaq olduğundan axsaq erməni qaça bilməyibdir. Novruz və İmran həmin axsaq ermənini qabaqlarına salıb, Qəhrəman yüzbaşının qabağına gətirirlər. Axsaq erməni, yəni Baxşı örtük içində olan kamançasını sağ əlində tutaraq Qəhrəman yüzbaşıya ikiqat baş əyir, sağ-soluna qorxaraq baxır.


Ermənilər bizdən nə istəyirlər?


Qəhrəman yüzbaşı Baxşının haralı olduğunu, hansı kənddən olduğunu soruşur. Baxşı isə qazançılı olduğunu deyir. Və qaçıb yaxasını qurtaran yoldaşının qazançılı tar çalan Qriqor olduğunu, Çeşməbasardan gəldiklərini, Zülfüqarbəyin oğlunun toyunda çaldıqlarını yüzbaşıya söyləyir. Sual olunur: Ay erməni, müsəlmanın toyunu çalırsınız, plovunu yeyirsiniz, müsəlman toylarından pul qazanırsınız, bəs onda bu müsəlmandan nə istəyirsiniz? Bu mənada Qəhrəman yüzbaşının erməni Baxşıya dediyi sözlər yerinə düşür: “Çox əcəb, çox əcəb. Siz gedin müsəlmanların toyunda plov yeyin, axmaq müsəlmanların pullarını doldurun cibinizə, Qazançı erməniləri də gecə xəlvətcə tökülsünlər müsəlman kəndlərini yandırsınlar. A balam, bəsdi, həya eləyin! Balam, bu iki cüt bir tək qorxaq ermənilər, bilmirəm, vallah, bizdən nə istəyirlər? Dünən Qazançı erməniləri bizim Sarvanlardan dörd nəfər elə bir igid oğlanlar öldürüblər ki, dörd yüz sənin kimi çolaq erməni öldürsək, yenə əvəzi çıxmaz...” Baxşı titrəyir və deyir: “Ağa, din haqqı xəbərim yoxdu. Allah (əllərini göyə qalxızır) bais mərdimazarın evini yıxsın! (ağlayır)” Yenə də sual olunur: Baxşı “Allah bais mərdimazarın evini yıxsın!” deyəndə kimi nəzərdə tutur? O, erməniləri nəzərdə tutur, yoxsa erməniləri öyrədib bu rəzil vəziyyətə salanları nəzərdə tutur? Ancaq vəziyyətdən çıxmaq üçün erməni Baxşı ağlayır və “Allah bais mərdimazarın evini yıxsın!” deyir. Bunların hamısı öz yerində... Bu ermənilər müsəlmanların toyunda plov yeyir, müsəlmanların pullarını ciblərinə doldurur, müsəlman kəndlərini yandırır, igid müsəlman övladlarını öldürürlər. Onlar bu müsəlmandan nə istəyirlər? Heç özləri də öz istəklərini bilmirlər, istəklərinin nə ilə nəticələnəcəyini başa düşmürlər. Sonra da “Kaş müsəlmanın sonrakı ağlı məndə olaydı” deyimi ilə təsəlli tapırlar. Erməninin xislətində abır-həyanın olmaması və qorxaqlıq milli keyfiyyətdir. Abır-həyadan uzaq olmaq erməniyə imkan verir ki, istədiyini etsin, qorxaqlıq isə imkan yaradır ki, çətin məqamlarda, aciz məqamlarda başqalarının qarşısında ağlasın. Çətin məqamlarda erməninin ağlamasını “Kamança” əsərində Qaraşın Baxşıya dedikləri də təsdiq edir: “Hə, ağlarsan, ağlarsan! Bəs niyə ağlamırsan?! İndi ağlarsan. Bilirsən ki, bu saat başını qoyun başı kimi kəsəcəyik. İndi, bax, qorxundan yoluq cücəyə oxşuyursan. Amma, vallah, fürsət tapsan, sən də haman müsəlman qanına yerikləyən ermənilərin birisən”. Bu erməni fürsət tapan kimi niyə müsəlmanın əleyhinə qalxır? Niyə fürsət tapan kimi müsəlmanın başını qatır? Niyə fürsət tapan kimi müsəlmanlara namərdlik edir? Nəticə yenə gəlib o yerə çıxır ki, ermənilər bizdən nə istəyirlər?


Müsəlman qadınının ürəyi...


Zeynəb arvadın oğlunu ermənilər öldürüb. O ağlaya-ağlaya özünü ortalığa salır, Baxşıya hücum çəkir və onun üz-gözünü cırmaqlamağa başlayır. Zeynəb Baxşının üstünə hücum çəkərkən deyir: “Budu Qazançı ermənisi? Sənsən? Sənsən? Bu saat səni mən tikə-parça eləyəcəyəm! Öz əlimnən səni doğrayacağam, qiymə-qiymə eləyəcəyəm! Hanı mənim oğlum?! Hanı mənim pəhlivan Şiralı oğlum?! Niyə onu öldürdünüz? Bax, bax! (Cırmaqlayır və sonra qaçıb Qaraşın belindən qəməni çəkib, qalxızır Baxşının üstə). Vurum? Vurum? Vurum? (Bu halətdə dayanıb durur)”. Övladını erməni öldürmüş ana erməni Baxşıya “vurum?” desə də, onu vurmur. Onun qadın ürəyi buna imkan vermir. Bu da müsəlman qadınının ürəyi... Guya müsəlman kişisinin ürəyi gəlir ki, erməni Baxşını qəmə ilə vursun? Heç müsəlman kişisi də belə bir ürək sahibi deyil. Belə ki, Zeynəb Qaraşın belindən qəməni çəkib, erməni Baxşının üstünə qalxızanda Qəhrəman yüzbaşı cəld gəlib istəyir qəməni Zeynəbdən alsın, bu da vermir və dartınıb çəkilir kənara. Qəhrəman yüzbaşı öz qəməsini Baxşının üstünə qalxızır. Bu zaman Zeynəb Qəhrəman yüzbaşı ilə Baxşının arasında dayanır. Deməli, Zeynəb qəmə ilə Baxşını vurmaq istəyəndə Qəhrəman yüzbaşı imkan verimir. Eyni zamanda Qəhrəman yüzbaşı öz qəməsi ilə Baxşını vurmaq istəyəndə Zeynəb maneçilik göstərir. Bu zaman erməni Baxşı fürsətdən istifadə edir, kamançanı Novruza tərəf uzadır. Axı ermənilər həmişə kamançadan öz məqsədləri naminə istifadə ediblər, bu məqamda da fürsəti əldən vermək olardımı? Onda erməni erməni olmazdı.


Erməninin qanının arasına kamança girir...


Bir görün, erməni kamançamızı necə də özününkü kimi sevir, qəbul edir. Erməni Baxşı kamançanı Novruza tərəf uzadanda deyir: “Novruz qardaş, səni and verirəm bizi yaradana Allaha. Mən öləndən sonra bu kamançanı bir kəsə vermə. Ara sakit olandan sonra, zəhmət çəkib bizim Muğuş balanı tapasan, bu kamançanı verəsən Muğuş balama. Qurban sənə, Novruz, Qazançıda kamançaçı Baxşı oğlu Muğuşa verəsən”. Erməninin marağı, bəlkə də ağ eləməsi o səviyyədədir ki, kamançanın Muğuş balasına çatdırılmasını istəyir. Burada incə bir mətləb və məna var: Erməni ona aid olmayan, ona məxsus olmayan kamançanın sahibi kimi özünü aparır. Əslində isə erməni Baxşı müsəlmanın kamançasına yiyə çıxmaqla özünə çörək qazanır, müsəlman toylarından çoxlu pul əldə edir. Hətta Qaraş acıqlı gedib, kamançanı yuxarı qalxızıb, yerə çırpmaq istəyəndə Baxşı iki əllərini yuxarı qaldırıb ona yalvarır: “Ğurban sənə, ğurdaş, bir azca dayan, mən öləndən sonra kamançanı sındır ki, gözüm görməsin”. Burada Qaraşın hərəkəti əsəbdən baş verir, ermənilərin törətdikləri hadisələrə münasibətdən qaynaqlanır. Erməni Baxşı isə çörək ağacını itirməkdən narahatdır. Ermənilər hər bir şeydən öz mənfəətləri üçün istifadə etməyi bacarırlar. Kamança da bu qəbildən olan mənfəətlərdən biridir. Erməni kamançanı müsəlman toylarında elə çalır ki, müsəlmanların özlərini heyrətləndirir. Belə olmasa, erməni müsəlman toylarında pul qazana bilməz.


Erməni Baxşının qanının arasına kamança girir. Qəhrəman yüzbaşı kamançanı Baxşıya uzadır “A balam, yazıqsan, barı bir dəfə də çal” deyir. Baxşıya da bu fürsət lazım idi. O, fürsətdən məharətlə istifadə edir, Qəhrəman yüzbaşının ürəyini yumşaldır. Çox həvəslə Rast havasını çalır. Rastdan sonra Şikəsteyi-farsa keçir. Onun çalğısı Qəhrəman yüzbaşını elə ələ alır ki, o, qəməni yavaş-yavaş, guya özündən bixəbər, soxur belindəki qınına və qulaq asır. Əgər erməni Baxşı kamançanı çala bilməsəydi nə baş verərdi? Deməli, erməni Baxşı kamançadan istifadə edərək öz işini görür, pul qazanır, lazım gələndə müsəlmanın ürəyini yumşaldır. Ona görə də kamançanı çalmaq, ürəkdən çalmaq ona sərf edir. Görünür ki, erməni müsəlmanın dilini yaxşı bilir. Əgər belə deyildisə, Qəhrəman yüzbaşı yumşalardımı? Görün Qəhrəman yüzbaşı erməni Baxşının kamançanı çalmasından sonra nə deyir: “A balam, erməni, bir de görüm bizdən nə istəyirsiniz? (Baxşı təəccüblü baxır və bir söz demir. Qəhrəman yüzbaşı acıqlı və bir az ucadan). Sənnən söz soruşuram ey, niyə dinmirsən? Kar deyilsən ki! Bir de görüm, bizdən niyə əl götürmürsünüz?” Ermənilər bizim kamançamızdan da istifadə edirlər, ancaq bizdən əl götürmürlər, daha doğrusu, əl çəkmirlər. Bizi yumşaltmağın yollarını da yaxşı bilirlər. Ermənilərin bizim kamançada məharətlə çalmaqları da həmin yollardan biridir. Haram olan hər şeyi öyrənmələri, şeytana papış tikmələri onları yaşadır. Ancaq öyrəndiklərini də elə məharətlə, ustalıqla göstərirlər ki, tanımayanlar bir yana, tanıyanlar da çaşıb qalırlar. Yenə də erməni Baxşının çalğısından sonra Qəhrəman yüzbaşının dediklərinə diqqət edək: “... Hələ buna bax, sən Allah! Dünyada bir haramzadalıq qalmadı ki, öyrənməmiş olsunlar. Şeytana papaq tikirlər. Bu çolaq da kəmənçəni bağrına basıb, gör nə əməllərdən çıxır. Haramzadə elə çalır ki, keçən günləri gətirir qoyur adamın qabağına. Allahü əkbər! (Qaraşa)”. Erməni Baxşı Qəhrəman yüzbaşının yumşaldığını görür və bu zaman kamançanı yenidən kökləyir, Segah-zabil havasını çalmağa başlayır. Qəhrəman yüzbaşı huş-guş ilə qulaq asmağa başlayır. Adamların hamısı isə sükut içində olur. Bax bu cür erməni Baxşı kamançanı çalmaqla Qəhrəman yüzbaşını tam yumşaldır, ələ alır. Qəhrəman yüzbaşı deyir: “... Adə, erməni, tez kəmənçəni yığışdır, itil get burdan! Yoxsa atanın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu qəməynən bu saat səni də öldürərəm, özümü də öldürərəm! (çığırır). Çıx get!”


“Kamança” əsərinin sonu Qəhrəman yüzbaşının bu sözləri ilə qurtarır: “Eh, namərd dünya!..” Əslində namərd olan dünya deyil, insan və insanlardır. Əsərdə həmin insan və insanlar kimdir? Erməni və ermənilərdir. Onlar öz namərdliklərini ört-basdır etmək üçün müxtəlif yol və vasitələrdən istifadə edirlər. Kamançanı çalmaq, müsəlmanı ram edərək çalmaq, Rast, Şikəsteyi-fars, Segah-zabil havalarını çalmaq həmin yol və vasitələrdən biridir.


Deməli, ermənilər Baxşının simasında təkcə kamança çalmaqla müsəlmanlardan pul qazanmır, həm də əməllərini ört-basdır etmək, müsəlmanları ələ almaq, yumşaltmaq məqsədi ilə öz işlərini görürlər.


Buludxan Xəlilov, professor
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq - VİDEO
22.10.2018, 00:38

Məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq - VİDEO

Azərbaycan güləşçisi karyerasında ilk dəfə ...
22.10.2018, 00:03

Azərbaycan güləşçisi karyerasında ilk dəfə ...

Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi
21.10.2018, 23:44

Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi

Bakıda restoranda adı “Qırmızı kitab”a düşən heyvan əti verilib - VİDEO
21.10.2018, 23:27

Bakıda restoranda adı “Qırmızı kitab”a düşən heyvan əti verilib - VİDEO

Qaşıqçının nişanlısı 24 saat mühafizə ediləcək
21.10.2018, 23:10

Qaşıqçının nişanlısı 24 saat mühafizə ediləcək

Almaniya Səudiyyə Ərəbistanına silah satmayacaq
21.10.2018, 23:03

Almaniya Səudiyyə Ərəbistanına silah satmayacaq

Bakıda ər oğlunun gözü qarşısında arvadını öldürdü
21.10.2018, 22:47

Bakıda ər oğlunun gözü qarşısında arvadını öldürdü

Krım kollecində baş verən atışmanın görüntüləri yayıldı – VİDEO
21.10.2018, 22:27

Krım kollecində baş verən atışmanın görüntüləri yayıldı – VİDEO

Fərid Şahbazlının müsahibəsi Qazaxıstan və Ukrayna mediasında
21.10.2018, 22:14

Fərid Şahbazlının müsahibəsi Qazaxıstan və Ukrayna mediasında

İki siyasətçi  namizədliyini geri götürdü
21.10.2018, 21:53

İki siyasətçi  namizədliyini geri götürdü

Jurnalistin itkin düşdüyü Konsulluq binasına şübhəli yük gətirildi - FOTO
21.10.2018, 21:34

Jurnalistin itkin düşdüyü Konsulluq binasına şübhəli yük gətirildi - FOTO

Arıçılıq məhsulları festivalı yekunlaşdı
21.10.2018, 21:14

Arıçılıq məhsulları festivalı yekunlaşdı

Gürcüstanda seçki bülletenləri Azərbaycan dilində çap ediləcək
21.10.2018, 21:07

Gürcüstanda seçki bülletenləri Azərbaycan dilində çap ediləcək

Türkiyə rekordu yeniləndi
21.10.2018, 20:54

Türkiyə rekordu yeniləndi

“iPad Pro”ya rəqib “Galaxy Book2”
21.10.2018, 20:33

“iPad Pro”ya rəqib “Galaxy Book2”

Gənc qadın jurnalistin meyiti tapıldı
21.10.2018, 20:18

Gənc qadın jurnalistin meyiti tapıldı

Qatar qəzasında ölənlərin sayı 22 nəfərə çatdı: 171 yaralı
21.10.2018, 20:01

Qatar qəzasında ölənlərin sayı 22 nəfərə çatdı: 171 yaralı

Qərargah: Sürüşmənin sol hissəsində yeni çatlar qeydə alınıb
21.10.2018, 18:50

Qərargah: Sürüşmənin sol hissəsində yeni çatlar qeydə alınıb

Çində gəmi batdı: 11 nəfər itkin düşüb
21.10.2018, 17:43

Çində gəmi batdı: 11 nəfər itkin düşüb

Əfqanıstanda partlayış: 11 nəfər öldü
21.10.2018, 17:01

Əfqanıstanda partlayış: 11 nəfər öldü

İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul etdi
21.10.2018, 16:31

İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul etdi

Uşaqlarımız repititor yanına gedirsə, orta məktəb nə üçündür?!
21.10.2018, 16:01

Uşaqlarımız repititor yanına gedirsə, orta məktəb nə üçündür?!

Sürüşmə zonası ilə bağlı yeni XƏBƏR: Uçqun-töküntu prosesi davam edir
21.10.2018, 15:40

Sürüşmə zonası ilə bağlı yeni XƏBƏR: Uçqun-töküntu prosesi davam edir

Tayvanda sərnişin qatarı relsdən çıxıb: ən azı 17 nəfər ölüb 
21.10.2018, 15:13

Tayvanda sərnişin qatarı relsdən çıxıb: ən azı 17 nəfər ölüb 

Astarada qəza: maşın yandı, üç nəfər xəsarət aldı
21.10.2018, 14:49

Astarada qəza: maşın yandı, üç nəfər xəsarət aldı

Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək
21.10.2018, 14:26

Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək

Kürdə suyun səviyyəsində artım var
21.10.2018, 14:07

Kürdə suyun səviyyəsində artım var

Rusiyadan Trampın sözlərinə REAKSİYA: Çox təhlükəlidir
21.10.2018, 13:57

Rusiyadan Trampın sözlərinə REAKSİYA: Çox təhlükəlidir

5 aylıq embrion skeletinin saxlanıldığı muzey - FOTOLAR
21.10.2018, 13:34

5 aylıq embrion skeletinin saxlanıldığı muzey - FOTOLAR

Badamdarda sürüşmə zonasında gərginlik davam edir
21.10.2018, 12:56

Badamdarda sürüşmə zonasında gərginlik davam edir

İsrail Qəzza zolağı ilə sərhədi açdı
21.10.2018, 12:19

İsrail Qəzza zolağı ilə sərhədi açdı

Özünüməşğulluğun təmin edilməsi ilə bağlı iclas keçirildi
21.10.2018, 12:06

Özünüməşğulluğun təmin edilməsi ilə bağlı iclas keçirildi

Messi qolu qırıldığı üçün
21.10.2018, 11:53

Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib
21.10.2018, 11:12

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR
21.10.2018, 10:44

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR

Daha bir dəb içimizdə dolaşır
21.10.2018, 10:33

Daha bir dəb içimizdə dolaşır

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO
21.10.2018, 10:19

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB
21.10.2018, 10:17

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib
21.10.2018, 10:09

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib

Ermənilər atəşkəsi 27 dəfə pozdu
21.10.2018, 09:51

Ermənilər atəşkəsi 27 dəfə pozdu

Gəncədə ev yandı
21.10.2018, 09:40

Gəncədə ev yandı

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK
21.10.2018, 09:34

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi
21.10.2018, 09:15

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb
21.10.2018, 08:58

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb

Messi ağır zədə aldı - FOTO
21.10.2018, 00:23

Messi ağır zədə aldı - FOTO

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü
21.10.2018, 00:16

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü

“Liverpul”dan növbəti qələbə
21.10.2018, 00:01

“Liverpul”dan növbəti qələbə

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video
20.10.2018, 23:43

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video

Hərbi helikopter qəzaya uğradı
20.10.2018, 23:24

Hərbi helikopter qəzaya uğradı

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir
20.10.2018, 23:09

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir

ARXİV