Modern.az

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

29 Dekabr 2017, 13:57

Azərbaycan Milli Məclisinin payız sessiyası başa çatıb.

Modern.az xəbər verir ki, parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında 19 məsələyə baxılıb.

İclasın sonunda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunub.

 

Müraciəti deputat Məlahət İbrahimqızı oxuyub. 

 

Müraciətdə dünya azərbaycanlıları sıx birləşməyə çağırılır.

 

Müraciətdə bildirilir ki, sürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub


Milli Məclisin spikeri Oqtay Əsədov payız sessiyasının başa çatdığını elan edib. Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

 

Bununla da deputatlar tətilə çıxıblar. Tətil yanvarın 15-də başa çatacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır