Modern.az

Formula 1-dəki bayraqlar - FOTOLAR

Formula 1-dəki bayraqlar - FOTOLAR

Aktual

29 Dekabr 2017, 16:48

Artıq ölkəmizdə üçüncü dəfə keçiriləcək Formula 1 yarışları böyük maraqla qarşılanır. Ölkəmizdə keçirilən bu yarışı izləyiriksə yarışla bağlı bəzi məqamları bilməliyik. 1950-ci ildən etibarən keçirilən bu yarışın özünəməxsus qanunları var. Bunlardan biri də Formula yarışlarında xəbərdarlıq məqsədilə istifadə olunan bayraqlardır.

 

Bu bayraqların yarışlarda istifadə edildiyinin şahidi olmuşuq. Lakin bəzilərimiz bayraqların hansı məqamlarda istifadə edilməsindən xəbərdar deyilik. Ölkəmizdə keçirilən yarışlarda da pilotlara xəbərdarlıq edilib.

 

Modern.az saytı bayraqların anlamını təqdim edir.

 

 

 

Damalı bayraq:

 

Pilotlara yarışın bitdiyini bildirir. Məşqlərdə və ya sıralama turlarında isə müəyyən olunan müddətin sonuna gəldiyini göstərmədə istifadə edilir.

 

 Sarı bayraq:

 

Meydança üstündə təhlükəli ola biləcək bir vəziyyətə işarədir. Sarı bayraq istifadə ediləndə maşınlar sürətlərini azaltmalıdır. Qoşa sarı bayraq göstərildiyi halda isə pilotlar sürətini azaldır və lazım gələrsə dayanmağa hazır vəziyyətdə gözləyirlər.

 

 Yaşıl bayraq:

 

Trasda hər şeyin nəzarət altına alındığını göstərir. Təhlükəli vəziyyət ortadan qalxdıqdan sonra istifadə edilir.

 

 Qırmızı bayraq:

 

 Seansın və ya yarışın hər hansı bir mənfi cəhət qarşısında dayandırılmasına işarədir.

 

Mavi bayraq:

 

Pilotları arxadan gələn maşının onları keçəcəyi ilə bağlı xəbərlıqdır. Mavi bayraqlara israrla tabe olmayan sürücülər yarış marşalları tərəfindən cəzalandırılır.

 

 Sarı və qırmızı bayraq:

 

Trasın üstündəki yağ və ya su səbəbi ilə sürüşkən bir zəmin olduğunu bildirir.

 

Qara və narıncı bayraq:

 

Müvafiq avadanlığın texniki bir problemi olduğunu və açılan pit zonasına girməyin lazım olduğunu bildirir.

 

Yarı qara, yarı ağ bayraq:

 

Pilotun tras üstündə sportmenlikdən başqa bir hərəkət etdiyini və buna görə xəbərdar etdiyini ifadə edir.

 

 Qara bayraq:

 

Bağlı pilotun yarışdan diskvalifikasiya olduğunu anlatmaq üçün qara bayraq istifadə edilir.

 

 Ağ bayraq:

 

Trasda yavaş gedən bir maşının olduğunu göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi