Modern.az

Eyni mənzilin bir neçə nəfərə satılması - Məhkəmə birinci alanın xeyrinə qərar çıxarır

Eyni mənzilin bir neçə nəfərə satılması - Məhkəmə birinci alanın xeyrinə qərar çıxarır

İqtisadiyyat

29 Dekabr 2017, 15:49

Son dövrlər Mənzil Tikinti Korperativlərinin (MTK) vətəndaşları aldatması ilə bağlı şikayətlər artıb.

 

Dələduz MTK rəhbərləri, işbazlar qanunda olan boşluqlardan və vətəndaşların bu sahədə məlumatının olmamasından məharətlə istifadə edirlər.

 

Rəsmi məlumatlara görə, ötən il Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə bununla bağlı 100-dən çox şikayət daxil olub.

 

Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış vəkil Cavad Cavadov deyib ki, son vaxtlar belə dələduzların sayının həddindən çox artması qanundakı boşluqlardan irəli gəlir:

 

“Bunun qarşısını yalnız qanunvericiliklə almaq mümkündür. Mülki Məcəlləyə təklif edilən dəyişikliklər qəbul edildikdən sonra problem aradan qalxacaq. Hazırda problemin qaynağı tikintisi başa çatmamış binalarda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasıdır.  Reyestrdə əmlak yalnız bir nəfərin adına qeydə alına bilər. İndiki halda bu səlahiyyət Mənzil Tikinti Korperativlərinin əlindədir. Onlar dələduzluq yolu ilə bir mənzili bir neçə nəfərə satır. Bunu alan adam bilməyə bilər. Biləndə isə çox gec olur”.

 

Hüquqşünas bildirib ki, hazırda məhkəmələrdə bir çox çəkişmələr məhz bu cür dələduzluq halları ilə bağlıdır:

 

“İnsanlar aldadıldığını biləndə gec olur. Məhkəməyə müraciət edir, kimsə həbs olunur, amma vətəndaşın problemi həll edilmir. Məhkəmələr əsasən məsələni mənzili ilk olaraq almış şəxsin xeyrinə həll edirlər. Məsələn, bir mənzil 3 nəfərə satılıbsa, əmlak onlardan hansına 1-ci satılıbsa, o da həmin evə sahib olur. Digər zərərçəkənlərin yalnız dəymiş ziyanın əvəzini tələb etmək hüququ var. Bu isə praktikada gerçəkləşmir.

 

Yəni dələduzluq edən şəxsə uzun müddətlik azadlıqdan məhrumetmə cəzası verilir. Vətəndaşa dəyən zərər isə ödənilməmiş qalır. Problem isə qanunda müvafiq dəyişikliklərdən sonra öz həllini tapa bilər”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu