Modern.az

Azərbaycanda peşə təhsilinə maraq artır  

Azərbaycanda peşə təhsilinə maraq artır  

29 Dekabr 2017, 14:36

Bu il peşə təhsili sahəsində də bir sıra işlər görülüb.

Modern.az
saytı 2017-ci ildə peşə təhsili sahəsində əldə edilən nailiyyətləri təqdim edir.

Bu il Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub.

Agentliyin strukturu formalaşıb, kadr təminatı həyata keçirilib, Bakı ş.,N.Hacıyev 4 ünvanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin inzibati binası istifadəyə verilib.


“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına başlanılıb.

Strateji Yol Xəritəsinin icrasının təşkili məqsədi ilə Fəaliyyət Planı təsdiq edilib,6 prioritet istiqamət əhatə olunmaqla icraçı qurumlarınnümayəndələrindən ibarət 5 işçi qrupu yaradılıb. “Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri”(7 sahə üzrə 51 göstərici) təsdiq edilib. İqtisadiyyatın prioritet istiqamətləri üzrə 10 pilot peşə təhsili müəssisəsi seçilib. 1500-ə yaxın müəllim-pedoqoji heyətin diaqnostik qiymətləndirməsi keçirilib.


İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfərə çatdırılıb.

2017-2018-ci dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfər təşkil edib və tam yerinə yetirilib. Bu, 2016-2017-ci dərs ili ilə müqayisədə 2130 nəfər çoxdur. Bu dərs ilində ölkədə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə 11600 nəfər dövlət hesabına, 9350 nəfər ödənişli əsaslarla qəbul olunub.


Yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılıb.

Əmək bazarının dəyişən tələbləri nəzərə alınmaqla, əsasən əlavə dəyər yaradan22 yeni ixtisas üzrə şagird qəbulu həyata keçirilib və tədris təşkil olunub.


“ASAN Peşə” layihəsi üzrə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

“ASAN Peşə” layihəsi üzrə elektron sənəd qəbulu vasitəsilə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qəbul edilənlərin 20 faizinin orta attestat balı “4”-dən yuxarı olub. Ümumilikdə, sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı ötən illə müqayisədə 3 dəfə artıb.


İlk peşə-ixtisas təhsili müəssisələrinin normativ-hüquqi bazası təkmilləşdirilib.

İlk dəfə olaraq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirə edilib. “Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın layihəsi hazırlanıb. “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb.


Peşə təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılıb, optimallaşdırma tədbirləri həyata keçirilib.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən ölkədə fəaliyyət göstərən bütün dövlət peşə təhsili müəssisələrindəmonitorinqlər keçirilmiş, mövcud vəziyyət araşdırılmış, infrastruktur,  maddi-texniki baza, tədrisin keyfiyyəti qiymətləndirilmişdir. Nazirlər Kabinetinin 2017-ci il 5 iyun tarixli 250 nömrəli Qərarı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb və 16 oktyabr 2017-ci il tarixində yeni inzibati binası istifadəyə verilib.Almaniya Federativ Respublikasının Kənd Təsərrüfatı, Qida və Ətraf Mühit Nazirliyinin dəstəyi ilə həyata keçirilmiş “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin möhkəmləndirilməsi”  Tvininq Layihəsi çərçivəsində Qəbələ Regional Peşə Təhsil Mərkəzində kənd təsərrüfatı sahəsində 7 ixtisas üzrənəticəyönümlü, modul strukturlu kurikulumlar hazırlanıb. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) çərçivəsində 20  modul,  BP şirkətinin maliyyə dəstəyi ilə Britaniya Şurası tərəfindən 12  modul olmaqla 32 modul hazırlanıb.  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən Qəbələ Peşə Təhsil Mərkəzində çalışan mühəndis-pedaqoji heyət üçün idarəetmə və pedaqogika üzrə təlimlər təşkil edilib.


İşəgötürənlərlə əməkdaşlıq qurulub.

Peşə Təhsili üzrə Dövlət Agentliyi və peşə təhsili müəssisələri ilə işəgötürənlər (“MİDA” MMC, “GilanAgriculturalGroup” MMC, “NormCement” MMC, Bakı Tekstil Fabriki, “Yaşıl çay” MMC, “Zəhmət-ruzi” MMC və s.) arasında Əməkdaşlıq Memorandumları imzalanıb.


Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib.

“Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin və Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyi və  Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Çin Xalq Respublikasından qrant vəsaitləri hesabına 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitlərigətirilib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub